Gündəm, Ölkə
31 may 2024
264
YOL MƏDƏNİYYƏTDİR. YOLLAR YER KÜRRƏSİNİN KƏMƏRİDİ...

Hacıqabul 20 saylı Yol İstismarı idarəsinin rəisi Zahir Səmədov vəzifəyə təyin olunduqdan sonra yolların abadlaşmasında xüsui rolu vardır. İdarə əməkdaşları Hacıqabul rayonunun yol kənarlarına ağaclar əkir, yaşıllıqlar salır. Yolun Avropa standartlarına uyğun əsaslı təmir edirlər və nəqliyyatın hərəkəti üçün heç bir maneə yaranmır. Bu da onu göstərir ki, Zahir müəllim işinin peşəkarı olmaqla yanaşı əsl vətəndaşdır. Doğma ölkəsinin yollarının dünya standartlarına uyğun olması üçün əlindən gələnini əsirgəmir.
Hacıqabul 20 saylı Yol İstismarı idarəsinin rəisi Zahir Səmədov öz siyasi mövqeyi ilə də diqqəti cəlb edir. O, insan hansı sahədə işləyib çalışmasından asılı olmayaraq özünü hansı dövlətin vətəndaşı olduğunu unutmamalı, öz işi, əməli ilə ölkəsinə, dövlətinə şərəflə xidmət etməlidir, – deyir. «Yol mədəniyyətdir” deyə, kiminsə rahatlığına, rahat hərəkətinə, hətta həyatının xilasına səbəb olacaq, bu, insanda bir fərəh hissi yaradır, işinə olan məsuliyyətini birə-beş artırır. Ölkənin vətəndaşına xidmət isə birbaşa ölkənin özünə xidmət deməkdir» – deyir Zahir müəllim.
Zahir müəllim hər zaman olduğu kimi rəhbərliyin etimadını yüksək səviyyədə qazanmışdır. Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının yürütdüyü daxili və xarici siyasətini dəstəkləyir. Zahir müəllim tabeçiliyndə olan şəxsi heyətin hər birinə diqqət və qayğısını əsirgəmir.
Hacıqabul 20 saylı Yol İstismarı idarəsinin rəisi Zahir Səmədovun şərəfli ömür yolu, dövlətə-dövlətçiliyə bağlılığı, vətənpərvər ictimai-siyasi və hüquqi fəaliyyəti ilə rəhbərliyin, müasirlərinin və kollektivinin dərin rəğbətini qazanmış belə dəyərli insanlardan biridir. Hər bir insanın təkcə gələcək həyat yolunun deyil, həm də peşə seçiminin düzgün müəyyənləşməsində havasını udduğu, suyunu-çörəyini daddığı torpağın, doğulub boya-başa çatdığı ailənin, əhatə olunduğu cəmiyyətin rolu birmənalıdır. Bu amillər istənilən fərdin istedadının parlamasında, üzə çıxmasında və püxtələşməsində mühüm rol oynayır.
Biz də redaksiya olaraq Zahir müəllimə uzun ömür, can sağlığı və işlərində müvəffəqiyyətlər arzulayırıq.
Əzizimiz Zahir müəllim yolunuz həmişə açıq olsun.
Hörmətlə
Dilşad Əhmədova
Baş redaktor

Daha çox xəbər:

Astara 49 saylı Yol İstismarı MMC-nin rəisi Qurban Əliyev yüksək keyfiyyəti ...
Gündəm, Ölkə, Bölgə
Sumqayıt Dövlət Universiteti Tarix və coğrafiya fakültəsinin dekanı, profes ...
Gündəm, Cəmiyyət, Ölkə
Nərimanov Rayon Məhkəməsinin hakimi və sədri Həbib Bəhram oğlu Həsənov - Ha ...
Gündəm, Cəmiyyət, Ölkə
ADU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Misgər Məmmədov - Müdr ...
Gündəm, Cəmiyyət, Ölkə
Faiq Şahbazlı: - Müdrikliyin və mənəviyyatın zirvəsində
Gündəm, Cəmiyyət, Ölkə