Gündəm, Siyasət, Ölkə
19 iyul 2024
157
FƏRHAD ƏLİYEV - Müdrikliyin və mənəviyyatın zirvəsində
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, Allahın bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Məhdud dairədə də cəmiyyətdə də ovqat və dinamika yaradan insanlar zamanın nəbzini tənzimləyir. Onlarsız zaman anlamını itirər, meyarlar isə nəhayətsizlik vakumunda it-bata duşər. Dunyada və Azərbaycanda nizam ona görə pozulmur ki, zamanın nəbzini tənzimləyən insanlar var. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, Azərbaycanlı xeyriyyəçi insan ictimai-siyasi xadim Fərhad Əliyevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Ola bilməz ki, İlahidən olan zəhmətkeşlik və intellekt zamanın burulğanında əriyib itsin. Əgər özün-özünü, seçdiyin peşəni dəyərləndirirsənsə bu nəticəsini göstərməlidi. Bütün bunlar ona görə sadalanmır ki, Fərhad Əliyevin haralarda işləməsi qabardılsın, əsla yox, əksinə insan ömrünün vəhdətindən yaranan məntiqi uğurların açması üçündür bütün bunlar. Azərbaycanlı xeyriyyəçi insan, siyasətçi Fərhad Əliyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Fərhad müəllim səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Fərhad müəllim şərəfli ömür yolu, dövlətə-dövlətçiliyə bağlılığı, vətənpərvər ictimai-siyasi fəaliyyəti ilə müasirlərinin dərin rəğbətini qazanmış belə dəyərli insanlardan biridir. Həmişə haqq və ədalət prinsipinə sədaqətlə xidmət edir. Hər bir insanın təkcə gələcək həyat yolunun deyil, həm də peşə seçiminin düzgün müəyyənləşməsində havasını udduğu, suyunu-çörəyini daddığı torpağın, doğulub boya-başa çatdığı ailənin, əhatə olunduğu cəmiyyətin rolu birmənalıdır. Bu amillər istənilən fərdin istedadının parlamasında, üzə çıxmasında və püxtələşməsində mühüm rol oynayır.
Azərbaycanlı xeyriyyəçi insan, vətərnpərvər ziyalı Fərhad Əliyev istər rəhbərliyi olsun, istərsə də ictimai fəaliyyətinin hər bir parlaq səhifəsi xalqa təmənnasız xidmət nümunələri ilə zəngin olub, onun əsl ziyalı və nəcib şəxsiyyət imicini tamamlayır. Ziyalı adının məsuliyyətini çiyinlərində ləyaqətlə daşıyaraq vəzifəsini vicdanla yerinə yetirərək, xalqımıza əvəzsiz töhfələr verib.
Fərhad müəllim bütün varlığı, ruhu ilə dövlətinə xidmət edən insan, nurlu şəxsiyyətdir. O bu gün də daxildən gələn tükənməz bir enerji ilə çalışır, üzərinə götürdüyü çətin və məsuliyyətli missiyanı ləyaqətlə, vicdanla yerinə yetirmək, saf və ali məqsədlərə pillə-pillə yetişmək üçün zəhmətdən çəkinmir. Bütün bu keyfiyyətlər isə onun daha böyük həyat və yüksək pillələrə uğurlarına möhkəm zəmin yaradır.
Azərbaycanlı xeyriyyəçi insan Fərhad Əliyev şərəfli ömür yolunu, sanballı rəhbərlik məharətini, yüksək insani dəyərlər məcmusunu, ən nəhayət, ləyaqətli, mərd, əsl Azərbaycan kişisi obrazını təcəssüm etdirir.
Vətən, dövlət, xalq öz etibarlı adamını tanıyır, ona doğmalıq hissi ilə yanaşmağı bacarır və ondan çox şey istəyir. Çünki, bu bir etibar nümunəsidir. Həmişə dövlətin, millətin, xalqın etibarını qazanan olun. Qələbələriniz bol olsun, hörmətli FƏRHAD müəllim.
Dilşad Əhmədova
Baş redaktor
Daha çox xəbər:
Ülvi şadlıq sarayının rəhbəri Elman müəllim - XEYİRXAH İNSAN
Gündəm, ÖlkəSumqayıt Dövlət Universiteti Tarix və coğrafiya fakültəsinin dekanı, profes ...
Gündəm, Cəmiyyət, ÖlkəNərimanov Rayon Məhkəməsinin hakimi və sədri Həbib Bəhram oğlu Həsənov - Ha ...
Gündəm, Cəmiyyət, ÖlkəADU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Misgər Məmmədov - Müdr ...
Gündəm, Cəmiyyət, ÖlkəFaiq Şahbazlı: - Müdrikliyin və mənəviyyatın zirvəsində
Gündəm, Cəmiyyət, Ölkə