Gündəm, Cəmiyyət
29 iyul 2024
96

Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yanğın baş verib.

Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, "112" qaynar telefon xəttinə həmin ərazidə yanğın olması barədə məlumat daxil olub. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsinin artırmasında baş verən yanğın qısa müddətdə söndürülüb, yanğının genişlənməsinə imkan verilməyib.

17:38 radələrində, Bakı metrosunun "Neftçilər" stansiyasının yaxınlığında da yanğın baş verib. Məlumata görə, hadisə 62 saylı orta məktəbin yaxınlığında baş verib və FHN-in yanğınsöndürmə briqadaları hadisə yerinə cəlb olunublar.