Gündəm, Kriminal
03 iyun 2020
1065
Zakir Qaralovun qardaşına cinayət işi açıldı

Azərbaycanın sabiq Baş Prokuroru Zakir Qaralovun qardaşı Tahir Qaralova cinayət işi açılıb.
Bu barədə Gununsesi.org-a məlumat yayıb.
Qeyd olunur ki, sabiq baş prokurorun Gürcüstan vətəndaşı olan qardaşı Tahir Qaralov bu ölkədə başqa bir şəxsi ölümlə təhdid etdiyinə görə barəsində cinayət işi başlanıb. Cinayət işinin açılmasına səbəb isə Gürcüstan vətəndaşı Emil Ocaqquliyevin Zakir Qaralov barəsində Azərbaycanın yeni Baş Prokuroru Kamran Əliyevə şikayət ərizəsi göndərməsi olub.
Faktı təsdiqləyən Emil Ocaqquliyev birdirib ki, Kamran Əliyevə şikayətindən sonra Zakir Qaralovun qardaşı onu təhdid edib, ölümlə hədələyib:
"Mən də buna görə Gürcüstanın hüquq mühafizə orqanlarına şikayət etdim. Artıq Tahir Qaralov barəsində cinayət işi başlanıb və dünən onun ilkin ifadəsi alınıb.”

Daha çox xəbər:

Azərbaycanda bank sədri həbs edilib — FOTO
Kriminal
Azərbaycanda polis rəisi, atası və qardaşı virusa yoluxdu
Kriminal
Zakir Qaralovun şirkətinin 1 milyona yaxın vergi borcu var
Gündəm, Cəmiyyət
Azərbaycan-Rusiya sərhədində baş verən hadisələrə görə cinayət işi açıldı – ...
Kriminal
Daha bir neçə vəzifəli şəxs barəsində cinayət işi açıldı
Gündəm, Kriminal