Gündəm, Ölkə
14 avqust 2024
94

Ən layiqli namizəd-Təyyar Yəhyayevə səs verək

Ən layiqli namizəd-Təyyar Yəhyayevə səs verək
Prezident, Ali baş Komandan İlham Əliyevin sərəncamı ilə bu il sentyabrın ilk gününə 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərin¬də deputat mandatı uğrunda mübarizə gündən-günə güclənir. İndiki vaxtda seçki prosesinin ilkin və önəmli mərhələlərindən birində – həm namizədliyin irəli sürülməsi, həm də na¬mizədliyin qeydə alınması prosesindəyik.
Bu il parlament seçkilərinin işğaldan aazad olunmuş bölgələrimizdə ke¬çirilməsi hər bir azərbaycanlı üçün böyük fəxrdir. Bu ilin əvvəlində növbədənkənar Prezident seçkilərinin ölkəmizin bütün ərazisində keçirilməsinə hamımız qürurla şahidlik etdik. İndi isə parlament seçkilə¬rinin də bütün ərazilərimizdə keçirilməsi¬nin sevincini yaşayırıq. Uzun illər torpaq həsrəti çəkmiş seçicilərimizin bir hissəsi artıq müvəqqəti məskunlaşdıqları böl¬gələrdə deyil, öz ata-baba yurdlarında səs verəcəklər.
Bildiyimiz kimi, işğaldan azad olunmuş ərazilərimizə Böyük Qayı¬dış proqramı uğurla reallaşdırılır. Həmin ərazilərə köçənlərin sayı çoxaldıqca yeni seçki məntəqələrinin yaradılması zərirəti də artır. Bu məqsədlə həmin ərazilərdə bu il əlavə olaraq 8 yeni seçki məntəqəsi formalaşdırılıb. Bütün bu sadaladığımız məqamlara əsasən, deyə bilərik ki, növ-bədənkənar parlament seçkiləri ölkəmizin həyatında əlamətdar ictimai-siyasi ha¬disələrdən biridir.
Seçkilərin demokratikliyini, şəffaflığını, beynəlxalq standartlara uyğun keçirilməsini təmin etmək üçün dövlətimiz bütün zəruri addımları atır.
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisində keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində 80 saylı Lerik-Astara seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş ən layiqli namizədi-Təyyar Yəhyayevi dəstəkləyək.Yeni dövrün hədəflərinin həyata keçirilməsi ilə uğurlarımızın davamlılığını təmin etmək üçün seçiciləri fəal olmağa, ən layiqli namizədə-Təyyar Yəhyayevə səs verməyə səsləyirik.
1 sentyabr parlament seçkilərində ən layiqli namizədə Tıyyar Yəhyayevə səs verək, Azərbaycanın uğurlu gələcəyinə dəstək olaq.
80 saylı Lerik-Astara seçki darəsindən namizədliyi irəli sürülmüş ən layiqli və dəyərli Təyyar Yəhyayevin namizədliyini dəstəkləyərək seçiciləri ona səs verməyə çağırırıq.


Fərid Səfərov
AJB-nin üzvü