Gündəm, Ölkə
25 dekabr 2025
31
Tibbə həsr olunmuş ömür: Əməkdar həkim Mehman Rzayevin peşəkarlıq və liderlik yolu

Azərbaycan Respublikasının əməkdar həkimi, Gəncə Tibb Kollecinin direktoru Rzayev Mehman Elman oğlu tibb sahəsində uzun illər formalaşmış zəngin təcrübəsi, yüksək peşəkarlığı və nümunəvi idarəçilik bacarığı ilə seçilən görkəmli ziyalılardandır. Onun fəaliyyəti yalnız bir həkimin uğur hekayəsi deyil, eyni zamanda Azərbaycan səhiyyə sisteminə və tibb təhsilinə dəyərli töhfələr verən əsl fədakar rəhbərin yoludur.
Mehman Rzayev həkimlik sənətini sadəcə bir peşə kimi deyil, insanlara xidmət missiyası kimi qəbul edən şəxsiyyətlərdəndir. O, tibb elminin incəliklərinə dərindən yiyələnərək, pasiyentlərə göstərdiyi diqqət, mərhəmət və məsuliyyətlə hər zaman hörmət qazanmışdır. Onun həkim kimi əsas prinsipi insan sağlamlığını hər şeydən üstün tutmaq, hər bir xəstəyə individual yanaşmaq və peşə etikası çərçivəsində vicdanla xidmət etmək olmuşdur. Məhz bu keyfiyyətlər Mehman Rzayevin cəmiyyət arasında nüfuzunu daha da möhkəmləndirmişdir.
Azərbaycan Respublikasının “Əməkdar həkim” fəxri adına layiq görülməsi Mehman Rzayevin uzun illər ərzində səhiyyə sahəsində göstərdiyi səmərəli fəaliyyətin, yüksək peşəkarlığının və fədakarlığının dövlət səviyyəsində qiymətləndirilməsinin bariz nümunəsidir. Bu ad onun təkcə peşəkar həkim kimi deyil, həm də səhiyyənin inkişafına töhfə verən ziyalı kimi tanındığını göstərir.
Mehman Rzayevin fəaliyyətinin mühüm istiqamətlərindən biri də tibb təhsilinə verdiyi töhfələrdir. Gəncə Tibb Kollecinin direktoru kimi o, bu ali və orta ixtisas təhsil ocağının inkişafında mühüm rol oynayır. Onun rəhbərliyi altında kollecdə tədris prosesinin keyfiyyətinin yüksəldilməsi, maddi-texniki bazanın gücləndirilməsi və müasir təhsil standartlarının tətbiqi istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür. Mehman Rzayev gənc tibb kadrlarının hazırlanmasını ölkənin səhiyyə sisteminin gələcəyi üçün strateji məsələ hesab edir və bu sahədə böyük məsuliyyətlə çalışır.
Direktor kimi Mehman Rzayev tələbələrə və müəllim kollektivinə xüsusi diqqət və qayğı ilə yanaşır. O, kollecdə sağlam mənəvi-psixoloji mühitin formalaşdırılmasına, müəllim-tələbə münasibətlərinin qarşılıqlı hörmət və etimada əsaslanmasına önəm verir. Onun rəhbərliyi ilə Gəncə Tibb Kolleci təkcə bilik verən bir təhsil müəssisəsi deyil, həm də vətənpərvər, peşəkar və vicdanlı tibb işçilərinin yetişdiyi bir məktəbə çevrilmişdir.
Mehman Rzayev yeniliklərə açıq, müasir idarəetmə prinsiplərini tətbiq edən rəhbərdir. O, tibb təhsilində beynəlxalq təcrübənin öyrənilməsinə, müasir tibbi bilik və bacarıqların tələbələrə aşılanmasına xüsusi önəm verir. Praktiki dərslərin gücləndirilməsi, klinik biliklərin artırılması və tələbələrin real səhiyyə mühitinə hazırlanması onun fəaliyyətində əsas prioritetlərdəndir.
Eyni zamanda Mehman Rzayev cəmiyyətlə sıx təmasda olan, sosial məsuliyyət hissi güclü olan ziyalıdır. O, səhiyyə sahəsində maarifləndirmə işlərinin aparılmasını, gənclərin sağlam həyat tərzinə təşviq edilməsini vacib hesab edir. Xüsusilə gənc nəslin tibbi biliklərə yiyələnməsi və insan sağlamlığına həssas yanaşması onun daim diqqət mərkəzindədir.
Mehman Rzayev Mehman Elman oğlu öz fəaliyyəti ilə sübut edir ki, əsl həkim və rəhbər olmaq üçün yalnız bilik kifayət deyil, eyni zamanda yüksək mənəvi dəyərlər, insana sevgi və vicdanlı mövqe də vacibdir. Onun həyat və fəaliyyəti gənc tibb işçiləri üçün örnək, həmkarları üçün isə etibarlı dayaqdır.
Bu gün Gəncə Tibb Kollecinin qazandığı uğurlarda, yetişdirdiyi ixtisaslı tibb kadrlarında Mehman Rzayevin əməyi danılmazdır. O, Azərbaycan səhiyyəsinin inkişafına verdiyi töhfələrlə, tibb təhsilinin yüksəldilməsindəki xidmətləri ilə adını hörmət və ehtiramla yazdırmış ziyalılardandır. Belə şəxsiyyətlərin fəaliyyəti ölkəmizin səhiyyə sisteminin daha da möhkəmlənməsinə, sağlam və savadlı cəmiyyətin formalaşmasına xidmət edir.
Bu xoş fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevi ad günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və ali dövləti fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq. Cənab Prezidentin uzaqgörən və müdrik siyasəti nəticəsində Azərbaycan bu gün regionun ən güclü və nüfuzlu dövlətlərindən birinə çevrilmiş, səhiyyə, təhsil və digər strateji sahələrdə davamlı inkişaf təmin olunmuşdur. Xüsusilə səhiyyə və tibb təhsilinə göstərilən xüsusi diqqət və qayğı bu sahədə çalışan minlərlə insan üçün böyük stimul və dəstəkdir. Əminik ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti bundan sonra da yeni zirvələr fəth edəcək, xalqımız firavan və təhlükəsiz gələcəyə doğru inamla irəliləyəcəkdir.
Dilşad Əhmədova
Baş redaktor
Daha çox xəbər:

Bərxudar Bərxudarov – Məsuliyyətli rəhbərlik, dövlətə sədaqət və insanlara ...
Gündəm, Cəmiyyət, Ölkə
Tərtər Rayon Mərkəzi Xəstəxanasına direktoru Sərxan Cəlahani: Tərtər səhiyy ...
Gündəm, Ölkə
Ağ xalatlı mələk – sağlamlığın keşiyində: Həkim anestezioloq-reanimatoloq Q ...
Gündəm, Ölkə
Azərbaycan alimi, həkim-cərrah, transplantoloq, hepatoloq, tibb elmləri dok ...
Gündəm, Cəmiyyət, Ölkə
Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru İmran Qurbanov – Səhiyyə sahəs ...
Gündəm, Cəmiyyət, Ölkə