Gündəm, Ölkə
10 dekabr 2025
108

Vətənpərvər maarifçi, nümunəvi təhsil rəhbəri – Xalid Adıgözəlov

Vətənpərvər maarifçi, nümunəvi təhsil rəhbəri – Xalid Adıgözəlov
Sumqayıt şəhəri 2 nömrəli tam orta məktəb bu gün özünün inkişaf dövrünü yaşayırsa, bu, ilk növbədə məktəbin direktoru Xalid Adıgözəlovun peşəkarlığı, fədakarlığı və idarəçilik mədəniyyətinin nəticəsidir. O, uzun illərdən bəri təhsil sahəsinə göstərdiyi xidməti ilə həm müəllim kollektivinin, həm də valideyn və şagirdlərin böyük hörmətini qazanıb. Xalid müəllimin rəhbərliyi altında məktəb yalnız təhsil müəssisəsi kimi deyil, həm də milli-mənəvi dəyərlərin yaşadıldığı nümunəvi bir ocaq kimi tanınır.
Xalid Adıgözəlov öz işinə yanaşmada daim dövlətçilik ideyalarına sədaqət, gənclərin milli ruhda yetişdirilməsi, onların intellektual inkişafı və sağlam mühitdə təhsil alması kimi prinsipləri əsas tutur. O, təhsilin sadəcə fənn biliklərindən ibarət olmadığını, bununla yanaşı, şəxsiyyət formalaşdıran mühüm bir platforma olduğunu yaxşı dərk edir. Məhz buna görə də məktəbdə nizam-intizamın, pedaqoji intellektin, qarşılıqlı hörmətin və məsuliyyətin hökm sürdüyü bir mühit yaradıb.
Müəllim və şagirdlərlə daim sıx ünsiyyətdə olan Xalid müəllim, hər bir şagirdin taleyinə şəxsi məsuliyyətlə yanaşır. Onun üçün məktəbin hər bir uğuru təkcə bir nailiyyət deyil, həm də cəmiyyətin gələcəyinə əlavə olunan dəyərdir. Son illərdə məktəbin tədris göstəricilərinin yüksəlməsi, buraxılış imtahanlarında əldə olunan nəticələr, şagirdlərin olimpiada və müsabiqələrdə qazandıqları uğurlar da məhz bu ardıcıl və düzgün idarəçiliyin bəhrəsidir. Xalid Adıgözəlov pedaqoji heyətin daim inkişafda olmasına xüsusi diqqət ayırır. Müəllimlərin təkmilləşdirilməsi, yeni metodikaların tətbiqi, müasir təhsil standartlarına uyğunlaşma istiqamətində atdığı addımlar məktəbin inkişafını daha da sürətləndirir.
Xalid müəllimin fəaliyyətində vətənpərvərlik mövzusu xüsusi yer tutur. O, gənclərin milli köklərə bağlı böyüməsi üçün ardıcıl layihələr həyata keçirir, məktəbdə şəhidlərimizin xatirəsinin uca tutulmasını ən mühüm vəzifələrdən biri sayır. Məktəbdə təşkil olunan tədbirlərdə həm şagirdlər, həm də müəllimlər torpaqlarımız uğrunda canlarından keçən qəhrəmanların ruhuna ehtiramla yanaşır, onların şücaəti gənc nəslə örnək kimi təqdim olunur. Xalid Adıgözəlov bu məsələdə hər zaman prinsipial və həssas mövqe nümayiş etdirir.
12 dekabr – Ulu Öndər Heydər Əliyevin anım günü Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət daşıyan bir tarixdir. Bu gün ümummilli liderimizin dövlətçilik ənənələrinə, təhsil siyasətinə və milli inkişaf strategiyasına verdiyi misilsiz töhfələr sonsuz hörmətlə xatırlanır. Xalid Adıgözəlov da hər zaman Ulu Öndərin ideyalarını rəhbər tutur, onun təhsilə verdiyi dəyəri fəaliyyətinin əsas xəttinə çevirir. Məktəbdə hər il 12 dekabrla bağlı keçirilən geniş miqyaslı tədbirlər, anım kompozisiyaları və maarifləndirici proqramlar gənclərin Heydər Əliyev irsini dərindən mənimsəməsinə geniş imkan yaradır. Bu tədbirlər təkcə xatırlatma deyil, həm də Ulu Öndərin dövlətçilik düşüncəsinin gələcək nəsillər tərəfindən yaşadılmasına yönəlmiş vacib fəaliyyətlərdir.
Xalid müəllim yaxşı dərk edir ki, Heydər Əliyevin qurduğu müasir Azərbaycan dövlətinin əsas dayaqlarından biri məhz savadlı, dünyagörüşlü və milli-mənəvi dəyərlərə bağlı gənclərin yetişdirilməsidir. Bu baxımdan onun məktəbdə apardığı işlər Ulu Öndərin təhsil strategiyasının yaşayaraq davam etməsinin bariz nümunəsidir. O, hər zaman bildirir ki, Heydər Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğı bu gün də öz aktuallığını qoruyur və bu xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Xalid Adıgözəlovun rəhbərliyi ilə 2 nömrəli məktəb bu gün Sumqayıtın aparıcı təhsil ocaqlarından biri kimi nüfuz qazanıb. Onun sadəliyi, insanlarla xoş rəftarı, yüksək idarəçilik bacarığı və pedaqoji müdrikliyi məktəbin uğurlarının əsas amillərindəndir. Xalid müəllim fəaliyyətində daim şəffaflıq, obyektivlik və ədalət prinsiplərinə sadiq qalır. Bu keyfiyyətlər ona həm kollektivin, həm də valideynlərin dərin hörmətini qazandırıb.
Bu gün Sumqayıt şəhərinin təhsil mühiti Xalid Adıgözəlov kimi peşəkar, vətənpərvər, dövlətinə sadiq maarifçilərlə daha da güclənir. Onun məktəb üçün gördüyü işlər, gənclərin formalaşmasına verdiyi töhfələr, təhsilə göstərdiyi əvəzsiz xidmətlər yüksək qiymətə layiqdir. Xalid müəllim həm bir rəhbər, həm bir pedaqoq, həm də nümunəvi ziyalı kimi cəmiyyətə dəyər qazandıran simalardandır.

Dilşad Əhmədova
Baş redaktor