Gündəm, Cəmiyyət, Ölkə
18 sentyabr 2024
502
BİZİM ELÇİN HƏKİM
Bəşəriyyət iki sütun üzərində bərqərar olmuşdur: onlardan biri müəllim, digəri isə həkimdir. “Sağlam bədəndə sağlam ruh olar” deyən atalarımız bu kəlamı məhz hər iki sənət sahibləri-müəllim və həkimlər üçün söyləmişlər. Çünki müəllim elm, təlim-tərbiyə, əxlaq mənbəyidir. Həkimlik isə bütün bunlarla yanaşı bəşəriyyətin sağlamlığının keşiyində duran müqəddəs peşə sahibləridir.
Yazımın əsas qəhrəmanı
Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının direktoru Elçin Bilalov kimi...
Onun şəfalı əlinin, xeyirxah, təmənnasız əməllərinin canlı şahidi olanlar onu bizim Elçin həkim adlandırır.
Elçin Bilalov zəngin mənəviyyata, yüksək insani keyfiyyətlərə malik olan sakit təbiətli bir insandır. O, həmçinin xoş rəftarı, diqqət və davranışı ilə də qəlblərə məlhəm olan bir ziyalı həkimdir. İnsan adətən, həkimə gedən zaman həyəcanlanır, qorxu hissi keçirir. Elçin həkim xəstə ilə nəinki həkim-xəstə münasibətində olur, eyni zamanda xəstələrlə tam səmimi münasibət yaradır, onların hər biri ilə öz doğması, yaxını kimi rəftar edir. İmkansız insanlara, şəhid ailələrinə, yaşlı nəslə təmənnasız əl tutması, onların qayğısına qalması həkimin əsas xüsusiyyətidir. Çünki o, öz peşəsini sevən və ona sadiq qalan gözəl həkim, dəyərli insandır. Xəstələrinin dili ilə desək, Elçin həkimin yanına gedib, onunla söhbət etmək özü bir məlhəmdir insana. Elçin həkim ölkəmizdə səhiyyəyə yetərincə diqqət ayrılırmı və səhiyyəmizdə nə kimi yeniliklər görürsünüz sualını birmənalı olaraq belə cavablandırır:
-Səhiyyəmizə yetərincə diqqət ayrılır və mən deyərdim ki, gördüyümüz kimi Azərbaycan səhiyyəsi durmadan inkişaf etməkdədir. Məhz bu səbəbdən biz Heydər Əliyev Fondunun Prezidenti, UNESKO VƏ İSESCO-nun xoşməramlı səfiri, Respublikamızın I Vitse Prezidenti Mehriban xanım Əliyevaya minnətdarıq. Həkimlik sənətinin çətin, məsuliyyətli və gərəkli sahə olduğunu, bütün çətinliklərə baxmayaraq öz işinin öhdəsindən layiqincə gələn Elçin həkimin fikrincə savadlı və işini bilən təcrübəli həkim üçün heç bir qorxu yoxdur. İnsan gərək öz tutduğu peşənin kamil bilicisi, mütəxəssisi olsun. Ümumiyyətlə, bütün peşələrə məsuliyyətlə yanaşmaq lazımdır.
__ Bir həkim kimi ən böyük sevinciniz nədir? - sualını Elçin həkim öz xarakterinə uyğun cavablandırdı:
Mənim üçün xəstələrimin şəfa tapması və mənə xeyir-duasından böyük sevinc, xoşbəxtlik ola bilməz. Mənə öz peşəmi sevdirən məhz bu amillərdir. Elçin həkim haqqında onun otağının qarşısında durub səbrlə növbə gözləyən xəstələrin danışdıqlarından, onların Elçin həkimin ünvanına söylədiyi xeyir-duadan bir daha başa düşdüm ki, hər bir xəstənin ümid və inam yeridir Elçin həkim.
Bəli, Elçin həkimhaqqında eşitdiklərimizdən belə qənaətə gəlmək olar ki, onun varlığı, hər bir dəqiqəsi insan həyatı üçün dəyərlidir, vacibdir. Onların hər biri onun şəfalı əllərindən sağlamlıq payı umur. Və inanırlar ki, öz hisslərində yanılmayıblar.
Bəli,dəyərli oxucular! Haqqında sizə bəhs etdiyim Elçin Bilalov həqiqətən də olduqca səmimi və xeyirxah insan, xeyirxah olduğu qədər də öz işinə bütün varlığı ilə bağlı olan dəyərli həkimdir. Onun əlinin şəfasından xeyir görənlər onu bizim Elçin həkim adlandırmaqda heç də yanılmayıblar. Bütün insani keyfiyyətlərə malik olan Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının direktoru Elçin Bilalova sağlıqlı uzun ömür arzulayır,
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizə, xalqımıza şərəfli xidmətində müvəffəqiyyətlər arzulayıram.
Daha çox xəbər:
Şəfalı əlləri ilə insanlara yaşamaq sevincini bəxş edən xeyirxah peşə sahib ...
Gündəm, Cəmiyyət, ÖlkəHİPPOKRAT ANDINA SADİQ HƏKİM
Gündəm, Cəmiyyət, ÖlkəHİPOKRAT ANDINA SADİQ OLAN – ƏSL VƏTƏNDAŞ, T.Ü.F.D., DOS., K.Y.FƏRƏCOVA ADI ...
Gündəm, Cəmiyyət, ÖlkəElçin Əfəndiyevin qızı Konstitusiya Məhkəməsinə hakim təyin ediləcək
ÖlkəElçin Əfəndiyevin qızı hakim təyin edilə bilər
Ölkə