Gündəm, Siyasət
11 iyun 2020
1010
Avropa Parlamentindən Paşinyana sərt təpki – Bəyanat verildi
10 iyun 2020-ci ildə Aİ-AZ PƏK həmsədri Marina Kalyurand, AP-nin Azərbaycan üzrə məruzəçisi Jelyana Zovko və Ermənistan üzrə məruzəçisi Trayan Basesku birgə bəyanatla çıxış ediblər. Bəyanat Ermənistan Baş naziri Paşinyanın bir nüddət öncə çıxışlarından birində səsləndirdiyi Ermənistanla Dağlıq Qarabağı birləşdirən yeni avtomobil yolunun çəkilməsi haqqında layihəyə AP-nin münasibətini özündə ehtiva edir.
Bəyənatın mətnini təqdim edirik:
Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri xanım Marina Kalyurand, Avropa Parlamentinin Ermənistan üzrə Daimi Məruzəçisi cənab Trayan Basesku və Avropa Parlamentinin Azərbaycan üzrə Daimi Məruzəçisi xanım Jelyana Zovko tərəfindən Ermənistanla Dağlıq Qarabağ arasında yeni yolun tikintisi ilə bağlı
B İ R G Ə B Ə Y A N A T
Keçən il elan edilmişdi ki, tezliklə Ermənistanla Dağlıq Qarabağı birləşdirən üçüncü magistral yolun çəkilişinə başlanılacaq. Yeni yol infrastrukturu Ermənistanın Qafan rayonunu Azərbaycanın işğal olunmuş Cəbrayıl və Qubadlı bölgələrindən keçməklə Dağlıq Qarabağın Hadrut rayonuna birləşdirəcəkdir. Prinsip etibarilə biz Şərq Tərəfdaşlığı ölkələri ərazisində regional əməkdaşlığı dəstəkləyən, qarşılıqlı əlaqələri və insanlararası təmasları artıran layihələri dəstəkləyirik. Bununla belə, sözügedən yolun tikintisi ilə bağlı qərar Azərbaycanın müvafiq səlahiyyətli dövlət qurumları ilə hər hansı bir razılaşdırma olmadan, beynəlxalq hüququ pozmaqla qəbul edilmişdir.
Həmçinin, bu layihə Dağlıq Qarabağın və onun ətrafındakı rayonların qeyri-qanuni işğalını rəmzi olaraq möhkəmləndirə bilər. Buna görə də biz qarşılıqlı inama, sülhə və barışığa imkan yaradacaq şəraitin formalaşmasına dəstək verməyəcək bu təşəbbüsü çox dərin təəssüf hissi ilə qarşılayırıq.
Biz bununla ATƏT-in Minsk Qrupunun həmsədrlərinin cəhdlərinə və onların 2009-cu il Baza Prinsiplərinə olan tərəddüdsüz dəstəyimizi ifadə edirik. Bu vasitəçilik prosesinin uğur qazanması üçün biz Ermənistan və Azərbaycan hökumətlərini münaqişənin sülh yolu ilə, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməsi üçün yaxşı niyyətli danışıqlarla bağlı öz öhdəliklərini və səylərini artırmağa çağırırıq.
Brüssel, 10 iyun 2020
Daha çox xəbər:
Rəsmi Bakı: “Paşinyanın büründüyü pərdə açılır”
SiyasətAzərbaycan Ordusu dağlıq ərazidə təlim keçirdi — VİDEO
CəmiyyətQarabağ problemi niyə həll olunmur? – İspaniyadan baxış
SiyasətPaşinyana daha bir zərbə Avropa Parlamentindən gəldi – Dünən Qarabağla bağl ...
Dünya“Ondan-bundan dilənə-dilənə, güc-bəla ilə yaşayırlar” — İlham Əliyev
Gündəm, Siyasət