Gündəm, Siyasət
13 fevral 2026
6
Prezident Bərzani ilə görüşdü

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Münxendə İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, söhbət zamanı Neçirvan Bərzaninin Azərbaycana səfərləri, həmçinin dövlət başçısı ilə görüşləri məmnunluqla xatırlanaraq, bütün bunların əməkdaşlığın perspektivlərinin müzakirəsi baxımından yaxşı imkan yaratdığı bildirilib.
Azərbaycan Prezidenti və İraq Kürdüstan Regionunun başçısı iqtisadi, ticari, mədəni, humanitar sahələrdə əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar, qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Dövlət başçısı Neçirvan Bərzanini ölkəmizə səfərə dəvət edib. İraq Kürdüstan Regionunun başçısı dəvəti məmnunluqla qəbul edib.
Daha çox xəbər:

Prezident İlham Əliyev Rusiya Təhlükəsizlik Şurasının Katibi Sergey Şoyqunu ...
Gündəm, Siyasət, Ölkə
İlham Əliyev Almaniya Xarici İşlər Nazirliyinin dövlət nazirini qəbul edib ...
Gündəm, Siyasət, Ölkə
İlham Əliyev Müqəddəs Taxt-Tacın dövlət katibini qəbul edib - YENİLƏNİB
Gündəm, Ölkə
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edir
Gündəm, Siyasət
İlham Əliyev Vladimir Putinə zəng etdi
Siyasət