Gündəm, Siyasət, Cəmiyyət, Ölkə, Sosial
22 noyabr 2021
1159
Zəfər Günü Azərbaycanın taleyinə yazılmış sevinc payıdır
44 günlük Vətən müharibəsindən sonra Azərbaycanda təqvim də dəyişib. Bu baxımdan ki, artıq torpaqlarımızın işğal günlərini deyil, işğaldan azad etdikləri tarixləri qeyd edirik. Zəfər yürüşünün davam etdiyi 44 günün hər günü tariximizə Qələbələr səhifəsi kimi yazılıb. 30 ildən sonra ilk dəfə idi ki, bu il təqvimdə 27 sentyabr tarixi adi bir təqvim günü kimi qeyd olunmurdu. Çünki 27 sentyabr Vətən müharibəsinin başlandığı tarixdir. O tarix ki, ilk gündən başlayaraq müharibənin son gününə qədər Azərbaycan Silahlı Qüvvələri yalnız irəli gedirdi. Birinci gündə 4 kəndin azad edilməsi Azərbaycan xalqına çox böyük sevinc bəxş etdi. Uzun illərdən sonra ilk dəfə Qələbə sevincini yaşadıq. Noyabrın 9-da artıq Ermənistan tərəfi öz məğlubiyyətini qəbul edib, bu məğlubiyyətlə barışıb və noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atdı. Ölkə Prezidentinin Sərəncamı ilə artıq ilk dəfədir ki, 8 Noyabr tarixini Zəfər Günü kimi qeyd edirik. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq... Şuşanın azad edilməsi Ermənistan ordusunun müqavimət gücünü tamamilə sarsıtdı. Nəticədə bu əməliyyatdan bir gün sonra - noyabrın 9-da Azərbaycan Ordusu daha 71 kəndi, bir qəsəbəni və 8 strateji yüksəkliyi düşməndən təmizlədi. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək ümumilikdə 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Dövlətimizin başçısının Sərəncamı ilə 27 sentyabr ölkəmizdə Anım Günü kimi təsis edilib. Bu il həmin tarix bizi böyük Zəfərə aparan 44 günlük müharibənin ikinci ili kimi dövlət səviyyəsində qeyd edildi. 44 günlük Vətən müharibəsinin ikinci ildönümü milli iradəmizin, milli ruhumuzun, milli ləyaqətimizin təntənəsi kimi təzahür etdi. Prezident İlham Əliyevin də xalqa müraciətində qeyd etdiyi kimi, biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücümüzü səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik. Bu gün işğaldan azad edilmiş torpaqlarımız, o cümlədən Şuşa bərpa və quruculuq dövrünü yaşayır. Görülən işləri sadalamaqla bitməz. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, bu gün yeganə rəqibimiz zamandır. Tezliklə soydaşlarımızın Böyük Qayıdışı təmin ediləcək, bu torpaqlarda həyat başlayacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tarix yazan və qalib liderlərdəndir. Eyni zamanda İlham Əliyevin spesifik cəhətlərindən biri də onun patriotluq və quruculuq məharətidir.
Dekabrın 10-da “Dəmir yumruq” –Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər Paradı dosta qürur, düşmənə göz dağı oldu. Özəlliklə müharibə boyu əsl dostluq, qardaşlıq nümayiş etdirərək, hər kəsə qarşı bizi qətiyyətlə, səmimiyyətlə müdafiə edən, Azərbaycanın yanında olduğunu bildirən, ölkəmizin haqqının müdafiəsində kimsəyə güzəştə getməyəcəyini bəyan edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu zəfər paradında İlham Əliyevlə birlikdə olması bütün dünyaya xüsusi mesaj oldu. Danılmaz faktdır ki, İki dövlət arasındakı bu tarixi yaxınlaşmada, səmimiyyətdə də məhz İlham Əliyev siyasətinin, liderliyinin böyük rolu var.
Beləliklə, İlham Əliyev həm siyasi arenada, həm də döyüş meydanında zəfər qazanan, Azərbaycan torpaqlarını 30 illik işğaldan 44 günə azad edən, ərazi bütövlüyümüzü bərpa edən böyük sərkərdə kimi tarixə düşdü. Yeni tarix yazıldı, Azərbaycanda yeni mərhələ başladı, İlham Əliyev Azərbaycanın zəfər və qəhrəmanlıq simvoluna çevrildi!
Rəfael Mehralıyev
Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəhbəri
Daha çox xəbər:
Haqq və tarixi ədalət uğrunda aparılan Vətən müharibəsi
Gündəm, Siyasət, ÖlkəDaha bir əsgərmiz təltif olundu -“Fizulinin azad olunmasına görə” medalı il ...
ÖlkəManaf Səmədzadə: Zəfər paradı ordumuzun ən güclü ordulardan biri olduğunu b ...
CəmiyyətZəfər Günü hər il noyabrın 8-də qeyd ediləcək
Gündəm, SiyasətHər il noyabrın 10-u Azərbaycanda Zəfər Günü kimi qeyd ediləcək - SƏRƏNCAM
Gündəm, Siyasət