Gündəm, Cəmiyyət, Ölkə
11 iyul 2023
6002
Cahangir Əsgərov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti, Azərbaycan Respublikasının əməkdar pilotu; texnika elmləri namizədi; Milli Aviasiya Akademiyasının Avianəqliyyat istehsalatı kafedrasının müdiri, dosent Cahangir Əsgərovdur.
Cahangir müəllim yüksək siyasi-iqtisadi, idarəçilik peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Cahangir Əsgərov bu işin müqəddəsliyini qoruyub saxlayır. Cahangir Əsgərov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Sorğu apardıq ağız dolusu Cahangir Əsgərovdan danışdılar. Yaxşı ki, Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov təyin olunub… Cahangir müəllim dövlətə və dövlətçiliyə sadiqliyi ilə tanınır və seçilir….
Cahangir Əsgərov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Heç bir qüvvə Cahangir Əsgərovuu heç vaxt əqidəsindən döndərə bilməz. Cahangir meəllimin böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır! Yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir! Cahangir müəllim ani və düzgün qərar qəbul edən nadir insanlardandı! Prezident İlham Əliyevdən nümunə götürən Cahangir Əsgərov böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi! İnsanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır.
Cahangir Əsgərov həm pandemiya dövründə, həm də 44 günlük haqq savaşımızda torpaqlarımızın azadlığı uğrunda bir ziyalı olaraq özünün vətəndaşlıq borcunu yüksək səviyyədə yerinə yetirdi. Xalqımıza, dövlətimizə hər zaman dəstək oldu. Həmişə şəhid ailələrini, Vətən müharibəsi əlillərini, kimsəsiz və ahıllara diqqət və qayğı göstərir. Bax budur əsl vətəndaş mövqeyi, xalqını, dövlətini sevmək amalı.
Zəruri giriş: Cahangir Calal oğlu Əsgərov - "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti, Azərbaycan Respublikasının əməkdar pilotu (2011); texnika elmləri namizədi; Milli Aviasiya Akademiyasının Avianəqliyyat istehsalatı kafedrasının müdiri, dosent.
Həyatı: Əsgərov Cahangir Cəlal oğlu 1950-ci il iyul ayının 11-də Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1970-ci ildə Azərbaycan Mülki Aviasiya İdarəsinin Bakı Birləşmiş Aviasiya Dəstəsində əmək fəaliyyətinə başlamışdır. 1972-ci ildə Kremençuq Mülki Aviasiya uçuş məktəbini təyyarəçi ixtisası üzrə bitirdikdən sonra Ukrayna Mülki Aviasiya İdarəsinin Çerkask Birləşmiş Aviasiya Dəstəsinə AN-2 təyyarəsinin ikinci pilotu vəzifəsinə göndərilmişdir. Həmin il Azərbaycan Mülki Aviasiya İdarəsinin Zabrat Birləşmiş uçuş dəstəsinə keçirilmiş və burada 1977-ci ilədək aviasiya eskadrilyasının komandiri, uçuş dəstəsinin komandir müavini vəzifələrində uçuşlar həyata keçirmişdir. 1978–1980-ci illərdə Yevlax Birləşmiş Aviasiya Dəstəsinin komandiri – Azərbaycan Mülki Aviasiya İdarəsinin hava limanının rəisi vəzifələrində işləmişdir.
1980-ci ildə Lenin orderi adına SSRİ Mülki Aviasiya Akademiyasını mühəndis-pilot ixtisası üzrə bitirmişdir. 1980–1981-ci illərdə Azərbaycan Mülki Aviasiya İdarəsinin təlim-məşq dəstəsində AN-2 təyyarəsinin təlimatçı-pilotu kimi çalışmışdır. 1981–1984-cü illərdə Bakı Birləşmiş Aviasiya Dəstəsində Tu-134 təyyarəsinin ikinci pilotu kimi uçuşlar yerinə yetirmişdir. 1984–1988-ci illərdə Tu-134 təyyarəsinin kapitanı, aviaeskadrilya komandirinin müavini, vəzifələrində çalışmış, 1988-ci ildə qeyd edilən təyyarə tiplərinin eskadrilya komandiri vəzifəsinə təyin edilmişdir.
1991–1993-cü illərdə Azərbaycan Respublikası Uçuş Heyəti Assosiasiyası Həmkarlar İttifaqının prezidenti, daha sonra isə Azərbaycan Respublikası Aviasiya İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifələrində çalışmışdır.
1993–1996-cı illərdə "Azərbaycan Hava Yolları" Dövlət Konserninin Türkiyə Respublikasında baş təmsilçisi vəzifəsində işləmişdir. 15 iyul 1996-cı ildə "Azərbaycan Hava Yolları" Dövlət Konserninin baş direktoru vəzifəsinə təyin edilmişdir.
01 may 2008-ci ildən "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidentidir.
2004-cü ildə namizədlik dissertasiyası müdafiə etmişdir — texniki elmlər namizədidir. Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvüdür.
• Mükafatlar:
• Azərbaycanın əməkdar pilotu (31 may 2011-ci il) — Azərbaycanda mülki aviasiyanın inkişafında xidmətlərinə görə.
• "Şərəf" ordeni (11 iyul 2020-ci il) – Azərbaycan Respublikasında mülki aviasiyanın inkişafında xüsusi xidmətlərinə görə.
• "Mülki aviasiya sahəsində xidmətlərə görə" medalı (10 may 2018-ci il).
• "Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" yubiley medalı (02 iyun 2014-cü il) — mülki aviasiya sahəsində xidmətlərinə görə.
• "Şərəf" ordeni (13 noyabr 2013-cü il, Gürcüstan) — Gürcüstan ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafına töhfəsinə görə.
• "Şöhrət" ordeni (10 iyul 2010) — Azərbaycanda mülki aviasiyanın inkişafında xidmətlərinə görə[3].
• "Dostluq" ordeni (24 dekabr 2007-ci il, Rusiya) — Rusiya-Azərbaycan iqtisadi əməkdaşlığının inkişafına və Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mülki aviasiya sahəsində əlaqələrin möhkəmləndirilməsinə verdiyi böyük töhfəyə görə[4].
• "V dərəcəli Knyaz Yaroslav Mudrı" ordeni (20 noyabr 2004-cü il, Ukrayna) — Ukrayna ilə Azərbaycan Respublikası arasında aviasiya nəqliyyatı sahəsində əməkdaşlığın inkişafına mühüm şəxsi töhfəsinə görə.
Xüsusi ilə qeyd etmək istəyirik ki, bu gün Cahangir müəllimin doğum günüdür bu münasibətlə biz də “Xeberim.info” redaksiyası kollektivi adından başda Dilşad xanım Əhmədova olmaqla hörmətli Cahangir müəllimi təbrik edir, uzun ömür, can sağlığı və işlərində müvəffəqiyyətlər arzu edirik.
Dilşad Əhmədova
Baş redaktor
Daha çox xəbər:
Laçın şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbi direktoru Gülsüm Yusif qızı Məhər ...
GündəmKönül xanım Kərimova insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların ...
Gündəm, ÖlkəAqil Nəzərli: Müharibə kimin kim olduğunu göstərdi
Gündəm, BölgəNicat müəllim kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır
Gündəm, CəmiyyətJalə xanım Əliyeva insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların p ...
Gündəm, Siyasət