Gündəm, Ölkə
14 iyul 2020
371

Süleyman Mikayılovun görülən işlərin siyahısına nəzər salanda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar

Süleyman Mikayılovun görülən işlərin siyahısına nəzər salanda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar


Qaradağ rayon İcra Hakimiyyətinin başçısı koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejiminin vəziyyəti ilə əlaqədar qəsəbələrdə reyd keçirdi

Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və Qaradağ rayonunda fəaliyyət göstərən Operativ Qərargah tərəfindən yaradılmış 35 mobil qrupların üzvləri ilə birgə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejiminin vəziyyəti ilə əlaqədar növbəti dəfə olaraq rayonun müxtəlif ərazilərində olmuşdur.
Rayonun Sahil qəsəbəsində piyada gəzən Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov küçə və meydanlarda, bankomat qarşısında, marketlərdə olub vətəndaşlarla, satıcılarla, nəqliyyat işçiləri ilə söhbət edib qayğı və problemləri, karantin rejimi qaydalarına əməl olunması vəziyyəti ilə yerindəcə maraqlanıb.
Söhbət zamanı Süleyman Mikayılov ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə koronavirus xəstəliyinin əhalinin sağlamlığına vura biləcək zərərin qarşısının alınmasından ötrü bütün zəruri tədbirlərin vaxtında görüldüyünü diqqətə çatdırmaqla bir daha vətəndaşları müəyyən edilmiş tələblərə ciddi şəkildə əməl etmələrinin, tibbi-mühafizə vasitələrindən, maska və əlcəklərdən müntəzəm istifadə olunmasının, vətəndaşlar arasında sosial məsafənin gözlənilməsinin, əsasən, bankların və ticarət obyektlərinin qarşısında xüsusi işarələnmiş yerlərdə dayanıb növbə gözləməyin vacibliyini bir daha qeyd edib. İcra başçısı tətbiq olunan karantinin, qarşıya qoyulan tələblərin yalnız əhalinin sağlamlığının qorunmasına və koronavirus pandemiyasının törədə biləcək faciəvi nəticələrini qabaqlamağa xidmət etdiyini ətraflı izah edərək sakinləri bütün bunlara riayət etməyə çağırıb.

Süleyman Mikayılovun görülən işlərin siyahısına nəzər salanda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar


Diqqətinizə çatdıraq ki, reyd 36-ya yaxın iaşə və ticarət obyektərini əhatə etmiş, karantın qaydalarına riayət olunmasına, əlcək və maskalardan istifadə edilməsinə diqqət yetirilməsinin vacibliyi barədə vətəndaşlara və obyekt sahiblərinə məlumat verildi.
Keçirilən reyddə RİH başçısının çağırışını rəğbətlə qarşılayan sakinlər koronavirus pandemiyası ilə mübarizədə ölkə Prezidenti cənab İlham Əliyevin vaxtında qəbul etdiyi qərarları alqışladıqlarını, karantin dövründə həm dövlət tərəfindən, həm də Heydər Əliyev Fondu tərəfindən aztəminatlı ailələrə göstərilən maddi və mənəvi qayğıya görə minnətdarlıq edib, karantin rejiminin tələblərinə bundan sonra da əməl edəcəklərinə söz veriblər.

Süleyman Mikayılovun görülən işlərin siyahısına nəzər salanda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar


Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov - Koronavirus (СOVID 19) pandemiyas; dövründə tətbiq edilən karantin rejimi başlanandan koronavirusdan əziyyət çəkən insanlara hərtərəfli köməklik göstərilməsi dövlətin dəstək proqramlarının başlıca istiqamətlərindən birinə çevrilmişdir.
Bu müddət ərzində müxtəlif sahələr, o cümlədən sahibkarlıq subyektlərində çalışan on minlərlə insana ayrılan maliyyə paketi, qeyri-formal fəaliyyət göstərənlər, cari ilin aprel-may ayları ərzində işsiz insanlara minimum ehtiyac meyarı həcmində 190 manat məbləğində pul vəsaitinin ödənilməsi, eyni zamanda Heydər Əliyev Fondu, müxtəlif dövlət qurumları və imkanlı şəxslər tərəfindən 65 yaşdan yuxarı tənha yaşayan insanlara ərzaq sovqatlarının çatdırılması dövlətin sosial siyasətinin əyani göstəricisi olmaqla, koronavirusa yoluxma riskinin kütləvi hala çevrilməməsinə səbəb olmuşdur.
İqtisadi imkanları baxımından dünyanın daha çox inkişaf etmiş ölkələri ilə müqayisədə Azərbaycan koronavirus pandemiyası ilə bağlı mübarizə tədbirlərinin keçirilməsi üçün ayırdığı vəsaitlərin həcminə görə dünyanın bir çox ölkələrini üstələmiş, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının hesabına böyük məbləğdə maliyyə vəsaiti köçürməklə dünya birliyinin layiqli üzvü olduğunu bir daha nümayiş etdirmişdir.
Qaradağ rayonunda əmək qabiliyyətli əhalinin böyük bir hissəsi özəl sektorda çalışır. Bu bölmədə çalışanların heç də hamısı rəsmi məşğulluğa cəlb olunmayıb. Onların əksəriyyəti dövlət tərəfindən az məbləğdə ödənişlərlə təmin edilib. Yerlərdə fəallar tərəfindən ölkə Prezidentinin etdiyi çağırışlara uyğun olaraq onların əmək müqaviləsinə cəlb olunması məqsədilə sahibkarlarla izahat işləri aparılır, müvafiq tövsiyələr verilir.
İşsiz şəxslərin ərazi məşğulluq proqramında nəzərdə tutulan tədbirlərə cəlb edilməsi və onların sosial müdafiəsinin daha da gücləndirilməsi üçün ardıcıl tədbirlər görülməklə, qayğıya ehtiyacı olan təbəqəyə ardıcıl olaraq yardımlar göstərilir.
Beləliklə “kölgə” iqtisadiyyatından “ağ” iqtisadiyyata keçid günün tələbi olmaqla, dövlətin iqtisadi siyasətində vacib istiqamətə çevrilərək onun dayanıqlı inkişafına xidmət etməkdədir.