Gündəm, Ölkə
11 mart 2026
12
Təbiətin keşiyində duran insan – Yaşar Salahovun şərəfli fəaliyyəti və yaşıllıqlara xidmət yolu

Paytaxtımızın gözəlliyini, təravətini və nəfəsini qoruyan əsas amillərdən biri onun yaşıllıqlarıdır. Bu yaşıllıqlar yalnız şəhərin estetik görünüşünü formalaşdırmır, eyni zamanda insanların sağlamlığına, ekoloji mühitin qorunmasına və gələcək nəsillərə daha yaşıl bir şəhər miras qoyulmasına xidmət edir. Məhz bu mühüm və məsuliyyətli missiyanı həyata keçirən qurumlardan biri də Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyidir.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi paytaxtın park və xiyabanlarının salınması, mövcud yaşıllıq zolaqlarının qorunması, yeni ağac və dekorativ bitkilərin əkilməsi, şəhərin ekoloji mühitinin sağlamlaşdırılması istiqamətində mühüm işlər görən qurumdur. Birliyin əməkdaşları paytaxtın müxtəlif guşələrində yaşıllıqların qorunması, onların artırılması və abadlaşdırılması istiqamətində böyük zəhmət və məsuliyyətlə çalışırlar. Bu sahədə görülən işlər Bakının simasını dəyişməklə yanaşı, insanlara təmiz hava və sağlam mühit bəxş edir.
Bu mühüm qurumda məsul vəzifə daşıyan, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin direktor müavini vəzifəsini icra edən Salahov Yaşar Hüseyn oğlu da öz vicdanlı və fədakar fəaliyyəti ilə seçilən rəhbər şəxslərdən biridir. Yaşar Salahov uzun illərdir ki, yaşıllıqların qorunması, yeni ağacların əkilməsi və ekologiyanın mühafizəsi sahəsində böyük səylə çalışır. O, öz fəaliyyətində yaşıllıqların qorunmasını yalnız peşə borcu deyil, eyni zamanda insanlıq borcu hesab edən ziyalı və vətənpərvər bir insan kimi tanınır.
Yaşar Salahov rəhbərlik etdiyi sahədə işçi kollektivi ilə səmimi münasibəti, insanlara diqqət və qayğı ilə yanaşması, müraciət edən vətəndaşların problemlərinə həssaslıqla yanaşması ilə də hörmət qazanmışdır. Onun rəhbərlik etdiyi kollektivdə qarşılıqlı hörmət, məsuliyyət və birlik ruhu hökm sürür. Bu isə görülən işlərin keyfiyyətinə və səmərəliliyinə müsbət təsir göstərir.
Yaşar Salahov fəaliyyətində Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin təbiətə və yaşıllıqlara verdiyi böyük dəyəri hər zaman rəhbər tutur. Ulu öndərin məşhur kəlamı – “Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir!” fikri bu gün də ekologiyanın qorunması sahəsində çalışan insanlar üçün bir həyat prinsipi kimi səslənir. Eyni zamanda Ulu öndərin “Hesab edin ki, o ağac kəsənlər mənim balalarımın başını kəsiblər” sözləri yaşıllıqların qorunmasının nə qədər müqəddəs bir vəzifə olduğunu bir daha xatırladır.
Məhz bu ideyalara sadiq qalan Yaşar Salahov təbiətin qorunmasını, yaşıllıqların artırılmasını və şəhərimizin daha gözəl bir mühitə çevrilməsini öz fəaliyyətinin əsas istiqamətlərindən biri hesab edir.
Onun diqqət və qayğısı yalnız iş sahəsi ilə məhdudlaşmır. Yaşar Salahov şəhid ailələrinə və qazilərə göstərdiyi xüsusi diqqət və ehtiramla da seçilir. Vətən uğrunda canından keçən qəhrəmanlarımızın ailələrinə qayğı göstərməyi o, bir vətəndaş və insanlıq borcu hesab edir. Bu isə onun yüksək mənəvi keyfiyyətlərə malik bir insan olduğunu göstərir.
Mərhəmət, xeyirxahlıq və birlik ayı olan Ramazan ayı, eyni zamanda xalqımızın milli bayramı olan, baharın gəlişini müjdələyən Novruz bayramı münasibətilə Yaşar Hüseyn oğlu Salahovu səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və məsuliyyətli fəaliyyətində yeni uğurlar arzulayır, xoş əhval-ruhiyyə, bolluq və bərəkət gətirməsini diləyirəm
Uca Allahdan arzum budur ki, Müqəddəs Ramazan ayında etdiyi bütün dualar, xeyirxah niyyətlər və yaxşı əməllər Uca Allahın dərgahında qəbul olunsun. Qoy gördüyü xeyirli işlər, təbiətin və yaşıllıqların qorunması naminə göstərdiyi fədakar fəaliyyət daim davam etsin və paytaxtımız daha da yaşıllaşaraq gözəlləşsin.
Belə insanlara sahib olmaq cəmiyyətimiz üçün böyük dəyərdir. Çünki təbiəti sevən, insanlara qayğı ilə yanaşan və vəzifəsini vicdanla yerinə yetirən insanlar hər zaman hörmət və ehtiramla xatırlanırlar
Daha çox xəbər:

Rəvan Teymurov – Təbiətin qorunmasına həsr olunmuş peşəkar ömür
Gündəm, Ölkə
Qanunun Aliliyinə Sadiq Hakim – Nərimanov Rayon Məhkəməsinin sədri Həbib Nə ...
Gündəm, Siyasət, Ölkə
Ədalətə Sadiq Xidmətdə Nümunəvi Rəhbər – Cəlil Əliyev
Gündəm, Ölkə
Tovuz rayon 2 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Tural Q ...
Gündəm, Cəmiyyət, Ölkə
Kürdəmir Rayonu Ekologiya İdarəsinin rəisi Eldəniz Kərimov: "Dövlətə və dö ...
Gündəm, Cəmiyyət, Ölkə