Gündəm
02 iyun 2024
126
“Bu uğurumuzu həzm etməyən “Azcosmetics” MMC-nin əməkdaşları və onun rəhbərinin əməlləridir”
moderator.az saytının Mayın 28-də “AzEstetik Group” şirkəti mənə daxilində çip olan cihaz satıb, yalandan deyiblər ki, İtaliya, Almaniya istehsalıdır”-ŞİKAYƏT" adlı material dərc edilmişdi. Materialda Xalima Ustayeva adlı şikayətçi bizə müraciət edərək öz narazılığını bildirmişdi.
Bu gün isə qarşı tərəfin “AzEstetik Group” şirkətinin mövqeyini təqdim edirik:
"Öncə məlumat üçün bildirirəm ki, uzun illərdi çalışdığım “Azestetik Group” MMC 15 ildən artıqdır ki, ölkəyə xaricdən kosmetoloji və stomotoloji avadanlıqların xaricdən gətirilib satışı sahəsində ixtisaslaşmışdır. Ölkə iqtisadiyyatının nümunəvi vergi ödyəcisi olaraq hər zaman dövlətimizin və dövlətçiliyimizin dəstəklənməsi və möhkəmləsində, aztəminatlı, şəhid və qazi ailələrinə istər şanlı Vətən müharibəmiz zamanınında, istərsə də ondan öncə hər zaman öndə gedən şirkətlərdən olmuşdur.
Lakin bizim bu uğurumuzu həzm etməyən, bizimlə haqlı rəqabət apara bilməyən “ Azcosmetics”MMC-nin əməkdaşları və onun rəhbəri Kənan Zeynalov bizə qarşı qarayaxma kampaniyalarının təşkil etməyə başlamış, müxtəlif üsul, vasitələrlə və şəxslərdən istifadə edərək şirkətimizə qarşı məkrli niyyətlərinin həyata keçirməyə çalışırlar, bazarda üstünlük əldə etmək və işgüzar nüfuzumuza zərər vurmaq məqsədilə sosial şəbəkə hesablarında həqiqətə uygun olmayan, peşəkarlıqdan uzaq, qara piar və böhtan xarakterli paylaşımlar etmişdilər. “ Azcosmetics”MMC-nin paylaşımlara nəzər saldıqda da açıq-aşkar görünür ki, onların məqsədləri qanuni biznes fəaliyyəti ilə məşğul olmaq əvəzinə şirkətimizin fəaliyyətinə mane olmaqdır.Bununla bağlı Bakı Kommersiya Məhkəməsinə əldən çıxmış faydanın və şirkətimiz işgüzar nüfuzuna dəymiz zərərin əvəzinin ödənilməsi barədə “ Azcosmetics “MMC-yə qarşı iddia qaldırmışıq, hal hazırda iş məhkəmə baxışındadır.
Şirkətimizə borc öhdəliyini yerinə yetirməyən , problemli müştərilərimizlə , müxtəlif vaxtlarda həqiqətə uygun olmayan , böhtan xarakterli videolar çəkib paylaşıblar. Həmin müştərilərdən biridə Ustayeva Xalima Ömər qızıdır. Pul tələbinə və şirkətimizin işgüzar nüfuzunu ləkələyən məlumatları yaydığına dair Ustayeva Xalimə Ömər qızı barəsində çıxarılan Məhkəmə qətnamələrindən çıxarışları təqdim edirik.
Qətnamədən çıxarış
Ustayeva Xalima şirkətin hüquqlarının müdafiəsi üçün atdığı addımdan xəbərdar olduqdan sonra qərəzli olaraq işgüzar nüfuzunu hədəf alaraq müştərilər arasında anti-reklam xarakterli təbliğat işləri aparmağa başlamışdır. Xalimə xanım, şirkətin müştərilərinin əlaqə nömrələrini əldə etmiş, “Whatsapp” platformasında “AzEstetik” adlı qrup yaradaraq həmin müştəriləri qrupa əlavə etmişdir. Daha sonra həmin qrup vasitəsilə qrup üzvlərinə şirkətin satışını həyata keçirdiyi avadanlıqların keyfiyyət parametrləri, işgüzar etikası haqqında təhrif olunmuş informasiyalar ötürmüşdür. Qeyd olunan qrupa ünvanladığı səsli ismarıclar vasitəsilə guya şirkətin satdığı avadanlıqların əvvəllər başqa şəxslər tərəfindən istifadə olunduğunu, eləcə də şirkətin əməkdaşları tərəfindən müştərilərə qarşı nalayiq ifadələrdən istifadə olunaraq onların təhqir olunduğunu iddia etmişdir. Bununla yanaşı cavabdeh, şirkət tərəfindən müvafiq dövlət orqanlarına edilmiş müraciətlərə əhəmiyyətsiz və nəticəsi olmayan tədbirlər donu geyindirərək müştəriləri şirkətin əleyhinə addımlar atmağa təşviq edən çağırışlar etmişdir. Bu cür informasiyaları təkcə “Whatsapp” platformasında deyil, digər sosial şəbəkələr vasitəsilə də yaydığını etiraf edir. Ustayeva Xalima Ömər qızının “Az Estetik Group” MMC-nin işgüzar nüfuzunu hədəf alan hüquqa zidd əməlləri bununla yekunlaşmamışdır. Cavabdeh ona məxsus olan “lazer_epilyasiya_zaqatala” adlı istifadəçi hesabı vasitəsilə instagram sosial şəbəkəsində “Az Estetik Group” MMC-nin əməkdaşlarını “dolandırıcı, ikiüzlü, mütəşəkkil dəstə” adlandırmışdır. Yuxarıda qeyd olunanlarla yanaşı Balakən Rayon Məhkəməsində 01.05.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Ustayeva Xalima çıxış edərkən məhkəmə zalında çoxsaylı insanların iştirakı ilə Dövlət Təhlükəsizlik Xidməti adından guya hazırda DTX-da “Az Estetik Group” MMC barəsində cinayət işinin başlandığını bildirmişdir. Sədrlik edən hakim, eləcə də şirkətin nümayəndəsi tərəfindən müvafiq faktın həqiqətə uyğun olub-olmaması bir neçə dəfə soruşulduqda Ustayeva Xalima proses iştirakçılarının, eləcə də zalda iştirak edən digər şəxslərin qarşısında faktın doğruluğunu əminliklə vurğulayaraq təsdiq etmişdir. Hətta hakim hüquq mühafizə orqanı olan bu cür dövlət orqanının adından yalan məlumat verdiyi təqdirdə məsuliyyətə cəlb olunacağını bir neçə dəfə ona xatırlatsa da o, israrla öz fikirlərində qalmış və eyni cavabı vermişdir. Məsələ ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətinə sorğu ilə müraciət edilmiş, 16.05.2023-cü il tarixli cavab məktubu ilə cavabdehin iddia etdiyi faktın doğru olmadığı bəlli olmuşdur. Bundan başqa cavabdeh “Azcosmetics” adlı şirkətin Tik-tok istifadəçi hesabında yayımlanmış video-çarxlarla hüquqazidd əməlinə davam etmişdir. Cavabdehin iştirakı ilə hazırlanmış həmin video-çarxda aşağıdakı həqiqətə uyğun olmayan ifadələr yerləşdirilmişdir: “Zaqatala rayonundan Xalima xanım aldadıldı. Cihazını qıraqdan idarə edərək pul tələb etdilər!”, “600 Wt gücə sahib “Wertex” cihazını 900 Wt deyib aldadaraq satdılar!!!”, “Özünü həkim kimi təqdim edib sertifikat verdilər!!!” Cavabdehin mövqeyinə görə guya şirkət ona bəyan edilmiş parametrlərdən daha zəif gücə malik aparat satmışdır. Halbuki bu fikir heç bir fakta əsaslanmır və həqiqətə uyğun deyildir. Bununla yanaşı cavabdeh, “Az Estetik Group” MMC-nin satıcı olaraq alıcıdan müqavilə üzrə öhdəliklərini icra etməyə dair tələbinə hüquqazidd əməl donu geyindirməyə çalışmışdır. Yuxarıda sadalanan hərəkətlər cari və potensial müştərilər arasında, eləcə də bazar mühitində şirkətin işgüzar nüfuzunu zədələməklə ona əhəmiyyətli dərəcədə zərər dəyməsinə səbəb olmuşdur.
29.06.2021-ci il tarixdə iddiaçı “Az Estetik Group” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Ustayeva Xalima Ömər qızı arasında müqavilə bağlanmış və həmin tarixdə müqavilədə razılaşdırılmış Wertex lazer aparatı təhvil-təslim aktı əsasında alıcıya təhvil verilmişdir. Belə ki, 29.06.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, müqavilədə qeyd edilən avadanlığı satıcı qüsursuz olaraq alıcıya təhvil vermiş və akt həm satıcının nümayəndəsi, həm də alıcı tərəfindən imzalanmışdır. Avadanlığa satıcı 1 il zəmanət verir. Qarantiya müddəti satıcı tərəfindən malın alıcının sahibliyinə verildiyi andan hesablanır. 29.06.2021-ci il tarixli alğı-satqı müqaviləsinə dair zəmanət talonuna əsasən, avadanlığa zəmanət dövrü ərzində tam texniki servis göstərilir. “Wertex” tipli cihazlar üçün 10.000.000 atış sayına zəmanət verilir. Təmir müddəti ərzində ehtiyac yaranarsa, müştəri müvəqqəti olaraq başqa aparatla təmin olunur.
20.10.2022-ci il tarixdə tərəflər arasında yenidən nisyə alqı-satqı müqaviləsi bağlanaraq, ADSS SCREEN EKRAN WERTEX 1200 (Y4/5 Ustayeva Xalimaya satılmışdır.Qeyd edilən ADSS SCREEN EKRAN WERTEX 1200 (Y4/5) satıcı tərəfindən müqavilədə qeyd edilən avadanlığı satıcı qüsursuz olaraq alıcıya təhvil vermiş və akt həm satıcının nümayəndəsi, həm də alıcı tərəfindən imzalanmışdır, 1 il zəmanət müddəti verilmişdir.
Ustayeva Xalimə Ömər qızı bildirmişdir ki, 2021-ci ildə “Az Estetik Group” Məhdud Məsuliyyətli Cəmiyyətindən 29.500 manata lazer aparatı almışdır. Aparatı alarkən ona aparatın 900 vat gücündə və təzə aparat olduğunu bildirmişdirlər. Aparatı aldığı ilk günlərdən aparatı işlətmək mümkün olmamışdır. İlk ayda aparatı 4 dəfə təmirə göndərmişdir. Aparat hər təmirdən sonra yenə xarab olduğundan məcbur qalıb aparatı başqa servisə aparmışdır. Aparatı başqa servisə aparanda bilmişdir ki, aparat yeni deyil, işlənmişdir, həmçinin aparatın 900 vat gücündə olduğu bildirilsə də, içərisindəki platanın üzərində onun 600 vat olması və cihazın içində uzaqdan idarə olunan çip olması müəyyən edilmişdir. Müqavilədə aparatın təzə olması qeyd edilsə də, ona işlənmiş aparat vermişlər.Bildirmək istəyirik ki, 29.06.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə Ustayeva Xalimə Ömər qızına “ Beijing ADSS Development Co” LTD zavoduna məxsus yeni Wertex avadanlığı satılmışdır(Bar gücü 900 WT.(Istehsalçı Beijing ADSS Development Co” LTD-nin zavodunun məktubu əlavə olunur).
Şəki Apellyasiya Məhkəməsinin 2-2(107)-5/2024 saylı 16.04.2024-cü il tarixli qətnaməsində bildirir ki, cavabdehin bu dəlili də əsassızdır və iş materialları ilə sübuta yetirilmir. Belə ki, iddiaçı “Az Estetik Group”MMC tərəfindən təqdim olunmuş “Beijing ADSS Development Co” LTD-nin məktubunda göstərilir ki, “Az Estetik Group” MMC 2017-ci ildən “Beijing ADSS Development Co” LTD-nin Azərbaycanda rəsmi distribyutorudur. Şirkət 600 WT gücündə lazer aparatı istehsal etmir. Bundan başqa, “Azestetik Group” MMC-nin məhkəməyə təqdim etdiyi texniki pasportdan görünür ki, iş üzrə tərəflər arasında bağlanmış 29.06.2021-ci il tarixli nisyə alğı-satqı müqaviləsi əsasında cavabdehə “WERTEX” markalı, 900 WT gücündə lazer aparatı satılmışdır .
Məhkəmə müəyyən etmişdir ki, “29.06.2021-ci il tarixli müqavilənin 2.1.7-ci bəndində satıcı malın alıcının istifadəsində və sahibliyində olduğu müddət ərzində (müqavilə öhdəliklərinin tam bitməsinə qədər) malın keyfiyyətinə (və ya saxlanma vəziyyətinə) və alıcının ödəmə qabiliyyətinin yoxlanılması məqsədi ilə monitorinq və yoxlamalar edir, əlavə olaraq yoxayıcı avadanlıqlar da təchiz edir.” Bəndin olduğu, 20.10.2022-ci il tarixli müqavilənin isə 2.1.10-cu bəndində “Satıcı” malın “Alıcı”nın sahiblik və istifadəsində olduğu müddət ərzində (müqavilə üzrə öhdəliklərin tam bitməsinə qədər) malın keyfiyyətinə (və ya saxlanma vəziyyətinə) və alıcının ödəmə qabiliyyətinin yoxlanılması məqsədi ilə monitorinq-yoxlamalaq apara bilər və bu məqsədlə malı onun istifadəsini kənardan məhdudlaşdırmaq funksiyasına malik cihazla təchiz etmək hüququna malikdir.
Ustayeva Xalimə Ömər qızı şikayətində göstərmişdir ki ,güya “ Azestetik Group” MMC ona həmin cihazı İtaliya&Almaniya istehsalı “Wertex” 900 adı ilə satmışdır, alqı-satqı müqaviləsindəki imzalar ona aid deyil .Bildirmək istəyirəm ki, bunlar hamısı yalan və böhtandır, şirkətimizin rəsmi sayt və sosial şəbəkədəki səhifələrinə baxıb , avadanlıqlara dair məlumat əldə edə bilərsiniz.(Satılmış avadanlığın mənşə sertifikatı əlavə olunur).
Ustayeva Xalima “Azestetik Group”MMC-nin direktoru Rəşad Qasımovu vergidən yayınmaqda ittiham edir, belə ki, Sizin sayta müraciətində göstərir ki ,müştərilər aylıq ödənişlərini Rəşad Qasımovun şəxsi debit kartına ödəyirlər və biz vergidən yayınırıq, əslində isə həmin kart “Az Estetik Group”MMC -nin” Kapitalbank “ hesabına bağlıdır.
Uzun müddət vergidən yayınan isə Ustayeva Xalimə Ömər qızı özü olub. O, 31.08.2023-cü il tarixində Şəki Kommersiya Məhkəməsində keçirilən hazırlıq iclası zamanı cavabdeh Ustayeva Xalima Ömər qızı öz çıxışında bildirmişdir ki, o, artıq bir neçə müddətdir ki, ona məxsus VÖEN-i ləğv etdirmişdir. Buna baxmayaraq, məhkəmə tərəfindən ona işi ilə bağlı sual verildikdə o, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. Məhkəmə iclası zamanı ona “Az Estetik Group” MMC-nin nümayəndəsi tərəfindən işlək VÖEN-i olmadığı halda sahibkarlıq fəaliyyəti ilə necə məşğul olduğu barədə sual ünvanlanmış və bunun qanunsuz olduğu bildirilmiş, o isə cavabında bu hərəkətinin qanunsuz olduğunu bildiyini və buna davam edəcəyini qeyd etmişdir. Şirkətimiz tərəfindən Azərbaycan Respublikasının Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinə Vergi ödəyicisi tərəfindən vergi uçotu qaydalarına əməl edilmədən sahibkarlıq fəaliyyəti ilə məşğul olunmasına dair müraciətlərimizdən sonra, şəxs özündə hüquqi məsuliyyət hiss edib, fəaliyyətini qanuni şəkilə salmağa qərar vermişdir .Bu barədə bizə Dövlət Vergi Xidmətindən təstiq edici məlumat gəlmişdir.Göründüyü kimi Ustayeva Xalimə Ömər qızı özü uzun müddət vergidən yayınmasına baxmayaraq ,başqalarını vergidən yayınmaqda ittiham etməsi tamamilə riyakarlıqdır.
Direktor müavini Quluzadə Əli
Daha çox xəbər:
Şirkətlə məcburi köçkünlər arasında qalmaqal: Altı ailə niyə köçmək istəmir ...
Gündəm, ÖlkəDaşkəsən rayon İcra hakimiyyətindən Gəncə şəhər sakini özünü fermer, çoban ...
Ölkə30 ildə Qarabağı talayan xarici şirkətlər - SİYAHI
ÖlkəVejnəli qızıl yatağının talanmasına görə 3 nəfər barəsində beynəlxalq axtar ...
Kriminal“Alınan mallar geri qaytarılmır” lövhəsi asan sahibkarlara SƏRT XƏBƏRDARLIQ ...
İqtisadiyyat