Gündəm, Ölkə
30 avqust 2025
377

Şəhid İlqar Muradov adına 237 N-li Tam orta məktəbin direktoru Zümrüd Abbasova – “Təhsil fədaisi”

Şəhid İlqar Muradov adına 237 N-li Tam orta məktəbin direktoru Zümrüd Abbasova – “Təhsil fədaisi”
Təhsil insan həyatında ən möhtəşəm sərvətdir. Bu sərvətin qorunması, gələcək nəsillərə ötürülməsi və inkişaf etdirilməsi isə öz işinə vicdanla, ürəklə yanaşan müəllimlərin, pedaqoqların və rəhbərlərin üzərinə düşür. Azərbaycan təhsil sistemində yüzlərlə fədakar müəllim və məktəb rəhbəri fəaliyyət göstərir. Onlardan biri də Şəhid İlqar Muradov adına 237 nömrəli tam orta məktəbin direktoru Zümrüd Abbasovadır.
Zümrüd Abbasova illərdir təhsil sahəsində böyük zəhmət və fədakarlıqla çalışır. Onun rəhbərlik etdiyi məktəb yalnız təhsil müəssisəsi deyil, həm də gənc nəslin milli ruhda, vətənə sədaqət, dövlətə bağlılıq prinsipləri ilə yetişdiyi elm ocağıdır. Məktəbinin hər bir guşəsində pedaqoji qayğının, zəhmətin və səmimiyyətin izləri görünür.
Zümrüd Abbasova öz fəaliyyətində daim müəllimlik peşəsinin müqəddəsliyini qoruyub saxlayıb. Müəllimlik onun üçün sadəcə bir peşə deyil, həyat amalına çevrilib. Onun iş prinsipi sadədir: “Şagirdlərə yalnız bilik deyil, həm də tərbiyə, milli-mənəvi dəyərlər aşılanmalıdır.” Bu yanaşma onu həm müəllimlər, həm də valideynlər arasında böyük hörmət sahibi edib.
Onun rəhbərliyi altında məktəbdə tədrisin keyfiyyətinə xüsusi diqqət yetirilir. Müəllimlərin peşəkarlığının artırılması üçün seminarlar, metodik müzakirələr təşkil olunur, yeni yanaşmaların tətbiqi təşviq edilir. Bu gün 237 nömrəli məktəb paytaxtın nümunəvi təhsil ocaqlarından biri kimi tanınırsa, bunda direktor Zümrüd Abbasovanın əməyinin payı danılmazdır.
Məktəbin daşıdığı ad – Şəhid İlqar Muradovun adı – xüsusi məsuliyyət tələb edir. Zümrüd Abbasova bu məsuliyyəti dərindən dərk edir. Onun təşəbbüsü ilə məktəbdə şəhidimizin xatirəsini əbədiləşdirən guşə yaradılıb, müxtəlif tədbirlər keçirilir, şagirdlərə vətənpərvərlik ruhu aşılanır.
Zümrüd Abbasova yaxşı bilir ki, vətən uğrunda canını fəda edənlərin ruhu ancaq o zaman rahat olar ki, gənc nəsil onların yolunu davam etdirsin. Buna görə də məktəbdə hər bir dərs yalnız riyaziyyat, ədəbiyyat və ya kimya öyrətmir, həm də milli kimliyi, vətən sevgisini gücləndirir. Bu istiqamətdə keçirilən tədbirlər, ədəbi-bədii kompozisiyalar, şəhidlərimizin xatirəsinə həsr olunmuş anım günləri məktəb həyatının ayrılmaz hissəsidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsil sahəsinə göstərdiyi diqqət və qayğı hər bir məktəbdə öz əksini tapır. Zümrüd Abbasova da rəhbərlik etdiyi məktəbdə bu siyasəti uğurla həyata keçirir. Məktəbin maddi-texniki bazasının gücləndirilməsi, informasiya texnologiyalarının tədris prosesinə inteqrasiyası, şagirdlərin dünya görüşünün artırılması istiqamətində mühüm addımlar atılır.
Məktəb direktoru daim çalışır ki, hər bir şagird gələcəyin savadlı, vətənpərvər və cəmiyyətə faydalı vətəndaşı kimi formalaşsın. Onun bu istiqamətdəki fədakarlığı pedaqoji kollektivin də ruhunu yüksəldir.
Məktəbin şagirdləri respublika və beynəlxalq səviyyəli olimpiadalarda, müsabiqələrdə, idman yarışlarında mütəmadi olaraq uğurlar qazanırlar. Bu uğurlar heç də təsadüfi deyil. Onların arxasında müəllimlərin, ən əsası isə, rəhbər olaraq Zümrüd Abbasovanın dəstəyi, diqqəti və pedaqoji fədakarlığı dayanır.
Valideynlərin sözlərinə görə, məktəbdə elə bir mühit formalaşıb ki, hər bir şagird özünü dəyərli hiss edir. Onların hər biri istedad və bacarığına uyğun istiqamətləndirilir, inkişaf etdirilir. Bu da Zümrüd Abbasovanın idarəçilik bacarığının göstəricisidir.
Zümrüd Abbasovanın fəaliyyəti bir daha sübut edir ki, həqiqi müəllimlik və rəhbərlik yalnız bilik verməkdən ibarət deyil. Bu həm də vətəndaşlıq mövqeyi, dövlətə və xalqa xidmət nümunəsidir. O, bütün ömrünü təhsilə həsr etmiş fədakar bir pedaqoqdur.
Ona görə də haqlı olaraq onu “təhsil fədaisi” adlandırmaq olar. O, gənc nəslin maariflənməsi, savadlanması, milli-mənəvi ruhda formalaşması üçün əsl həyatını sərf edir.
Şəhid İlqar Muradov adına 237 nömrəli tam orta məktəbin direktoru Zümrüd Abbasova Azərbaycan təhsilində öz dəsti-xətti ilə seçilən, şagirdlərin və müəllimlərin sevgisini qazanan, nümunəvi pedaqoq və idarəçidir. Onun fəaliyyəti gələcək nəsillərə örnəkdir. Təhsilə və Vətənə bağlılığı ilə seçilən Zümrüd Abbasova sözün əsl mənasında bir təhsil fədaisidir.
Zümrüd müəllimə işlərində uğurlar arzulayırıq.

Dilşad Əhmədova
Baş redaktor