Gündəm, Ölkə
23 sentyabr 2024
174
MÜƏLLİMLİK MÜQƏDDƏSDİR, PEŞƏLƏRİN ALİSİDİR
Müəllim dünyada yeganə şəxsiyyətdir ki, cəmiyyət özünün gələcəyini, uşaqların tərbiyəsini yalnız ona etibar edir. Şəxsən mənim müəllimə həmişə böyük hörmətim olubdur.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Ümummilli lideri
Müəllimlik dünyada ən çətin, çətin olduğu qədər də şərəfli və ğözəl peşədir.Bu gözəl və şərəfli işin dəyərini bilən əcdadlarımız həmişə müəllimə hörmətlə yanaşmışlar.
Müəllimlər şagirdlərin dərin və hərtərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını sərf edirlər. Valideynlə bərabər, bəlkə də, ondan daha çox, uşağın hər cür şıltaqlığına, əziyyətinə dözmək, kədəri ilə kədərlənib, sevinci ilə sevinmək müəllimlərin üzərinə düşən ağır yükdür. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir.
Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir.
Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır.Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur. Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, müəllim haqqında xoş sözlər söyləmişdir.O, öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı. Dahi Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşmış, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması qayğısına qalmışdır.O, deyirdi: "Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı namınə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir".
Bəli,müəllimlik ən müqəddəs sənətdir. Maddi-mənəvi aləmdə heç bir ehtişam, əzəmət, qüdrət müəllim üçün meyar ola bilməz.Sarayların naxışını, həyatın sinfoniyasını, dastanların nəğməsini, sözünü yaradan şairlərin, yazıçıların, möhtəşəmliyi ilə göz oxşayan binaları ucaldan, parkları salan memarların, insanlara həyat bəxş edən həkimlərin və yüzlərlə digər sənət sahiblərinin yaradıcısı kimdir?!- Əlbəttə ki, müəllim!
Gözünün nurunu, qəlbinin istisini şagirdlərinə verən əsil müəllimlərdən biri də Nəsimikənd kənd tam orta məktəbin direktoru Topiyev Məlikşah Cəmusər oğludur.
Müəllim sözünün arxasında böyük məna dayanır. Peşələrin ən çətini, ən məsuliyyətlisi və ən şərəflisidir müəllimlik. Mənim fikrimcə əsl müəllimlik anadangəlmə bir istedaddır, vergidir. Bəli, müəllim böyük memardır, həyatın yaradıcısıdır.Ömrünü sevə-sevə bu müqəddəs peşəyə həsr edən Məlikşah nüəllim öz şagirdlərinə təkcə bilik öyrətmir, eyni zamanda onlara ana qayğısı ilə yanaşır, hər birinin yolgöstərəni, sirlərini bölüşə biləcəyi yaxın dostu olur. Elə bu səbəbdən də həmin məktəbdə təhsil alan hər bir uşaq Məlikşah müəllimə çox bağlıdır.Onu sevən, haqqında xoş sözlər söyləyən hər kəs Məlikşah Cəmusər oğlu Topiyevin gözəl xarakterə malik insan olduğunu, şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı ilə, həssaslıqla yanaşdığını da qeyd edirlər. Məlikşah müəllim sıravi müəllimlikdən direktor pilləsinə qədər şərəflə addımlayıb.Getdiyi məclislərdə, qatıldığı tədbirlərdə hər kəs onu doğması kimi salamlayır.Şagirdləri, işlədiyi məktəbin bütün məzunları onu sevgi ilə, ehtiramla xatırlayırlar. Pedaqoji fəaliyyəti dövründə yüzlərlə gəncin yetişməsində, vətənə layiqli övlad kimi cəmiyyətdə öz yerini tutmasında bütün dəyərli, müəllimlər kimi Məlikşah Topiyevin rolu danılmazdır. Bu gün də şagirdlərinə, doğmalarına öz tövsiyələrini, dəyərli məsləhətlərini əsirgəmir. Məlikşah müəllimin fikrincə harda olmalarından asılı olmayaraq onun haqqında söz düşərkən mənim dəyərli müəllimim, direktorum deyərək hər hansı bir şagirdimin üzündə təbəssüm yaratmaq kimi xoşbəxtliyə nail ola bilmişəmsə, deməli,bu dünyada ən böyük sərvəti mən qazanmışam. Bu mənim ən böyük uğurumdur, nailiyyətimdir. Bəli, Saatlı rayon Nəsimi kənd tam orta məktəbin direktoru Məlikşah Topiyev haqqında deyilənlərdən məlum olur ki, o, olduqca peşəkar və nümunəvi idarəçilk qabiliyyətinə malikdir.Onun rəhbərliyi ilə məktəbin uğurları ildən-ilə artmaqda davam edir.
Xəbərim.info saytının bütün yaradıcı heyəti adından bu şərəfli sənət sahibini, bu adın mənəvi yükünü təmiz, vicdanla daşıyan və bu ada sözün həqiqi mənasında layiq olan Məlikşah Topiyev başda olmaqla, məktəbin bütün işçi kollektivini-həyatımız boyu borclu olduğumuz bütün dəyərli müəllimlərimizi Yeni dərs ilinin başlanması münasibətilə səmimi qəlbdən təbrik edir, sağlıqlı uzun ömür diləyir, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizə, xalqımıza şərəfli xidmətlərində yeni-yeni uğurlar arzulayır, hər birinə həyatda və pedaqoji fəaliyyətində səbir diləyir, gələcək uğurlarının davamlı olmasını arzulayırıq.
Şərəfli fəaliyyətinizin, ləyaqətli ömrünüzün uzunömürlü, davamlı olması arzusu ilə, mən: Dilşad Zabit qızı Əhmədova
Daha çox xəbər:
BİZİM ELÇİN HƏKİM
Gündəm, Cəmiyyət, ÖlkəPeşə bayramınız mübarək!
Gündəm, Cəmiyyət, ÖlkəPEŞƏ BAYRAMINIZI TƏBRİK EDİRİK!!!
Gündəm, Cəmiyyət, Ölkə, SosialAğstafa şəhər 2 saylı tam orta məktəbinin direktoru Vəfa Tağıyeva - rəhbər, ...
Gündəm, Cəmiyyət, Ölkə, BölgəŞƏRƏFLİ PEŞƏ SAHİBİ
Gündəm, Cəmiyyət, Ölkə