Gündəm, Siyasət, Ölkə
18 mart 2023
488

Prezident İlham Əliyevin uğurlu təhsil siyasəti

Prezident İlham Əliyevin uğurlu təhsil siyasəti
Hər bir ölkənin bu günü və gələcəyi təhsillə bilavasitə bağlıdır. Təhsilin səviyyəsi, eyni zamanda, elmi-texniki tərəqqini də böyük dərəcədə şərtləndirir. İnkişaf etmiş ölkələrin təcrübəsinə baxdıqda, görürük ki, onları inkişaf etmiş ölkələrə çevirən təbii resurslar yox, məhz bilik, savad, təhsil və elmin inkişafıdır.
Təhsil sahəsində keyfiyyət göstəricilərinin yaxşılaşmasını şərtləndirən amillər sırasında infrastrukturun rolu xüsusilə böyükdür. Müasir infrastruktur, güclü maddi-texniki təchizat öz növbəsində keyfiyyətli təhsilə yol açır. Bu baxımdan ölkəmizdəki vəziyyət təqdirəlayiqdir. Son 19 ildə respublikamızda təhsil infrastrukturunun yenilənməsi sahəsində böyük uğurlar əldə olunub. Bəhs olunan dövrdə təhsil infrastrukturunun yenilənməsi həm ümumtəhsil məktəblərini, həm də ali təhsil ocaqlarını əhatə edib.
Azərbaycanda ali məktəblərin mütləq əksəriyyəti müasir standartlara cavab verir, yeni binalar, korpuslar tikilib, yeni ali məktəblər yaradılıb. Hesab edirəm ki, bu sahədə işlərin böyük hissəsi görülüb.
Bəhs olunan dövrdə respublikamızda yüksək səviyyəli təhsil infrastrukturunun yaradılmasına dövlət tərəfindən böyük həcmlərdə maliyyə vəsaiti yönəldilib. Eyni zamanda, ölkəmizdə təhsil infrastrukturunun yenilənməsinə Cənubi Qafqazın ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondu da öz töhfəsini verir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fond tərəfindən reallaşdırılan “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində ölkənin müxtəlif bölgələrində 100 mindən artıq şagirdin təhsil aldığı 400-dək məktəb binası inşa olunub və yaxud əsaslı şəkildə yenidən qurulub. Bu məktəblərin hər birində müasir laboratoriya, kitabxana, yeməkxana, ən son avadanlıqla təchiz edilmiş kompyuter otaqları, emalatxanalar, idman zalları və geniş meydançalar, eləcə də avtonom istilik sistemi yaradılıb.
Yuxarıda vurğuladığımız kimi, Prezident İlham Əliyev ölkədə təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı qarşıya ciddi vəzifələr qoyub ki, burada da müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Təhsilin səviyyəsinin yüksəlməsində müəllimlərin peşəkarlığı mühüm rol oynayır. Bununla bağlı fikirlərini ifadə edən Prezident İlham Əliyev deyib: “Təhsilin keyfiyyəti artmalıdır və artır. Bunu müxtəlif reytinqlər göstərir və əlbəttə, burada əsas məsələlərdən biri müəllimlərin peşəkarlığıdır. Çünki təhsilin səviyyəsi müəllimlərin peşəkarlığından asılıdır. Müəllimlər uşaqları necə öyrədirlərsə, uşaqlar da buna uyğun şəkildə biliklər əldə edirlər”.
Dövlət başçısının diqqət və qayğısı ölkəmizdə milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından yetişdirilməsi və təkmilləşdirilməsi işinə mühüm töhfələr verir.
Azərbaycanda və onun hüdudlarından kənarda Prezident İlham Əliyev Qalib ölkənin Müzəffər Ali Baş Komandanı kimi böyük nüfuz sahibidir.
Qeyd etməyi lazım bilirik ki, ilk əvvəl onun seçicilərinin gəldiyi bu qənaət müasir dünyanın siyasi-sosial elitası tərəfindən etiraf olunan gerçəklikdir. Ölkəmizin təhsil ictimaiyyəti həmin gerçəkliyin ilk şahidlərindəndir və onlar möhtərəm cənab Prezidentin öz seçicilərinə, Azərbaycan Respublikasının vətəndaşlarına ilk seçkiqabağı təbliğat-təşviqat kampaniyası zamanı təqdim etdiyi seçkiqabağı proqramın ilk bəndlərini indi də xatırlayırlar. O bəndlərdə Azərbaycanın ərazi bütövlüyünün bərpasını prezidentliyi dövrünün əsas prioritet istiqaməti elan edən İlham Əliyev ölkə iqtisadiyyatı və sosial həyatının bütün sahələrində inkişafa nail olunacağını vəd edirdi. Aradan keçən zaman Prezidentin dediklərini seçkiqabağı kampaniyalarda seçicilərinə söz verən taktiki siyasətçinin deyil, xalqın və ölkənin taleyi üçün məsuliyyət daşıyan böyük bir dövlət xadiminin dayandığını təsdiq etdi. O, bütün hüquqi və mənəvi normaları tapdayan işğalçı Ermənistan dövləti ilə aparılan 44 günlük müharibədə təkcə Silahlı Qüvvələrimizin şəxsi heyəti üçün deyil, xalqımız üçün nümunəyə çevrildi. Şuşa şəhərinin işğaldan azad edildiyi gün xalqa televiziya ilə müraciəti zamanı “Əziz Şuşa, sən azadsan!”, deyib də, səhərisi gün atası, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib. Onun ən böyük arzusunun yerinə yetirildiyini söyləyərkən necə Vətəndaş, necə Oğul olduğunu bir daha əyani göstərdi.
Prezident İlham Əliyev şəxsi nümunənin ən mükəmməl əyani vəsait olduğunu bir daha xatırlatdı.
Azərbaycanda hər bir sahədə müşahidə olunan inkişaf tendensiyası təhsil sektorunda xüsusilə diqqəti cəlb edir. Bu inkişafın əsasında isə, şübhəsiz, ulu öndər Heydər Əliyevin ideyaları və həmin ideyalar əsasında həyata keçirilən siyasətin strateji kursu dayanır. Həmin strateji kursdur ki, bünövrəsi müasir Azərbaycan Respublikasının memarı, ümummilli lider Heydər Əliyev tərəfindən qoyularaq Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Dövlət başçısının yüksək diqqəti və məqsədyönlü göstərişləri əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir. Bu da ölkəmizdə milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından yetişdirilməsi və təkmilləşdirilməsi işinə mühüm töhfələr verir. Onu qeyd etməyi lazım bilirik ki, təhsil siyasəti hər bir ölkənin strateji hədəflərində birinci yerlərdən də yox, elə, birinci yerdə durur, inkişaf konsepsiyasının mühüm tərkib hissəsi kimi qəbul edilir.
Bütün bunlar təsdiq edir ki, prezidentliyinin ilk vaxtlarından qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində Azərbaycana sanballı nəticələr qazandıran Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin son on doqquzk fəaliyyəti xüsusilə uğurlu olub. O, təhsil sistemi qarşısında duran əsas vəzifələri müəyyənləşdirərək azərbaycançılıq ideologiyasının təbliği, Azərbaycan dilinə, ədəbiyyatına, tarixinə, mədəniyyətinə məhəbbət hissinin, milli-mənəvi dəyərlərə hörmət hissinin aşılanması, vətənə sədaqət, vətəndaşlıq mövqeyinin formalaşdırılması, vətənpərvərlik tərbiyəsi məsələlərini önə çəkibdir. Bunlar isə hər bir məsuliyyətli ölkə vətəndaşı, o cümlədən respublikamızın təhsil ictimaiyyəti qarşısında yeni vəzifələr qoyur.
Novruz bayramının gəlişi ilə əlaqədar bütün təhsil işçilərini, o cümlədən də Azərbaycan xalqını təbrik edirəm, bahar təravətli günlər və işlərində müvəffəqiyyətlər arzulayıram.

Prezident İlham Əliyevin uğurlu təhsil siyasəti


Həzrət Qocayev
Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru