Gündəm, Cəmiyyət, Ölkə
03 iyul 2025
27
MÜƏLLİMLİK İNSANLIQ TARİXİNİN ƏN UCA MƏSLƏYİDİR

Bəli, bu gün təhsilə göstərilən qayğı məktəblərdə dərslərin keyfiyyətini daha da artırmışdır. Yüksək keyfiyyətli tədris onun sübutudur ki, ölkəmizin gələcəyi savadlı kadrların əlində olacaqdır. Bu da bir dövlət üçün, onun hərtərəfli inkişafı üçün çox vacibdir.
Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva bu məqsədlə bir çox yerlərdə, şəhər və rayonlarda məktəb binaları tikdirmiş və məktəblərdə əsaslı təmir işlərinin aparılmasına xüsusi göstəriş vermişdir.
Bakı şəhərində məktəblərdə təlimin keyfiyyətinin yüksəlməsi və yeni təhsil islahatlarının həyata keçirilməsi yolunda bir sıra mühüm addımlar atılmışdır. İnkişafın ən yüksək mərhələlərində olan YAP Suraxanı rayon Təşkilatının ƏPT-nin sədr müavini, Gülarə Əliyeva adına 3 № li Uşaq İncəsənət Məktəbinin direktoru Elvina xanım Əhmədovanın xidmətlərini qeyd etməmək məncə böyük haqsızlıq olardı.
Bəli, bu gün gələcəyimizin inkişafı üçün əsil pedoqoq adına layiq olan vicdanlı məktəb rəhbərləri də əllərindən gələni edir, rəhbərlik etdikləri tədris ocaqlarında xüsusi qayda-qanun yaradır, şagirdlərin yüksək elmə yiyələnməklərinə doğru yol göstərirlər.
Paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 63 ünvanında yerləşən Gülarə Əliyeva adına 3 №-li Uşaq İncəsənət Məktəbi Musiqi Cəmiyyətinin nəzdində 1935-ci ildə yaranıb, 1940-ci ildən 5 №-li UMM kimi, 1988-ci ildən isə Mədəniyyət Nazirliyi tərəfindən verilən 22.06.1988-ci il tarixli 240 №-li əmrə əsasən 3 №-li UİM kimi fəaliyyət göstərir.Məktəbinin direktoru Elvina Tofiq qızı Əhmədovadır. Məktəbin ikimərtəbəli binası qəzalı vəziyyətdə olduğundan Heydər Əliyev Fondu tərəfindən yenisi ilə əvəzlənib və 2020-ci ilin sentyabr ayında təhvil verilib və açılışında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib. Yeni bina 3 mərtəbədən, 25 sinif otağından, rəqs, rəsm otaqlarından, akt zalından, kitabxana, müəllimlər otağı və yeməkxanadan ibarətdir. Məktəbdə hazırda 17 ixtisas üzrə 500-ə yaxın şagird təhsil alır. Bu ixtisaslar üzrə 100-dən çox müəllim fəaliyyət göstərir. Uşaq İncəsənət Məktəbində rəqs və rəsm dərsləri qrup şəklində, digər ixtisaslar fərdi tədris olunur.
Burada görülən işlər, yaradılan yeni şərait məktəbin müəllim kollektivi, o cümlədən şagirdlər, valideynlər tərəfindən müsbət qarşılanıb.
Gülarə Əliyeva adına 3 № li Uşaq İncəsənət Məktəbinin direktoru Elvina xanım Əhmədova gələcəyimiz olan uşaqların düzgün təlim-tərbiyə almasında, elmə, musiqi təhsilinə,biliyə yiyələnməsində öz köməkliyini əsirgəmir.
Elvina xanım Əhmədovanın rəhbərlik etdiyi məktəbdə mehriban, qayğıkeş müəllim kollektivi vardır ki, övladlarımızın xoşbəxt gələcəyi naminə əl-ələ verib, şagirdlərin yüksək elmə,sənətə yiyələnmələrinə doğru yol göstərirlər. Dünyada elə bir insan tapılmaz ki, ucaldığı zirvəyə görə ilk növbədə müəllimlərinə borclu olmasın. Hər birimiz məktəb yolları ilə atdığımız kövrək addımları, bizi xoş, gülərüz qarşılayan, valideyn qayğısı göstərən müəllimlərimizi yaxşı xatırlayır, onlara olan minnətdarlıq hissini hər zaman yaşadırıq. Sevindirici haldır ki, respublikamızda öz şərəfli peşəsinin vurğunu, kamil bilicisi olan müəllimlərimizin sayı kifayət qədərdir.
Ümumiyyətlə, müəllim elə bir varlıqdır ki, varlığına ehtiyac duymamaq mümkün deyil. Bu ad olan yerdə mənəviyyat, milli şüur var. Müəllimsiz həyat susuz dəyirmana bənzəyir. Müəllim müqəddəs ucalıqdır, dahidir, əvəzedilməzdir.
Xeberim.info olaraq gənc nəslin təlim-tərbiyyəsində, dövlətimizin təhsilinin inişafı istiqamətində səmərəli fəaliyyətini əsirgəməyən Gülarə Əliyeva adına 3 № li Uşaq İncəsənət Məktəbinin direktoru Elvina xanım Əhmədovaya
övladlarımıza göstərdiyi qayğı və nəvazişə görə öz dərin minnətdarlığımı bildirir, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizə, xalqımıza şərəfli xidmətlərində yeni-yeni uğurlar arzulayır, hər birinə həyatda və pedaqoji fəaliyyətində gələcək uğurlarınızın davamlı olmasını arzulayırıq.
Hörmətli Elvina xanım!
Səmərəli və məqsədyönlü fəaliyyətinizlə, işgüzar əməllərinizlə daim fədakarlıq nümayiş etdirmisiniz. Məhz bu xidmətin nəticəsidir ki, rəhbərlik etdiyiniz məktəbdə hər kəs tərəfindən sevilirsiniz.
Dəyərli peşə sahibi, əziz müəllimə!
Sizin sayənizdə övladlarımızın xoş gələcəyinə inanırıq.
Bir daha çətin və şərəfli peşənizdə uğurlar arzulayıram.

Daha çox xəbər:

Ağstafa şəhər 2 saylı tam orta məktəbinin direktoru Vəfa Tağıyeva - rəhbər, ...
Gündəm, Cəmiyyət, Ölkə, Bölgə
Könül xanım Kərimova insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların ...
Gündəm, Ölkə
Heydər Əliyev Fondunun dəstəyi ilə istifadəyə verilən 62 təhsil müəssisəsin ...
Cəmiyyət
İlham Əliyev və Mehriban Əliyeva ADA Universitetinin iki yeni korpusunun aç ...
Siyasət
İlham Əliyev və Mehriban Əliyeva Bakıda açılışda
Gündəm, Siyasət