Gündəm, Cəmiyyət, Ölkə
23 avqust 2024
79
Daxili İşlər Nazirliyi işğaldan azad olunmuş ərazilərə buraxılan şəxslərə müraciət etdi
Daxili İşlər Nazirliyi (DİN) işğaldan azad olunmuş ərazilərə buraxılan şəxslər üçün müəyyən tələbləri açıqlayıb. Nazirliyin Mətbuat Xidmətindən verilən məlumata görə, bu ərazilərə daxil olan şəxslər aşağıdakı qaydalara riayət etməlidirlər:
Şəxsiyyət vəsiqəsini daim üzərində saxlamalıdır.
Sənədləri, şəxsi əşyaları və avtomobili baxış üçün təqdim etməli, polis əməkdaşlarının qanuni göstərişlərinə riayət etməlidir.
Avtomobildə yaranmış texniki nasazlıq, qəza, yanğın, partlayış və ya digər hadisələr, tapılan silah, sursat, partlayıcı maddələr barədə dərhal DİN-in "102" Xidmətinə məlumat verməlidir.
Müəyyən olunmuş marşrutdan yayınmamalı və alternativ yollarla hərəkət etməməlidir.
Mənşəyi məlum olmayan əşyalara toxunmamalıdır.
Hərbi texnika və obyektlərin video və foto çəkilişini aparmamalıdır.
Hər hansı bir şəxsdən bağlama, çanta və mənşəyi məlum olmayan əşya qəbul etməməlidir; aidiyyəti orqanların razılığı olmadan çadır qurmamalı, tonqal qalmamalı, su hövzələrinə daxil olmamalıdır.
Hərəkət marşrutu üzrə və ərazidə təmizliyə riayət etməli, məişət tullantılarını urinalardan kənara atmamalıdır.
Gəldiyi ərazidə icazə verilmiş vaxtdan artıq qalmamalı (gecələməməlidir).
Əraziyə spirtli içki, psixotrop, tezalışan və partlayıcı maddələr, hər hansı növ silah aparmamalıdır.
Müvafiq icazəsi olmayan şəxslərin əraziyə keçməsinə köməklik etməməli və ya şərait yaratmamalıdır.
Tələbləri pozan şəxslər dərhal ərazidən çıxarılır, portal sistemindəki icazələri ləğv edilir və qanunvericiliyə uyğun olaraq inzibati və cinayət məsuliyyətinə cəlb olunurlar.
Daha çox xəbər:
İşğaldan azad olunmuş ərazilərə keçmək istəyənlər saxlanıldı
Hadisəİşğaldan azad olunmuş ərazilərə getmək istəyənlər saxlanıldı - FOTO
Ölkəİki dəfə tutulsa da, üçüncü cəhddə minalı əraziyə keçib - NAZİRLİKDƏN ƏHALİ ...
HadisəANAMA-nın direktoru: “Əhali kənar yollarla işğaldan azad olunan minalı əraz ...
CəmiyyətBakı Polisindən təhlükəsizlik tədbirləri ilə bağlı VACİB AÇIQLAMA: “Şübhəli ...
Cəmiyyət