Gündəm, Şou biznes
08 iyul 2020
1019
“Bəhram artıq oturur və aktiv hərəkətlərə cəhd edir”
“Son günlər Bəhram Bağırzadənin səhhətində müşahidə olunan müsbət dinamika saxlanılır”.
Bu barədə “Qafqazinfo”ya məlumatı Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev verib. Bildirib ki, əməkdar artistin huşu aydın və fəaldır:
“Əzələ zəifliyi qeyd edilsə də, artıq oturur və aktiv hərəkətlərə cəhd edir. İkincili bakterial ağırlaşmalar və mədə-bağırsaq sistemində müşahidə olunan durğunluğa qarşı müvafiq tədbirlərin aparılması davam etdirilir”.
Qeyd edək ki, iyunun 13-də Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülən əməkdar artistin ağciyər toxumasının 90%-dən çox zədələndiyi bildirilmişdi.
Daha çox xəbər:
Həkim Bəhram Bağırzadənin son vəziyyətindən danışdı
Gündəm, Şou biznesBəhram Bağırzadənin son vəziyyəti ilə bağlı açıqlama
Şou biznesHəkimdən Bəhram Bağırzadənin səhhəti ilə bağlı SON AÇIQLAMA
Şou biznesBəhram Bağırzadənin SON DURUMU
Şou biznesBəhram Bağırzadənin vəziyyəti ilə bağlı — SON XƏBƏR
Şou biznes