Gündəm, Cəmiyyət, Ölkə
26 fevral 2023
553
Bütün sahələrə qayğı və diqqət Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır
Bütün ömrünü xalqına həsr edən ümummilli liderimizin fəth etdiyi ali zirvə Tanrı ucalığıdır. Tanrı Heydər Əliyevi Azərbaycan xalqı üçün xilaskar kimi bəxş etmişdi. O, ömrünün bütün diqqət və qayğısını respublikamızın inkişafına, beynəlxalq aləmdə nüfuzunun artmasına yönəltdi. Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinin tərəqqi və inkişaf yolunu böyük uzaqgörənliklə müəyyənləşdirmiş, xalqımızın müstəqil dövlətçilik arzularını reallığa çevirmişdir. Azərbaycanda müstəqilliyin əbədi, daimi, dönməz xarakter alması, sabitliyin yaranması, milli-mənəvi yüksəlişə, sosial-iqtisadi inkişafa nail olunması ulu öndərin adı ilə bağlıdır. Azərbaycan xalqının böyük oğlu, bəşər tarixində silinməz izlər qoymuş Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətləri hər birimizə yaxşı məlumdur.
2023-cü il mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri olan dahi öndərin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2023-cü il müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin unudulmaz xatirəsinə dərin ehtiramın ifadəsi olaraq ölkəmizdə "Heydər Əliyev ili" elan olunmuşdur. Azərbaycan təhsilinin şanlı tarixi və inkişaf yolu Ulu öndərin adı ilə bağlıdır. Ulu öndərin Azərbaycan respublikasına rəhbərlik etdiyi bütün dövrlər ərzində təhsil sahəsi daim diqqət və qayğısı ilə əhatə olunmuşdur. Azərbaycan ədliyyəsinin davamlı fəaliyyətini təmin olunması ümummilli lider Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrünə təsadüf edir.
Ulu öndər Heydər Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların real təzahürü olaraq, hər şeydən öncə, xalqımızın tarixi ənənələrinə söykənən təhsil sahəsində mühüm nailiyyətlər əldə olundu. Dövlət müstəqilliyimizin bərpasından sonra da Təhsil Nazirliyi Ulu öndər Heydər Əliyevin diqqətindən kənarda qalmayıb. 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ümummilli liderin qayğısı ilə aparılan köklü hüquqi islahatlar nəticəsində ədliyyə orqanlarının fəaliyyəti təkmilləşib.
Ölkəmizdə təhsil fəaliyyətinin təşəkkülü və inkişafının təmin edilməsi, ümumiyyətlə, Təhsil Nazirliyinin dövlət strukturu kimi təşəkkül tapması da ümummilli liderimizin adı ilə bağlıdır. Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində təhsil sisteminin inkişafına xüsusi diqqət göstərmişdir. Müasir Azərbaycan tarixinin 30 ildən artıq dövrü məhz dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizdə elə bir sahə yoxdur ki, orada Heydər Əliyev dühası hiss olunmasın. Ulu öndər Heydər Əliyev hər birimizin qəlbində öz əməlləri, ölməz idyeları ilə əbədi qalacaqdır. Əsrlər, qərinələr keçəcək, Azərbaycan xalqı yaşadıqca, Heydər Əliyev də unudulmayacaq, daim xatırlanacaq. Onun möhkəm özüllər üzərində qurduğu daxili və xarici siyasət kursu ölkəmizi daim irəliyə doğru aparacaq.
Müdrik şəxsiyyətin həyatının və fəaliyyətinin bütün istiqamətləri xalqımızın bugünü və gələcəyi üçün nurlu yoldur. Ümummilli lider Heydər Əliyevin başqa sahələrdə olduğu kimi, təhsil sistemində də fəaliyyətinin yüksək tələblər səviyyəsində qurulması üzrə xidmətləri öz bəhrəsini bu gün də verməkdədir. Onun başladığı köklü islahatların nəticəsidir ki, müasir Azərbaycan təhsilinin inkişafı davamlı prosesə çevrilib. Ulu öndərin qayğısı ilə təkmil bir struktur kimi formalaşaraq inkişaf edən 2023-cü ilin "Heydər Əliyev ili" elan edilməsi təhsil işçiləri olaraq hər birimiz üçün hədsiz sevinclə qarşılandı. Dahi şəxsiyyət Heydər Əliyevin 100 illiyini təhsil işçiləri kimi hər birimiz hörmətlə və və böyük ehtiramla yad edəcəyik. Təhsil sahəsinin əməkdaşı olaraq hər birimiz ümummilli liderimiz, müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa daim sadiq qalaraq ölkəmizin daha da inkişafı və qüdrətlənməsi naminə möhtərəm Prezidentimizə layiqli yardımçı olmaq üçün bundan sonra da yüksək əzmlə çalışacayıq. Ümummilli lider Heydər Əliyevin ən böyük fəxriz qüruru onun yaratdıqları, gördüyü işlərlə doğma xalqının qəlbini fəth etməsi idi. Bu fəthitlə o, xalqının qəlbində əbədi yaşayacaq-bugünkü nəslin də, gələcək nəslin də.
Abdullayeva Sahibə Zahid qızı
Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə şəhər Əhməd Cavad adına 2 saylı tam orta məktəbin direktoru
Daha çox xəbər:
Qurtuluş Günü - Müasir Azərbaycanın inkişafının başlandığı tarix
Gündəm, Siyasət, Cəmiyyət, ÖlkəUlu Öndər Heydər Əliyev və Azərbaycan təhsili
Gündəm, Cəmiyyət, ÖlkəUlu öndər Heydər Əliyev və Azərbaycan Təhsili
Gündəm, Cəmiyyət, ÖlkəUlu Öndər Heydər Əliyevin Azərbaycan səhiyyəsinə özünəməxsus töhfələr vermi ...
Gündəm, Cəmiyyət, Ölkə, BölgəEldar Quliyev: Xocalı soyqırımına siyasi-hüquqi qiymətin verilməsi ümummill ...
Siyasət