Gündəm, Ölkə, Bölgə
30 mart 2023
438

ŞƏRƏFLİ VƏ MƏNALI ÖMÜR YOLU

ŞƏRƏFLİ VƏ MƏNALI ÖMÜR YOLU
Bu dəfə söhbər açacağımız insan özünün müsbət keyfiyyətləri ilə həmişə seçilən vətənpərvər eloğlumuz Goranboy Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmov olacaqdır.
İnsanlarda ləyaqət, intellekt və mehribanlıq kimi üç vacib keyfiyyəti xüsusi dəyərləndirən İlqar müəllim özü həmin uca insani dəyərlərin daşıyıcısı olaraq ölkədə və regionlarımızda yüksək reytinqə malikdir.
İlqar müəllim öz çoxtərəfli fəaliyyəti ilə üzərinə düşən olduqca mühüm vəzifələrin öhdəsindən məhz böyük məsuliyyəti, prinsipiallığı və iradəsi hesabına layiqincə gəlir.
Goranboy Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmov ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı daxili və xarici siyasətini dəstəkləyir və hər zaman xalq-dövlət, dövlət-xalq birliyini özünə mücəssəmə bilərək öz vətəndaşlıq borcunu xüsusi əhəmiyyətli günlərdə yüksək səviyyədə yerinə yetirir. İlqar müəllim Şəhid ailələrinə, Qarabağ qazilərinə, kimsəsiz və ahılların həmişə yanında olmuş və onlara maddi-mənəvi dəstəyini göstərmişdir.
Heç şübhəsiz, sadalanan keyfiyyətlərlə yanaşı, burada 2 mühüm amilin də rolu danılmazdır. Onlardan birincisi, genetika ilə bağlıdırsa, ikincisi, zəngin təcrübə amili ilə əlaqədardır. Müasir genetika elmi sübut edir ki, nəsilli-köklü, böyük elmi və zehni potensiallı ailələrin övladlarının genetik kodun daşıyıcısı olaraq böyük uğurlara imza atma şansı kifayət qədər böyükdür. Münbit şəraitin olacağı təqdirdə həmin övladların valideynlərindən miras qalmış irsi potensialı zənginləşdirərək daha böyük uğurlar əldə etməsi sırf zaman məsələsidir. Məsələyə bu kontekstdə yanaşdıqda xüsusi olaraq qeyd edək ki, hörmətli İlqar Məhərrəmov böyük genetik irsin varisidir. İlqar müəllim uğurları bir vətənpərvər məmur olaraq Azərbaycan iqtisadiyyatına özünəməxsus töhfəsini vermişdir. Çünki, İlqar müəllimin çalışdığı sahə elə bir sahədir ki, yerli camaatın əkinçiliklə məşğul olmasında birbaşa rolu vardır. Belə bir el məsəli var ki, “Su qədər ömrün olsun”. Bəli, İlqar Məhərrəmov da həmişə xalqın düşüncəsində müsbət keyfiyyətləri ilə həkk olaraq onların xeyir-duasını alır.
Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda Goranboy Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmov olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.
Su sahəsində işləyən İlqar müəllim elə su kimi də saf insandır.

Dilşad Əhmədova
Baş redaktor