Gündəm, Cəmiyyət, Ölkə
29 dekabr 2023
403
ŞƏRƏFLİ PEŞƏ SAHİBİ – SƏMİMİ, QAYĞKEŞ, MƏSULİYYƏTLİ: POLİS GENERALI TEYMUR HACIYEV
Dünyada yüzlərlə sənət, peşə var. Hər biri də özünəməxsus xüsusiyyəti, özəlliyi ilə seçilir. Dövr, zaman nə qədər dəyişsə də, yeni-yeni peşələrə ehtiyac yaransa da, heç bir zaman dəyişməyən, dəyərini, nüfuzunu itirməyən, bütün peşələrin fövqündə dayanan bir peşə var ki, o da ictimai asayişi qorumaqdır Bu məsuliyyətli vəzifənin daşıyıcıları xalqın gələcəyi üçün layiqli vətəndaş, ictimai asayişin, cinayətkarlığın qarşısını almaq və ən əsası da dövlətçiliyə sadiq olmaqdır. Əlbəttə ki, hüquq-mühafizə orqanlarında çalışmaq nə qədər çətin olsa da bir o qədər şərəfli və qürurvericidir. Cəmiyyətin parlaq gələcəyi məhz polislərimizin əlindədir.
Bu gün söhbət açacağımız insan, vətənpərvər general, hər zaman şəhid ailələri, müharibə əlilləri və kimsəsizlərin yanında olaraq qayğısına qalan polis generalı Teymur Hacıyevdir. Teymur müəllim öz məsul vəzifəsini layiqincə yerinə yetirən şəxsi keyfiyyətləri ilə seçilən Gəncə Şəhər Polis İdarəsinin rəisidir.
Hüquq-mühafizə orqanlarında nadir istedadlı şəxsiyyət kimi tanınan və çəkdiyi zəhməti ilə hamıdan fərqlənən xeyirxahlıq, ziyalılıq, alicənablıq simvoluna çevrilən Teymur müəllimin həyat yolu və fəaliyyəti olduqca şaxəlidir. Saf əqidəli insanlar sabaha inamla, gələcəyə ümidlə yaşamağa ruhlandıran mənəviyyatca pak və dürüst insan, görkəmli şəxsiyyət olan Teymur müəllim ülvi insani kefiyyətləri, elmi fəaliyyəti təkrarsız bir insan olaraq görürük. Təsadüfi deyildir ki, Onun fəaliyyəti də, mənalı ömür yolundakı yorulmaz fəaliyyəti də insanların hüquqlarını qorumaqdır. Kainat qədər geniş qəlbindən və zəkasından çağlayan ilahi nuru Onu tanıyanların mənəvi dünyasına daim nur saçır.
Teymur Hacıyev əmək fəaliyyətini zəhməti ilə başlasa da, özünün ləyaqəti və amalı, bilik və savadı ilə sonralar yüksək vəzifələrdə çalışmağa başlamışdır. Teymur müəllim həmişə, hər zaman ölkə rəhbərinin etimadını doğruldaraq, dövlətə və dövlətçiliyə sadiq qalan şəxsiyyətlərdəndir.
Müasirləri Teymur Hacıyev haqqında söz açarkən, ləyaqətli bir insan olduğunu vurğulayırlar. Teymur müəllim işinin gərginliyinə baxmayaraq, həmişə bir rəhbər kimi qayğıkeşliyi ilə, həssalığı, insanlara mehriban və qayğı ilə yanaşması ilə seçilib. Özünün insani təravəti, səmimiliyi, başqalarının kədərinə yanması və köməyinə çatması, ən ağır anlarda insana dayaq durması məxsusi dəyərləri sırasında hallanır. Bəli, bu keyfiyyətləri, peşəkarlığı, ictimai fəallığı ilə Teymur Hacıyev yüksəkdə dayanır. Həyat yoluna nəzər saldıqda, bitib-tükənməyən arzulara doğru yol açan ömrün gözəlliyi diqqəti cəlb edir. Mən bir araşdırmaçı jurnalist kimi deyirəm ki, Teymur Hacıyevin sığmayan bənzərsiz şəxsiyyət ömrü vardır. Bu keyfiyyətlər və dəyərlər, məhz şəxsiyyət olaraq ziyalının ömrünə işıq saçmışdır. Teymur müəllimin insani etikası ilə bir nümunədir hər kəs üçün... O, qədər müsbət keyfiyyətləri ilə seçilir ki, Teymur müəllim haqqında yazdıqca yazmaq istəyirsən. Sözümü bir sonluqla bitirmək istəyirəm: Teymur Hacıyevin həyat yolu gələcək nəsillər üçün örnək olacaq bir simaya çevrilib və həyat fəlsəfəsi hər kəsə bəlli bir nümunəvi yoldur.
Redaksiyamızın kollektivi adından cənab generalımıza qarşıdan gələn 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və Yeni il münasibəti ilə ürəkdən təbrik edirik, qarşıdan gələn hər bir gün üçün uğur, qalibiyyət və zəfər arzulayırıq.
Hazırladı:
Dilşad Əhmədova
Baş redaktor
Daha çox xəbər: