Gündəm, Ölkə
27 dekabr 2025
41

Milli Müdafiə Sənayesinin İnkişafında Peşəkarlıq və Liderlik Nümunəsi – İlqar Nəzərov

Milli Müdafiə Sənayesinin İnkişafında Peşəkarlıq və Liderlik Nümunəsi – İlqar Nəzərov
Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ölkəmizin milli təhlükəsizliyinin möhkəmləndirilməsi, ordumuzun müasir silah və texnika ilə təmin olunması istiqamətində strateji əhəmiyyətə malik qurumlardan biridir. Bu mühüm sahədə fəaliyyət göstərən “Şərq İstehsalat Birliyi” isə müdafiə sənayesinin dayanıqlı inkişafında, istehsal potensialının artırılmasında və yerli hərbi sənaye məhsullarının keyfiyyətinin yüksəldilməsində xüsusi rol oynayır. Məhz bu məsuliyyətli missiyanın uğurla icrasında “Şərq İstehsalat Birliyi”nin baş direktoru İlqar Nəzərovun peşəkarlığı, idarəetmə bacarığı və dövlətə sədaqəti mühüm əhəmiyyət daşıyır.
İlqar Nəzərov uzun illər ərzində qazandığı zəngin təcrübə, dərin bilik və müasir idarəçilik prinsiplərinə söykənən fəaliyyəti ilə həm rəhbərlik etdiyi kollektivin, həm də bütövlükdə Müdafiə Sənayesi Nazirliyinin etimadını doğruldan rəhbər kimi tanınır. O, öz fəaliyyətində daim dövlət maraqlarını, milli təhlükəsizlik məsələlərini və Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdafiə sənayesinin inkişafı ilə bağlı tapşırıq və tövsiyələrini rəhbər tutur. Bu yanaşma İlqar Nəzərovun idarəçilik fəlsəfəsinin əsasını təşkil edir.
“Şərq İstehsalat Birliyi”nin fəaliyyətinə rəhbərlik etdiyi dövrdə İlqar Nəzərov istehsal proseslərinin təkmilləşdirilməsi, texnoloji yeniliklərin tətbiqi, məhsul çeşidinin genişləndirilməsi və beynəlxalq standartlara uyğunluğun təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atmışdır. Onun rəhbərliyi ilə birliyin maddi-texniki bazası gücləndirilmiş, istehsal gücləri artırılmış, müasir avadanlıqların tətbiqi nəticəsində məhsulların keyfiyyəti yeni mərhələyə yüksəlmişdir. Bu isə Azərbaycan müdafiə sənayesinin rəqabət qabiliyyətinin artmasına mühüm töhfə vermişdir.
İlqar Nəzərovun fəaliyyətində insan amili xüsusi yer tutur. O, kollektivlə səmimi münasibətlər qurmağı, əməkdaşların sosial rifahını və peşəkar inkişafını daim diqqət mərkəzində saxlayan rəhbərdir. İşçilərin bilik və bacarıqlarının artırılması üçün mütəmadi təlimlər, ixtisasartırma proqramları təşkil olunur, gənc mütəxəssislərin formalaşmasına xüsusi diqqət yetirilir. İlqar müəllim hesab edir ki, güclü müdafiə sənayesinin əsasında peşəkar və vətənpərvər kadr potensialı dayanır.
Eyni zamanda, İlqar Nəzərovun rəhbərliyi ilə “Şərq İstehsalat Birliyi” şəhid ailələrinə, qazilərə və sosial həssas təbəqədən olan insanlara dəstək göstərilməsi istiqamətində də nümunəvi mövqe nümayiş etdirir. Bu humanist yanaşma onun yalnız peşəkar rəhbər deyil, həm də yüksək mənəvi dəyərlərə sahib bir şəxsiyyət olduğunu göstərir. Dövlətə, xalqa və milli dəyərlərə sədaqət İlqar Nəzərovun həyat və fəaliyyət prinsipinin ayrılmaz hissəsidir.
44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın müdafiə sənayesinin qarşısında duran yeni çağırışlar İlqar Nəzərov kimi rəhbərlərin məsuliyyətini daha da artırmışdır. Məhz bu dövrdə “Şərq İstehsalat Birliyi”nin fəaliyyətinin daha çevik, daha səmərəli və daha məqsədyönlü təşkili mühüm əhəmiyyət kəsb etmişdir. İlqar Nəzərov bu məsuliyyətin öhdəsindən layiqincə gəlmiş, ölkəmizin müdafiə qüdrətinin artırılmasına öz töhfəsini vermişdir.
Onun idarəçilik üslubu strateji düşüncə, operativ qərarvermə və məsuliyyət hissi ilə seçilir. İlqar Nəzərov hər bir tapşırığa dövlət əhəmiyyətli məsələ kimi yanaşır, görülən işlərin nəticəsinə görə şəxsi məsuliyyət daşımaqdan çəkinmir. Bu keyfiyyətlər onu həm kollektiv arasında, həm də dövlət strukturlarında hörmət və nüfuz sahibi olan rəhbər kimi tanıdır.
Bu gün “Şərq İstehsalat Birliyi”nin əldə etdiyi uğurlar İlqar Nəzərovun yorulmaz əməyinin, məqsədyönlü fəaliyyətinin və peşəkar komandasının birgə səylərinin nəticəsidir. Onun rəhbərliyi ilə birliyin gələcəkdə də daha böyük nailiyyətlərə imza atacağına, Azərbaycanın müdafiə sənayesinin inkişafında mühüm rol oynamağa davam edəcəyinə inam böyükdür.
Sonda, Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin “Şərq İstehsalat Birliyi”nin baş direktoru İlqar müəllimi və onun rəhbərlik etdiyi dəyərli kollektivi qarşıdan gələn 2026-cı il Yeni il və 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik. Hər birinizə möhkəm cansağlığı, ailə səadəti, işlərinizdə uğurlar, dövlətimiz və xalqımız naminə şərəfli fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayırıq. Bayramınız mübarək olsun!

Dilşad Əhmədova
Baş redaktor