Gündəm, Cəmiyyət, Ölkə
27 yanvar 2023
494
ŞƏRƏFLİ PEŞƏ SAHİBİ
Müdriklərdən bizə ərmağan qalan el məsəlində deyilir ki, Tanrı insana yaşlanmaq deyil, yaş almaq nəsib etsin. Ömrünü səhiyyəyə sərf edən adam isə daimi yaşarılıq qazanır. Çünki əməli kamalı ilə dəyərləndirilən həkim camala yox, kamala xidmət edir. Belə şərəfli həyat yolu keçənlərdən biri də Xətai rayonunun ərazisində yerləşən 27 saylı orta məktəbin direktoru Cəmilə Ramazanovadır.
Həyatının mənasını “Sabahlar insanlara bu günün hədiyyəsidir” hikməti ilə dəyərləndirən Cəmilə müəllimə üçün hər gün yazılan insan ömrünün səhifəsidir. Buna görə də gələcək həyatını müəyyənləşdirərkən də qismətin asan yolunu seçməyib.
Qəlbi pak,incə duyğulara malik, insanlara sədaqəti, humanizmdən yoğrulmuş bir ömürün sədası ilə gənclərimizə, təhsil yollarında səmərəli bələdçilik etmiş şərəfli peşə sahibinin həyat səlnaməsinə nəzər yetirək.
Cəmilə Ramazanova həyatını cəmiyyətimizdə aparıcı sayılan, gənclərin təlim-tərbiyəsinə həsr etməklə onların həyat istiqamətlərinə parlaq işıq saçmışdır.
Yaradıcı müəllim, neçə-neçə gənc müəllimləri təhsil yollarında uğurlu addım üçün pedaqoji və metodiki köməklik göstərmiş, hər bir gənc müəllimin uğurlarına sevinib, onlara şərəfli yolda, yol yoldaşı olmuşdur. Öz ixtisasını gözəl bilən, elmin dərindən öyrənilməsinə bütün imkan və bacarıqlarını sərf etməklə nazirlik tərəfindən bir çox mükafatlar almışdır.
Cəmilə müəllimə uzun illər təhsil sahəsində işləyib və işlədiyi dövrlərdə həmişə yeniliyiə can atmaqla, müasir təhsilimizin inkişaf nəbzini tuta bilmişdir.
Vətənimizin bütün guşələrini, təbiətə vurğun qəlbi ilə sevən Cəmilə müəllimin əsl vətəndaşlığı, dövlətə sədaqəti ilə seçilən ziyalı olmağı, onun ömür səlnaməsinin ən uğurlu səhifələrindəndir.
Müdriklik dövrünü yaşayan Cəmilə müəllimə, ictimaiyyətin, elin, obanın sevimlisinə çevrilməsi, onun nəcib xeyirxah, alicənab əməllərinin bariz nümunəsidir.
Onun dövləti şagirdləri, qazancı el məhəbbəti, nəğməsi şagirdlərinin sədasıdır. Bəli, müəllimin şagirdlərinin sədası uzaq-uzaq xarici ölkələrdən yüksək səviyyəli mütəxəsis kimi gəlməsi, doğma ölkəmizdə general rütbəsinə qədər yüksələn şagirdlərinin xoş əməlləri, müəllimin ömrünə ömür calamaqla yaşamağa ruhlandırır.
Mən bu yazını hazırlayarkən məktəb direktoru haqqında deyil, bir müəllimim haqqındakı düşüncələrimi qələmə almağa çalışmışam. Bütün məktəb kollektivi adından Cəmilə Ramazanovaya gələcəkdə rəhbərlik etdiyi təhsil məüssisəsində uğurlar arzu edirik.
Bizdə öz nöbəmizdə Xeberim.info xəbər portalının əməkdaşları adından bu günədək təhsil işçisi kimi fəaliyyət göstərən Cəmilə müəlliməni ikiqat məsuliyyətlə çalışaraq ona göstərilən etimadı doğrultmaq naminə elmin ən son nailiyyətlərinin tətbiqini, öz üzərində çalışmağı da unutmur. Cəmilə həkim yaxşı bilir ki, şagirdlərinin qəlbini sevindirməyin, onlara bir ana olaraq qayğı göstərməyi şagirdlərinin sevincini birlikdə yaşamaqdır.
Ona görə də çoxşaxəli və geniş müəllimlik fəaliyyətində də daha çox fərdin yetişməsində, təhsilin inkişaf etdirərək böyük nailiyyətlərə imza atmışdır. Zəhməti isə hədər getməyib.
Savadlı müəllim kimi ölkəmizdə kadrların hazırlanmasında bilik və bacarığını əsirgəməyən Cəmilə müəllimə deyir ki, şagirdin evi həm məktəb, həm də yaşadığı ünvandır.
Atalar məsəli var: “Sağ əl verdiyini, sol əli bilməməlidir”. Araşdırmalarımız nəticəsində bildik ki, Cəmilə Ramazanova dövlətini, xalqını sevən vətənpərvər ziyalıdır. 2020-ci ildə Dünya şöhrətli Liderimiz, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları “Dəmir Yumruq” adı altında torpaqlarımızız azadlığı uğrunda əks-hücum əməliyyatı başlayandan Cəmilə müəllimə də haqq-ədalət savaşında öz insanlıq borcunu yüksək səviyyədə yerinə yetirmişdir, bir vətəndaş olaraq da dövlətimizə öz mənəvi və maddi köməkliyini əsirgəməyib. İndinin özündə də Cəmilə Ramazanovaya üz tutan şəhid ailələri, Qarabağ qaziləri və kimsəsiz imkansız ailələrə öz hümanistliyini göstərərək əlindən gələn köməliyi göstərir.
Cəmilə müəlliməyə bundan sonra da uğurlar və cansağlığı arzulayırıq. Ona “Ziyalı ömrü” qədər, əsrə bərabər yaşam sevinci diləyirik.
Dilşad Əhmədova
Baş redaktor
Daha çox xəbər:
Təhsil işçiləri təltif olundu
Gündəm, CəmiyyətŞəfalə əllər sahibi - həkim Nigar Mehdiyeva
Gündəm, Cəmiyyət, ÖlkəŞƏFALI ƏLLƏRİN MÖCÜZƏSİ
Gündəm, Cəmiyyət, Ölkəİşini vicdanla yerinə yetirən Bərxudar Bərxudarov haqqında yazılanlar böhta ...
Gündəm, Cəmiyyət, Ölkə, BölgəXatırlanan xeyirxah insan
Gündəm, Siyasət, Dünya, Cəmiyyət, Ölkə, Sosial