Gündəm
26 iyul 2024
390

Küləkli Hava Şəraiti ilə Bağlı Xəbərdarlıq: Milli Hidrometeorologiya Xidməti Əhalini Ehtiyatlı Olmağa Çağırır

Küləkli Hava Şəraiti ilə Bağlı  Xəbərdarlıq: Milli Hidrometeorologiya Xidməti Əhalini Ehtiyatlı Olmağa Çağırır


Milli Hidrometeorologiya Xidməti, iyulun 27-si səhərdən 29-u səhərədək ölkə ərazisinin əksər bölgələrində küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq yayıb.

Xidmətin rəhbəri Nazim Mahmudov, bu xəbərdarlıqla bağlı əhaliyə müraciət edərək təhlükəsizlik qaydalarına riayət etmələrini xahiş edib:

“Vətəndaşlara tövsiyə edirik ki, hava şəraiti ilə bağlı xəbərdarlıqları və məlumatları diqqətlə izləsinlər, əlverişsiz hava şəraitində ehtiyatlı olsunlar. Xüsusilə hündür ağacların altında dayanmaqdan və nəqliyyat vasitələrini bu cür ağacların altında saxlamaqdan çəkinməlidirlər. Təhlükəsizlik qaydalarına riayət etmək vacibdir.”

Nazim Mahmudov həmçinin dağlıq və dağətəyi rayonlarda gözlənilən leysan xarakterli intensiv yağıntıların yaratdığı sel təhlükəsi ilə bağlı əhalini ehtiyatlı olmağa çağırıb. O, insanlara çayların sahilindən uzaqda, təhlükəsiz yerlərdə dayanmağı və sel hadisəsi zamanı çayların yaxınlığında prosesi izləməmələrini tövsiyə edib. Mahmudov, həmçinin hava haqqında verilən məlumatlara və xəbərdarlıqlara xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb.