Gündəm, Cəmiyyət, Ölkə
19 aprel 2022
1074
Alim, pedaqoq, şəfalı əllər sahibi...
Zərifə Əziz qızı Əliyeva haqqında keçmiş zamanda danışmaq, yazmaq, hətta düşünmək belə olduqca ağırdır. Axı bu yaxınlara kimi biz onu tribunada natiq kimi görür, qeyri-rəsmi şəraitdə işgüzar, məişət söhbətləri edir, incəsənətdən danışırdıq.
Zərifə xanım hər şeydən əvvəl görkəmli alim-oftalmoloqdur. Təkcə oftalmoloqmu?! O, eyni zamanda böyük filosof, gözəl pedaqoq və natiq idi. Onun elmdə məqsədyönlü fəaliyyəti indi də insanı valeh edir. Axı onun elmi fəaliyyətinin əsas istiqamətini görmə orqanının peşə patologiyası müəyyənləşdirirdi. Bu problemin həllinə çoxları girişə bilmirdi. Çünki elmin bu sahəsi olduqca ağırıdır və onun araşdırılması təkcə dərin oftalmoloji savad yox, həm də fundamental təcrübi bilgilər tələb edir. Üstəlik yüksək-təşkilatçılıq bacarığını da vacibdir. Məhz bütün bu keyfiyyətlər Zərifə xanım Əliyevaya xas idi. Həyat yoldaşı, iki uşaq anası, sonradan nənə olan Zərifə xanım özünü elmi, pedaqoji, ictimai həyatdan kənarda təsəvvür etmirdi. Görmə orqanına müxtəlif zərərli amillərin təsirini araşdırmaq məqsədilə respublikanın istehsal sahələrində (yod və şin zavodlarının sexlərində, digər sənaye müəssisələrində) elmi tədqiqatlar aparmaq üçün çox vaxt sərf etmək lazım gəlirdi.
Bu və ya digər problemi dərindən araşdırarkən Zərifə xanım, ilk növbədə heyvanlar üzərində əsaslı təcrübi tədqiqatlar aparırdı. İstehsalın müəyyən sahələrində gözə zərərli təsir göstərən amillər histokimyəvi, morfoloji və əlbəttə, klinik üsullara təsdiq olunduqdan sonra Zərifə Əziz qızı Əliyeva tədqiqatları davam etdirirdi. Qeyd etmək lazımdır ki, Z.Ə.Əliyevanın apardığı tədqiqatlar geniş bir dairəni – gözün ön nahiyəsinin və çıxıntılarının, şəffaf örtüyünün, gözdaxili təzyiqin, görmə dairəsinin tədqiqatlarını əhatə edirdi.
Yod və şin istehsal sahələrində çalışan işçilər üçün bəzi dəyişikliklər daha xarakterik idi: göz qişasında həssaslığın azalması, şəffaf örtüyün zəiflənməsi və s. həmin tədqiqatlarda kimyəvi məhsulların konsentrasiyasının normadan artıq olmasının sexdə uzun müddət çalışan işçilərin görmə orqanına təsirinə xüsusi diqqət yetirilirdi. Morfoloji və histokimyəvi araşdırmaların köməyi ilə heyvanlar üzərində aparılan təcrübələrdə də bir sıra ciddi dəyişikliklər üzə çıxmış, görmə orqanından savayı daxili orqanlarda da ciddi morfoloji dəyişikliklər olduğu aydın olmuşdur.
Bu cür tədqiqatlar həcminə, vacibliyinə görə seçilir və çox zəhmət tələb edir, amma sosial-iqtisadi baxımdan əvəzsizdir. Bu nadir tədqiqatlar nəticəsində zərərli istehsal sahələrində çalışanların iş şəraitini yaxşılaşdırmaq üçün metodiki tövsiyələr işlənib hazırlanmış və istehsalata tətbiq edilmişdir. Zərifə Əziz qızı Əliyevanın apardığı tədqiqatların əsas mahiyyəti də məhz bundan ibarətdir.
Zərifə xanım peşə patologiyası sahəsində görkəmli oftalmoloq, geniş profilli mütəxəssis həkim olmaqla yanaşı, həm də gözəl pedaqoq idi. Azərbaycanın Hakimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasında oxuduğu mühazirələr bunu bir daha sübut edir. İstər Oftalmoloqlar Cəmiyyətinin qurultaylarında, plenumlarında, Moskva Oftalmoloqlar Cəmiyyətinin plenar iclaslarında etdiyi məruzələr, istərsə də publisistik çıxışlarında Zərifə Əziz qızı önünük natiqlik istedadını göstərmişdir. Müxtəlif səviyyəli auditoriyalarda belə onun deontologiya məsələlərinə həsr olunmuş məruzələri necə də heyranlıqla dinlənilirdi, istər-istəməz məruzəçinin fəlsəfəyə, səhiyyəyə aid ədəbiyyatı dərindən bildiyi hiss olunurdu.
Məlumdur ki, 40-50 yaş arası alim üçün daha məhsuldar fəal dövr hesab olunur. Z.Ə.Əliyeva peşə patologiyasına və digər problemlərə həsr olunan əsas tədqiqatları ilə bunu bir daha sübut etdi. Məhz həmin yaş dövründə peşə diaqnostikasına dair monoqrafiyanı nəşr etdirdi. Onu elmi tədqiqatları arasında göz damarlarının anormallığı, gözün hidrodinamik sistemi məsələləri də əsas yer tutur. Elmi tədqiqatların yüksək səviyyəsinə, sosial əhəmiyyətinə, ictimai fəallığına, pedaqoji istedadına görə haqlı olaraq Zərifə Əziz qızı Əliyeva Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü kimi fəxri ada layiq görüldü.
Zərifə xanım həm görkəmli alim, həm də gözəl qadın, qayğıkeş ana idi. Çoxillik işgüzar görüşlər qəlblərdə dərin iz buraxıb, Zərifə xanım ailəsinə dayaq olan əsl İnsan idi; həyat eşqi, xeyirxahlığı, qayğıkeşliyi ilə! İşinin çoxluğuna, cəmiyyətdə tutduğu yüksək mövqeyə baxmayaraq həmişə, birinci növbədə ailəsinin, habelə adamların qayğıları ilə yanaşırdı.
Hamının qəlbimdə Zərifə xanım gözəl Alim və İnsan kimi həmişəlik qalacaq.
Zümrüd xanım Rzayeva
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Qaradağ rayon Komitəsinin sədri
Daha çox xəbər:
Humanizm və çeviklik Mehriban xanım Əliyevanın fəaliyyətində ehtiva olunan ...
ÖlkəVüqar Əhmədov: Daxili siyasət sahəsində Mehriban xanım Əliyevanın əsas fəal ...
Gündəm, SiyasətLaçın şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbi direktoru Gülsüm Yusif qızı Məhər ...
Gündəmİlham Əliyev xalqa müraciət edir - CANLI YAYIM
Gündəm, Siyasət, VideoJalə xanım Əliyeva insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların p ...
Gündəm, Siyasət