Gündəm, Cəmiyyət, Ölkə
15 aprel 2022
1193
ŞƏFALI ƏLLƏRİN MÖCÜZƏSİ
Azərbaycan səhiyyəsinin günü-gündən inkişaf etməsi göz qabağındadır. Səhiyyənin və eləcə də bütünlükdə tibb ocaqlarının tərəqqi və inkişaf etməsi haqqında danışdıqda, ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi sərəncam və fərmanların nə qədər böyük əhəmiyyət daşıdığını görürürük. Bu sərəncam və fərmanlar nəticəsində dünya standartlarına cavab verən klinika və xəstəxanalrı, ambulator və poliklinikaları, qospital və tibb məntəqələrini göz önünə gətirmək kifayətdir.
Müdriklərdən bizə ərmağan qalan el məsəlində deyilir ki, Tanrı insana yaşlanmaq deyil, yaş almaq nəsib etsin. Ömrünü elmə sərf edən adam isə daimi yaşarılıq qazanır. Çünki əməli kamalı ilə dəyərləndirilən alim camala yox, kamala xidmət edir. Belə şərəfli həyat yolu keçənlərdən biri də Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Səyyaf Tağıyevdir.
Bu gün biz inamla deyə bilərik ki, ölkəmizdə onlarla, bəlkə də yüzlərlə savadlı, bacarıqlı, yüksək ixtisaslı həkimlərimiz vardır. Hətta, xarıcı dövlətlərdən belə müayinə olunmaq üçün Azərbaycana gələrək bizim həkimlərimizə müraciət edən yüzlərlə vətəndaşlar vardır. Belə tibb ocaqlarından biri də Xaçmazda fəaliyyət göstərən Xaçmaz Rayon Mərkəzi Xəstəxanasıdır. Yuxarıda qeyd etdiyim kimi yüksək ixtisaslı həkim və tibbi əməkdaşların çalışdığı bu tibb ocağanda xəstələrə xidmət göstərilməsi üçün hər cür şərait vardır.
Yüksək standartlara cavab verən bu xəstəxana geniş quruculuq və abadlıq işləri görülmüşdür. Xəstəxanada vətəndaşlara ən yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün hər cür zəruri şərait yaradılıbdır.
Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında bir çox şöbələr fəaliyyət göstərir.
Mən sağlamlığım üçün əhəmiyyət kəsb edən bu xəstəxanada həkim və tibbi heyətin həm peşəkarlığını, həm təcrübəli olmalarını, eyni zamanda da xəstələrə göstərdikləri diqqət və qayğını görüb, bu haqda yazmağı qərara aldım. Çünki, bu gün hər kəs sağlamlığını bacarıqlı həkimlərə etibar etməyə üstünlük verir. Bu nöqteyi-nəzərdən belə həkimlərin tanınması vacibdir. İlk olaraq Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Səyyaf Tağıyev haqqında oxucularıma məlumat vermək istəyirəm.
Bu günədək həkim kimi fəaliyyət göstərən baş həkim Səyyaf Tağlyev ikiqat məsuliyyətlə çalışaraq ona göstərilən etimadı doğrultmaq naminə elmin ən son nailiyyətlərinin tətbiqini, öz üzərində çalışmağı da unutmur. Səyyaf həkim xəstələrin qəlbini həmişə sevindirib, müalicəsini düzgün edib tam sağaldaraq xəstəxanadan yola salır. Səyyaf həkim sanki İlahi bir qanunun keşiyində duraraq xalqına, millətinə, dövlətinə layiqincə xidmət edir. Səyyaf həkim kollektiv arasında da böyük nüfuza malikdir, böyük idarəçiliyi ilə heç bir tibb personajın qəlbinə dəymədən onlarla birlikdə çalışır. Əsl hümanistlik məhz Səyyaf həkimdə öz əksini tapır.
Xəstəxananın baş həkimi Səyyaf Tağıyev dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının yürütdüyü daxili və xarici siyasətini dəstəkləyərək, Prezidentin verdiyi əmr və sərəncamlarını, səhiyyə sistemində qəbul etdiyi qərarlarını layiqincə, yüksək peşəkarlıqla həyata keçirərək rəhbərliyin və xalqın qarşısında nüfuz qazanmışdır. Mərkəzi Neftçilər Xəstəxanasına üz tutan 44 günlük haqq savaşımızda sağlamlığın bir qismini itirən Qazilərimizi həkim personalı yüksək səviyyədə qarşılayaraq, onları müayinə və müalicə edərək xidmətlərində dururlar.
Bir sözlə Xaçmaz Rayon Mərkəzi Xəstəxanası bir şəfa ocağı olaraq başda Səyyaf Tağıyev olmaqla şərəflə işinin və peşəsinin öhdəsindən gəlirlər.
Bu cəhətdən mən Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında gördüyüm qayğı və diqqəti bu gün də hiss etməkdəyəm. Mən xəstəxananın baş həkimi Səyyaf Tağıyevə və digər tibb personajına dərin münnətdarlığımı bildirirəm, belə həkim və tibb işçilərimizin olmağı ilə fəxr duyuram. Bu cür tibbi heyət xalqını sevən, ona qayğı göstərən əsl vətəndaşlıqdan əlavə, ən yüksək təltiflərə layıqdirlər. İşlərinizdə daim uğurlar arzulayıram.
Dilşad Əhmədova
Baş redaktor
Daha çox xəbər:
İcbari tibbi sığorta ilə bağlı YENİ QAYDALAR
SosialAzərbaycanda hər kəsin ailə həkimi olacaq
ÖlkəAzərbaycanda yüksək vəzifəyə TƏYİNAT - FOTO
CəmiyyətANONS! Eynulla Novruzov ilə bağlı ŞOK FAKT - cənab Prezidentin nəzərinə
ÖlkəAğdaş rayon xəstəxanasının baş həkimi Nuru Nuruyev vəzifəsini şərəflə yerin ...
Gündəm, Ölkə