Gündəm, Cəmiyyət, Ölkə
08 aprel 2024
412

NƏRIMANOV RAYON MKTİB-nin rəisi MANAF MANAFOV ÖZ PEŞƏKARLIĞI VƏ QAYĞIKEŞLİYİ İLƏ SEÇİLƏN VƏZİFƏ SAHİBİDİR

NƏRIMANOV RAYON MKTİB-nin rəisi MANAF MANAFOV  ÖZ PEŞƏKARLIĞI VƏ QAYĞIKEŞLİYİ İLƏ SEÇİLƏN VƏZİFƏ SAHİBİDİR
Əziz oxucularımız Azərbaycanın tərəqqi yolunda özünəməxsus yolu ilə seçilən, abadlıq-quruculuq işləri ilə məşğul olan, Allahın haqq yolu ilə gedən, həmişə kimsəsizlərin və şəhid ailələrinin yanında olan vətənpərvər ziyalı insan Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi Manaf Manafov haqqında danışacağıq.
Əgər insan doğru-düzgün bir yoldadırsa, heç vaxt ona zaval olmur. Gördüklərim, eşitdiklərim məni bu qənaətə gətirib ki, Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi Manaf Manafov xalqının, dövlətinin etimad və etibarını qazanmağı bacara bilmişdir. Rəhbərlik xüsusiyyətini, xarakterini insana daşıdığı vəzifə yox, o vəzifəyə layiq olan insan özü qazandırır. O, insanın xarakterində, bütövlüyündə, bir sözlə, işi ilə əməlinin vəhdətində olmalıdır. Əgər sən insanların istəyini və sevgisini qazanmaq istəyirsənsə ilk növbədə onlarla səmimi olmalısan.
Bir az bundan öncə təsadüfən yolum Nərimanov rayonuna düşdü. Yol gedərkən ətrafı seyr edirdim, burda hər bir tikili, hər bir ağac, hər bir çiçək və qurulan hər bir məkan sanki yüksək peşəkarlıq nümunəsi ilə yaradılmışdır. Peşə fəaliyyətim bağlı olaraq buraların kimə məxsus olduğunu və kim tərəfindən inşa olduğunu maraqlanmağa başladım. Dindirdiyim hər bir sakini ağız dolusu ilə bir şəxs haqqında özlərinə çox yaxın bildiklərini, istər mühüm dövlət, istərsə də el tədbirlərində özünün vətəndaşlıq borcunu yüksək səviyyədə yerinə yetirən Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi Manaf Manafovdan danışdılar.
Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi Manaf Manafov haqqında yazmağa ehtiyac varmı? Bu yazılar ona lazımdırmı? Əsla!
Amma bu yazılar o kəslərə lazımdır ki, onlar xalqa, dövlətə, dövlətçiliyə xidməti, idarəetməni ondan öyrənsinlər; öz əqidəsinə, məsləkinə və vicdanına layiq hərəkət edən hər kəsə nümunə kimi təqdim və təqdir olunsun. Bunu mən belə düşünürəm. El gözü tərəzidir, deyərlər. Bu gün hər şeyi və hər kəsi görürük… Məqsədli şəkildə vəzifə mənsəbləri–nail olduqları şan və şöhrətin daşıdıqları vəzifənin anlamını onu itirdikdən sonra anlayır və peşiman olurlarsa da, sonrakı peşimançılıq fayda vermir. Çox təəssüf.
Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi Manaf Manafovun məram və məqsədi isə tamamilə fərqlidir: - Xalqına, dövlətinə, millətinə xidmət.
Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi Manaf Manafov haqqında yazmağa,onu tərifləməyə, xalqa tanıtmağa əslində ehtiyac yoxdur. Sadəcə onun rəhbərlik etdiyi sahəyə bir az nəzər salmaq kifayət edər və yetərincə bütün suallara cavab tapmış olarsan.
Manaf Manafov öz peşəkarlığı və qayğıkeşliyi ilə diqqət çəkən vəzifə sahibidir. Bu şəxs özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən vəzifə sahibidir ki, o, hər bir ehtiyacı olana köməklik göstərməyi, xeyirxah addımlar atmağı sanki özü üçün əsas amal hesab edir. Onu tanıyan, ona bağlı olan hər kəs bilir ki, qəlbində Vətəninə sonsuz məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi peşəkar idarəçiliyi ilə fərqlənən vəzifə sahibidir.
Manaf Manafov şəhid ailələri, qazilərə, ahıl və kimsəsizlərə həmişə qayğı göstərərək onların yanındadlr. Manaf müəllim Ulu Öndəri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev cənablarının daxili və xarici siyasətini həmişə dəstəkləmişdir. Və ölkə Prezidentin verdiyi əmr və sərəncamlarına yüksək səviyyədə riayət edir.
Bizdə Redaksiya olaraq Manaf müəllimi və tabeçiliyndə olan bütün əməkdaşlarına uzun ömür, can sağlığı, işlərində müvəffəqiyyətlər arzu edirik. Qarşıdan gələn Müqəddəs Ramazan bayramı münasibəti ilə Manaf müəllimi və onun kollektivini təbrik edirik, süfrəsi açıq, ruzisi bol, canı sağlam olsun həmişə.
Ramazan bayramınız mübarək!

Dilşad Əhmədova
Baş redaktor