Gündəm, Cəmiyyət, Ölkə
30 iyun 2024
344
TƏHLÜKƏSİZLİYİN TƏMİNATINDA XÜSUSİ ROLU OLAN PEŞƏKAR POLİS BAŞ SERJANTI – KÖÇƏRLİ MƏHƏMMƏD ƏLİ OĞLU
Dünyada yüzlərlə sənət, peşə var. Hər biri də özünəməxsus xüsusiyyəti, özəlliyi ilə seçilir. Dövr, zaman nə qədər dəyişsə də, yeni-yeni peşələrə ehtiyac yaransa da, heç bir zaman dəyişməyən, dəyərini, nüfuzunu itirməyən, bütün peşələrin fövqündə dayanan bir peşə var ki, o da ictimai asayişi qorumaqdır. Bu məsuliyyətli vəzifənin daşıyıcıları xalqın gələcəyi üçün layiqli vətəndaş, ictimai asayişin, cinayətkarlığın qarşısını almaq və ən əsası da dövlətçiliyə sadiq olmaqdır. Əlbəttə ki, hüquq-mühafizə orqanlarında çalışmaq nə qədər çətin olsa da bir o qədər şərəfli və qürurvericidir. Cəmiyyətin parlaq gələcəyi məhz polislərimizin əlindədir. Öz vəzifə səlahiyyətlərinin layiqincə yetirən hüquq-mühafizə orqanlarının işçiləri çoxdur, amma onların sıralarında elələri də vardır ki, həm rəhbərliyin, həm də vətəndaşların etimadını qazanan, dövlətə-dövlətçiliyə sadiq olan, xalqın sevimlisinə çevrilən, xalqın adamı olan, vətənpərvər polis Baş serjantı Köçərli Məhəmməd Əli oğludur. Köçərli Məhəmməd mübət keyfiyyətləri daha çoxdur, ona hamı hörmət edir, onu tanıyan hər kəs onu çox sevir.
Həmkarları Köçərli Məhəmməd haqqında söz açarkən, ləyaqətli bir insan olduğunu vurğulayırlar. Məhəmməd Köçərli işinin gərginliyinə baxmayaraq, həmişə bir asayiş keçikçisi kimi qayğıkeşliyi ilə, həssalığı, insanlara mehriban və qayğı ilə yanaşması ilə seçilib. Özünün insani təravəti, səmimiliyi, başqalarının kədərinə yanması və köməyinə çatması, ən ağır anlarda insana dayaq durması məxsusi dəyərləri sırasında hallanır. Bəli, bu keyfiyyətləri, peşəkarlığı, ictimai fəallığı ilə Məhəmməd Köçərli yüksəkdə dayanır.
Fürsətdən istifadə edərək 2 iyul Polislərin Peşə Bayramı münasibəti ilə başda cənab hörmətli nazirimiz Vilayət Eyvazov olmaqla bütün polis işçilərini təbrik edir, onlara bu çətin və şərfli işdə müvəffəqiyyət, uğur və qalibiyyət arzulayırıq.
Sizi 2 iyul - Polis Günü münasibətilə ürəkdən təbrik edirəm! Bu əlamətdar gün, xalqımızın təhlükəsizliyini təmin edən, asayişi qoruyan və hüquq-mühafizə sistemimizin əsas sütunu olan polis əməkdaşlarının şərəfinə qeyd olunur. Sizlər, gecə-gündüz demədən, çətin şəraitdə belə xalqımıza xidmət edir, onların dinc və təhlükəsiz həyatını təmin edirsiniz.
Polis peşəsi böyük məsuliyyət və fədakarlıq tələb edən bir sahədir. Hər birinizin cəsarəti, sədaqəti və peşəkarlığı sayəsində vətəndaşlarımızın hüquqları və azadlıqları qorunur, cinayətkarlıqla mübarizədə mühüm uğurlar əldə olunur. Sizin əməyiniz sayəsində ölkəmizdə sabitlik və asayiş təmin edilir, insanlar rahatlıqla öz gündəlik işləri ilə məşğul ola bilirlər.
Bu peşə bayramında, bütün polis işçilərinə uzun ömür, möhkəm can sağlığı və işlərində yeni uğurlar arzulayıram. Ailənizlə, yaxınlarınızla birlikdə daim xoşbəxt və firavan yaşayasınız. Həmçinin, bu şərəfli peşədə həyatını itirən qəhrəmanlarımızı dərin ehtiramla yad edirik və onların xatirəsini daim qəlbimizdə yaşadırıq.
Əziz polis əməkdaşları, sizin əməyinizə, fədakarlığınıza və qəhrəmanlığınıza görə minnətdarıq. Hər zaman güvənc yerimiz olaraq qalmağınızı və daim uğurlarınızın davamını arzulayırıq.
Polis Günü münasibətilə bir daha səmimi təbriklərimizi qəbul edin!
Hörmətlə,
Dilşad Əhmədova
Baş redaktor
Daha çox xəbər:
CƏNAB NAZİRİMİZ AD GÜNÜNÜZ MÜBARƏK!
Gündəm, Cəmiyyət, ÖlkəŞƏRƏFLİ PEŞƏ SAHİBİ – SƏMİMİ, QAYĞKEŞ, MƏSULİYYƏTLİ: POLİS GENERALI TEYMUR ...
Gündəm, Cəmiyyət, ÖlkəŞirvan Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Hikmət Quliyevi 2 - iy ...
GündəmCəlilabad Rayon Polis Şöbəsinin rəisi Mübariz Quliyevi 2 - iyun “Polis işçi ...
GündəmBinəqədi Rayon Polis İdarəsi 40 saylı Polis Bölməsinin Baş təhqiqatçısı Po ...
Gündəm