Gündəm, Siyasət, Cəmiyyət, Ölkə
08 iyul 2024
266

Müdrikliyin və mənəviyyatın zirvəsində - ADİL ƏLİYEV

 Müdrikliyin və mənəviyyatın zirvəsində - ADİL ƏLİYEV
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, Allahın bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, Azərbaycanlı xeyriyyəçi insan Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı (2024-cü ildən), Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Azərbaycan Respublikasının Milli Məclisinin sabiq sədr müavini Adil Əliyevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Zəruri giriş:
Adil Əliyev 1969-cu il sentyabrın 25-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində anadan olmuşdur. 1987-ci ildə Bakı idman təmayüllü internat məktəbini bitirib. 1992-ci ildən İdman Ustasıdır. 1992-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki M.V.Frunze adına Ali Hərbi Dənizçilik Akademiyasını bitirib. 1998-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını] bitirib. 2004-cü ildə Bakı Dövlət Universitetinin magistraturasını bitirib. 2010-cu ildə BDU-nun aspiranturasını bitirib.
2009-cu ildə Kikboksinq üzrə veteranlar arası dünya çempionu olub.
2012-ci ildə çap olunmuş "Erməni soyqırımı: mif və gerçəklik" adlı kitabın ingiliscədən Azərbaycan və rus dilinə tərcüməsinin ideya müəllifi olmuşdur.
2012-ci ildə "Kütləvi iğtişaş əməlləri ilə mübarizənin cinayət-hüquqi və kriminoloji problemləri" adlı monoqrafiyası işıq üzü görmüşdür. Monoqrafiya kütləvi iğtişaş əməlləri və kriminoloji problemlərin tədqiqinə həsr edilmişdir. 9 aprel 2013-cü ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
1992–1993-cü illərdə Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrində zabit kimi xidmət edib. 1994–2003-cü illərdə Daxili İşlər orqanlarında müxtəlif vəzifələrdə — Bakı şəhəri Səbail rayon 39-cu polis bölməsində rəis müavini, Nəqliyyatda Baş Polis İdarəsinin Bərə keçid bölməsinin rəisi, Binəqədi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin rəisi, Yasamal rayonu Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi işləyib.
2003-cü ildə polis polkovnik-leytenantı rütbəsinə layiq görülüb. 2003–2005-ci illərdə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı bölməsinin rəisi işləyib.
2000-ci ildən Azərbaycan Kikboksinq Federasiyasının prezidentidir.
20 saylı Nərimanov II seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisi III, IV, V və VI çağırış deputatı seçilmişdir.
2005–2010-cu illərdə Milli Məclisin Təhlükəsizlik və Müdafiə məsələləri daimi komissiyasının üzvü, Azərbaycan-Hollandiya parlamentlər arası əlaqələr üzrə İşçi qrupunun rəhbəri, Azərbaycan-Rusiya, Azərbaycan-Ukrayna, Azərbaycan-Almaniya və Azərbaycan-Türkiyə parlamentlər arası əlaqələr üzrə İşçi qrupunun üzvü olub. 2009-cu ildə MDB Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini işləyib.
10 mart 2020-ci ildə Adil Əliyev Azərbaycan Respublikası Milli Məclisi Sədr müavini seçilmişdir.
10 mart 2020-ci ildə Adil Əliyev Azərbaycan Respublikası Milli Məclisi Gənclər və idman komitəsinin sədri seçilmişdir.
8 iyul 2024-cü ildə Adil Əliyev Azərbaycan Respublikası Bakı şəhər Suraxanı Rayon icra Hakimiyyətinin başçısı təyin edilmişdir.
"Polis əlaçısı" fəxri adı (2000).
"İgidliyə görə" medalı (2005).
20 iyun 2020-ci ildə "ehtiyatda olan polkovnik" rütbəsiylə təltif edilmişdir.
"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı.




Azərbaycanlı xeyriyyəçi insan Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Azərbaycan Respublikasının Milli Məclisinin sabiq sədr müavini Adil Əliyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Adil müəllim səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında “Dəmir Yumruq” əks-hücum əməliyyatı zamanı ölkə vətəndaşlarına əlindən gələn köməkliyini göstərmiş, və onların qayğısına qalmışdır.
Adil müəllim şərəfli ömür yolu, dövlətə-dövlətçiliyə bağlılığı, vətənpərvər ictimai-siyasi fəaliyyəti ilə müasirlərinin dərin rəğbətini qazanmış belə dəyərli insanlardan biridir. Həmişə haqq və ədalət prinsipinə sədaqətlə xidmət edir. Hər bir insanın təkcə gələcək həyat yolunun deyil, həm də peşə seçiminin düzgün müəyyənləşməsində havasını udduğu, suyunu-çörəyini daddığı torpağın, doğulub boya-başa çatdığı ailənin, əhatə olunduğu cəmiyyətin rolu birmənalıdır. Bu amillər istənilən fərdin istedadının parlamasında, üzə çıxmasında və püxtələşməsində mühüm rol oynayır.
Adil Əliyevin istər rəhbərliyi olsun, istərsə də ictimai fəaliyyətinin hər bir parlaq səhifəsi xalqa təmənnasız xidmət nümunələri ilə zəngin olub, onun əsl ziyalı və nəcib şəxsiyyət imicini tamamlayır. Ziyalı adının məsuliyyətini çiyinlərində ləyaqətlə daşıyaraq vəzifəsini vicdanla yerinə yetirərək, xalqımıza əvəzsiz töhfələr verib.
Adil müəllim bütün varlığı, ruhu ilə dövlətinə xidmət edən insan, nurlu şəxsiyyətdir. O bu gün də daxildən gələn tükənməz bir enerji ilə çalışır, üzərinə götürdüyü çətin və məsuliyyətli missiyanı ləyaqətlə, vicdanla yerinə yetirmək, saf və ali məqsədlərə pillə-pillə yetişmək üçün zəhmətdən çəkinmir. Bütün bu keyfiyyətlər isə onun daha böyük həyat və yüksək pillələrə uğurlarına möhkəm zəmin yaradır.
Azərbaycanlı vətənpərvər insan Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin şərəfli ömür yolunu, sanballı rəhbərlik məharətini, yüksək insani dəyərlər məcmusunu, ən nəhayət, ləyaqətli, mərd, əsl Azərbaycan kişisi obrazını təcəssüm etdirir. Mənalı ömrünü doğma Azərbaycanı və sevimli milləti üçün yaşayan Adil müəllim, əminik ki, qarşıdakı illərdə həyatının daha məhsuldar dövrünü, iş fəaliyyətinin daha parlaq səhifələrini yaşayacaqdır!
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Adil Əliyev Prezident cənab İlham Əliyevin etimadını yüksək səviyyədə qazanmışdır. Cənab İlham Əliyev Adil Əliyevi Suraxanı Rayon İcra Hakimiyyəti başçsısı təyin etməsi ilə əlaqədar olaraq həm Suraxanı rayon sakini, həm də jurnalist olaraq təbrik edirəm, yeni işində uğurlar diləyirəm. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
İnsanlar tarixdə öz gözəl, xeyirxah əməllərinə görə yaşayır və gələcək nəsillərə örnək olurlar. Böyük xeyriyyəçi, qayğıkeş insan, Azərbaycanlı xeyriyyəçi insan Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev də bu qəbildən olan insanlardandır. Vətənpərvər insan Adil müəllim deyir ki, insanın daxildə olan Vətən sevgisi istər-istəməz onu əməyə, işgüzarlığa yönəldir.
YAXŞIYA YAXŞI DEMƏK VİCDAN BORCUDUR!


Dilşad Əhmədova
Baş redaktor