Gündəm, Siyasət, Ölkə
20 oktyabr 2023
362

Tahir Abbasov Ağdam Rayon Təhsil Şöbəsinin müdiri - İşini vicdanla yerinə yetirən vətənpərvər insan

Tahir Abbasov Ağdam Rayon Təhsil Şöbəsinin müdiri - İşini vicdanla yerinə yetirən vətənpərvər insan
Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Tahir Abbasov: Dövlət başçısının diqqət və qayğısı ölkəmizdə milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından yetişdirilməsi və təkmilləşdirilməsi işinə mühüm töhfələr verir.
Azərbaycanda və onun hüdudlarından kənarda Prezident İlham Əliyev Qalib ölkənin Müzəffər Ali Baş Komandanı kimi böyük nüfuz sahibidir.
Azərbaycanda hər bir sahədə müşahidə olunan inkişaf tendensiyası təhsil sektorunda xüsusilə diqqəti cəlb edir. Bu inkişafın əsasında isə, şübhəsiz, ulu öndər Heydər Əliyevin ideyaları və həmin ideyalar əsasında həyata keçirilən siyasətin strateji kursu dayanır. Həmin strateji kursdur ki, bünövrəsi müasir Azərbaycan Respublikasının memarı, ümummilli lider Heydər Əliyev tərəfindən qoyularaq Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Qeyd etməyi lazım bilirik ki, ilk əvvəl onun seçicilərinin gəldiyi bu qənaət müasir dünyanın siyasi-sosial elitası tərəfindən etiraf olunan gerçəklikdir. Ölkəmizin təhsil ictimaiyyəti həmin gerçəkliyin ilk şahidlərindəndir və onlar möhtərəm cənab Prezidentin öz seçicilərinə, Azərbaycan Respublikasının vətəndaşlarına ilk seçkiqabağı təbliğat-təşviqat kampaniyası zamanı təqdim etdiyi seçkiqabağı proqramın ilk bəndlərini indi də xatırlayırlar. O bəndlərdə Azərbaycanın ərazi bütövlüyünün bərpasını prezidentliyi dövrünün əsas prioritet istiqaməti elan edən İlham Əliyev ölkə iqtisadiyyatı və sosial həyatının bütün sahələrində inkişafa nail olunacağını vəd edirdi. Aradan keçən zaman Prezidentin dediklərini seçkiqabağı kampaniyalarda seçicilərinə söz verən taktiki siyasətçinin deyil, xalqın və ölkənin taleyi üçün məsuliyyət daşıyan böyük bir dövlət xadiminin dayandığını təsdiq etdi. O, bütün hüquqi və mənəvi normaları tapdayan işğalçı Ermənistan dövləti ilə aparılan 44 günlük müharibədə təkcə Silahlı Qüvvələrimizin şəxsi heyəti üçün deyil, xalqımız üçün nümunəyə çevrildi. Şuşa şəhərinin işğaldan azad edildiyi gün xalqa televiziya ilə müraciəti zamanı “Əziz Şuşa, sən azadsan!”, deyib də, səhərisi gün atası, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib. Onun ən böyük arzusunun yerinə yetirildiyini söyləyərkən necə Vətəndaş, necə Oğul olduğunu bir daha əyani göstərdi.
Dövlət başçısının yüksək diqqəti və məqsədyönlü göstərişləri əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir. Bu da ölkəmizdə milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından yetişdirilməsi və təkmilləşdirilməsi işinə mühüm töhfələr verir. Onu qeyd etməyi lazım bilirik ki, təhsil siyasəti hər bir ölkənin strateji hədəflərində birinci yerlərdən də yox, elə, birinci yerdə durur, inkişaf konsepsiyasının mühüm tərkib hissəsi kimi qəbul edilir. O konsepsiyanın tərkib hissəsində təhsilin bütün pillələri əks olunur və onu əlavə edək ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə ali təhsilin inkişafı əsas prioritetə çevrilmiş, insan kapitalının inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil etmişdir.
Azərbaycan Respublikasında təhsilin inkişafı üçün mövcud dövlət siyasətinin və həmin siyasətin həyata keçirilməsini təmin edən Elm və Təhsil Nazirliyinin bu istiqamətdə apardığı işlər və təhsil müəssisələrinin qarşısında qoyulan vəzifələr hər bir qurum kimi, universitetimizin də qarşısında müəyyən vəzifələr yaradır. Həmin vəzifələr isə problemin həlli üçün kreativ yanaşmalar tələb edir və bu yanaşmaların nəticəsidir ki, görülən işlərin, perspektiv planların geniş siyahısını təqdim edə bilək. Bu istiqamətdə universitetimizdə geniş və məhsuldar fəaliyyətin olduğunu qeyd edə bilərik.
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan təhsil siyasətinin həyata keçirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, yaradıldığı vaxtdan Heydər Əliyev Fonduna rəhbərliyini həyata keçirən, ölkəmizdəki sosial proqramların əsas təşəbbüskarı xanım Mehriban Əliyevanın fəaliyyəti xüsusilə qeyd olunmalıdır. Onun təşəbbüsü ilə hazırlanıb həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi Azərbaycanın təhsil sisteminin inkişafı üzrə ciddi töhfələr verdiyini xatırlatmaq kifayət edər. Gətirilən nümunələr onu göstərir ki, xanım Mehriban Əliyeva qlobal missiyası ilə ölkə təhsilinin perspektiv inkişafına təkan verən başlıca funksiyanı yerinə yetirir.
Prezident İlham Əliyevin sərəncamlarına əsasən məcburi köçkün statusu olan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, şəhid ailəsi statusu almış ailənin üzvləri, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər, I və II dərəcə əlilliyi olan, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin təhsil haqqı xərcləri büdcə vəsaitləri hesabına ödənilir. Peşə təhsili müəssisələrində təhsil alan I, II və III qrup əlillər, şəhid ailəsinin üzvləri, 20 yaşına çatmamış və I qrup əlil valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər də təhsil haqqından azad edilmişdir.
Bütün bunlar təsdiq edir ki, prezidentliyinin ilk vaxtlarından qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində Azərbaycana sanballı nəticələr qazandıran Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin son on illik fəaliyyəti xüsusilə uğurlu olub. O, təhsil sistemi qarşısında duran əsas vəzifələri müəyyənləşdirərək azərbaycançılıq ideologiyasının təbliği, Azərbaycan dilinə, ədəbiyyatına, tarixinə, mədəniyyətinə məhəbbət hissinin, milli-mənəvi dəyərlərə hörmət hissinin aşılanması, vətənə sədaqət, vətəndaşlıq mövqeyinin formalaşdırılması, vətənpərvərlik tərbiyəsi məsələlərini önə çəkibdir. Bunlar isə hər bir məsuliyyətli ölkə vətəndaşı, o cümlədən respublikamızın təhsil ictimaiyyəti qarşısında yeni vəzifələr qoyur.
Tahir Abbasov Ağdam Rayon Təhsil Şöbəsinin müdiri - İşini vicdanla yerinə yetirən vətənpərvər insan
Baş redaktordan: İşini vicdanla yerinə yetirən Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Tahir Abbasovun fəaliyyəti müasir təhsil prinsiplərinə uyğun olaraq çoxşaxəlidir və idarə kollektivi həmin sahələrin hər birində özünəməxsus göstəricilər əldə etmişdir. Təhsilin idarə edilməsi, kadrların seçilib yerləşdirilməsi, ibtidai təhsilin dünya standartları səviyyəsinə çatdırılması üçün həyata keçirilən tədbirlər, nümunəvi pedaqoqların fəaliyyətinin lazımınca qiymətləndirilməsi, məktəb tikintisi, informasiya–kommunikasiya texnologiyalarının daha geniş tətbiqi və başqa məsələlər bu idarədə əhatəli şəkildə öz həllini tapır. Elə İşini vicdanla yerinə yetirən Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Tahir Abbasov ilə söhbətimiz də məhz bütün bu məsələlər ətrafında davam etdi:
İdarəmizin, xüsusən, müəllimlərimizin uğurları, nailiyyətləri vardır. Amma əlavə edim ki, sizin qeyd etdiyiniz həmin uğurlar bütövlükdə respublikamızın təhsil sisteminin inkişafı fonunda əldə edilir. Təhsil sisteminin inkişafı isə ümumilikdə ölkəmizin sosial-iqtisadi inkişafının yaratdığı imkanlardan qaynaqlanır. Yəni, bütün uğurların təməlində ulu öndərimiz Heydər Əliyevin siyasi kursu dayanır. Heydər Əliyev sözün həqiqi mənasında Azərbaycan təhsilinin inkişafına misilsiz töhfələr vermiş liderdir. Onun rəhbərliyi ilə hazırlanmış və həyata keçirilən təhsil islahatı bu sistemdəki kifayət qədər problemin həllinə, təhsilimizin məzmunca yeniləşməsinə, milli koloriti saxlamaqla dünya təhsil sisteminə inteqrsiya olunmasına səbəb olmuşdur. Onun siyasətini uğurla davam etdirən cənab Prezident İlham Əliyevin təhsil sektoru ilə bağlı imzaladığı Dövlət Proqramı təhsil sistemi hərtərəfli inkişafına səbəb olmuşdur. Məktəblərin müasir avadanlıqlarla təchiz edilməsi Azərbaycan dövlətinin, ilk növbədə ölkə Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə daimi diqqət və qayğısı nəticəsində mümkün olmuşdur.
Təbii ki, bunun üçün ilk növbədə kadrlarla işin təkmilləşdirilməsi lazımdır. Daha doğrusu, kadrların düzgün seçilib yerləşdirilməsi istənilən ağır vəzifənin həllini asanlaşdırır.
Əlbəttə, bütün sahələrdə bu, belədir. Ancaq təhsil sahəsində kadr məsələsi daha böyük əhəmiyyət kəsb edir. Təhsildə keyfiyyətli idarəetmə sisteminin qurulması bizim şöbənin yarandığı gündən etibarən daim diqqət mərkəzində saxlanılır.
Bütün bunlara baxmayaraq, müasir təhsil sisteminin təkmilləşdirilməsi üçün ən zəruri amil maddi-texniki bazanın möhkəmləndirilməsi, infrastrukturun yeniləşməsi, müasir texnologiyaların tətbiqidir.
Mən çox şadam ki, Azərbaycan bu işlərdə dünyada gedən ən qabaqcıl və mütərəqqi proseslərə qoşulub. Təhsilin keyfiyyətinin artırılması çox vacib məsələdir. Uşaqlar bizim gələcəyimizdir. Onlar gərək bilikli, savadlı olsunlar, yaxşı oxusunlar ki, gələcəkdə həm özləri üçün həyatda layiqli yer tuta bilsinlər, eyni zamanda, ölkəmizin inkişafı üçün də fəal çalışsınlar. Çünki ölkəmiz çox sürətlə inkişaf edir və peşəkar kadrların hazırlanması bu gün bizim üçün ən başlıca məsələlərdən biridir.
Bütün bunlar təsdiq edir ki, prezidentliyinin ilk vaxtlarından qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində Azərbaycana sanballı nəticələr qazandıran Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin on səkkiz illik fəaliyyəti xüsusilə uğurlu olub. O, təhsil sistemi qarşısında duran əsas vəzifələri müəyyənləşdirərək azərbaycançılıq ideologiyasının təbliği, Azərbaycan dilinə, ədəbiyyatına, tarixinə, mədəniyyətinə məhəbbət hissinin, milli-mənəvi dəyərlərə hörmət hissinin aşılanması, vətənə sədaqət, vətəndaşlıq mövqeyinin formalaşdırılması, vətənpərvərlik tərbiyəsi məsələlərini önə çəkibdir. Bunlar isə hər bir məsuliyyətli ölkə vətəndaşı, o cümlədən respublikamızın təhsil ictimaiyyəti qarşısında yeni vəzifələr qoyur.


Dilşad Əhmədova
Baş redaktor