Gündəm, Cəmiyyət, Ölkə
17 aprel 2024
371

“Ümummilli lider Heydər Əliyev Azərbaycanda müstəqil elektrik enerjisi sisteminin yaradıcısıdır”

“Ümummilli lider Heydər Əliyev Azərbaycanda müstəqil elektrik enerjisi sisteminin yaradıcısıdır”
“Şirvan” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfü Ağayev: Bugünkü müstəqilliyin, o cümlədən enerji müstəqilliyinin əsası ulu öndərin respublikaya birinci rəhbərliyi dövründə qoyulmuşdur. Ulu öndər Heydər Əliyev özü bu barədə deyirdi ki, 1970-80-ci illərdə Sovetlər İttifaqının tərkibində olan zaman Azərbaycanda böyük elektrik enerjisi potensialının yaranması tarixi nailiyyətdir və ölkəmizin müstəqil yaşaması üçün əsas şərtlərdən biridir. Müstəqillik illərində də ulu öndər enerjisistemin gücləndirilməsini vacib saymış və müasir texnologiyaların tətbiq olunduğu yeni elektrik stansiyalarının, enerji bloklarının, elektrik verilişi xətlərinin, yarımstansiyaların istismara verilməsini təmin etmiş, bir sözlə irimiqyaslı layihələr həyata keçirmişdir.
ümumiyyətlə, ulu öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illər sabitlik, inkişaf illəri olmuşdur. Ulu öndər inanırdı ki, Azərbaycanın müstəqilliyi əbədidir və onun başlatdığı işləri ardıcılları layiqincə davam etdirəcəklər. Heydər Əliyevin layiqli davamçısı cənab Prezident İlham Əliyevin apardığı mükəmməl daxili və xarici siyasət sayəsində müstəqil dövlətimizin gücü, qüdrəti artmaqdadır. Prezident cənab İlham Əliyev ulu öndərin elektrik energetikası ilə bağlı arzularını, ideyalarını hazırda uğurla həyata keçirir. Bu gün Azərbaycanda elektrik enerjisi istehsalı nəinki daxili tələbatımızı tam ödəyir, həm də ixrac potensialı yaranmışdır. Enerjisistemdə yeni texnologiyaların tətbiqi, o cümlədən enerjisistemin idarə edilməsində kompyüter şəbəkələrindən və robot texnikasından daha səmərəli istifadə olunması imkanları artırılır.
Ulu Öndərin layiqli siyasi varisi cənab Prezident İlham Əliyevin hakimiyyətə gəlişinin sağlam təməllər üzərində yaradılan milli inkişaf strategiyasının yüksələn xətlə inkişaf etdirilməsinə səbəb olduğunu vurğulayan natiq bildirdi ki, Dövlətimizin Başçısının “Hər bir bölgədə güclü energetika potensialı yaradılmalıdır” prinsipi ilə biz nəinki özümüzü elektrik enerjisi ilə təchiz edə bildik, hətta bu sahədə regionun güc mərkəzinə çevrildik.
Bir daha qeyd etmək istəyirəm ki, ulu öndərin xatirəsi daim bizimlədir! Bu gün müstəqil Azərbaycanın inkişafı, xalqımızın rifahının yüksəlişi naminə görülən işlər ulu öndərin xatirəsinə ehtiramın ən bariz təcəssümüdür. Energetiklər də ölkə rəhbərinin ətrafında sıx birləşərək, Heydər Əliyev ideyalarının bundan sonra da uğurla həyata keçirilməsinə öz töhfələrini verəcəklər.
Bütün həyatını Azərbaycanın tərəqqisinə həsr etmiş - xalqına sədaqətlə xidmət edən Heydər Əliyevin hələ sovet hakimiyyəti dövründə Azərbaycanın gələcəyini görərək, xalqın milli şüurunun oyanması və respublikanın müstəqilliyi üçün ilkin təməllər atdığını vurğuladı. Onun siyasətinin nəticəsidir ki, energetika sahəsində köklü islahatlar aparıldı.
“Heydər Əliyev fenomeni bütün parametrləri ilə örnəkdir. Hər birimiz onun memarı olduğu müstəqil Azərbaycanın daha da qüdrətlənməsi yolunda var gücümüzlə bundan sonra da çalışmalıyıq!”.

Dilşad Əhmədova
Baş redaktor