Gündəm, Siyasət, Cəmiyyət, Ölkə
03 avqust 2022
1336
Dövlətçiliyin və asayişin etibarlı keşiyində
İlham ƏLİYEV: "Polis əməkdaşları öz həyatlarını risk altına ataraq Azərbaycan dövlətinin rahat yaşamasını təmin edirlər".
Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib, ölkədə ictimai asayişin, təhlükəsizliyin mühafizəsi, əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirib. Deputatın sözlərinə görə, Azərbaycan polisinin böyük vətəndaşlıq məsuliyyətini, cəsarətini hər zaman yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev polisin Azərbaycan dövlətinin, xalqımızın keşiyində duran mübariz bir orqan olduğunu qeyd edib.
Prezident İlham Əliyevin Azərbaycanın dünyanın yeni inkişaf fenomeninə çevrilməsi prosesinin təminatçısı qismində gördüyü əsas istiqamətlərdən biri də böyük fədakarlıqlar bahasına əldə olunan ictimai sabitlik, asayişin etibarlı qorunması və kriminogen duruma tam nəzarətin bərqərarıdır. Bu nailiyyətlər ötən ilin uğurları sırasında da xüsusilə fərqlənir. Bəli, 2022-ci il bu müvəffəqiyyəti təmin edən strukturun - daxili işlər orqanlarının fəaliyyəti üçün də hər sahədə əlamətdar olmuş, qazanılan nailiyyətlər artan dinamika ilə daha geniş miqyası əhatə etmişdir.
Azərbaycan polisi yağışın, soyuğun, küləyin, qızmar günəşin yaratdığı narahatlıqlara məhəl qoymadan vəzifə borclarına sədaqət nümayiş etdirirlər: "Yolda qalanın, yardıma ehtiyacı olanın, xəstə insanların ilk köməyinə çatan polislərimiz oldu. Onları, əhalinin ən həssas təbəqəsinə zəruri ərzağın, xəstələrə tibbi ləvazimatların, dərmanların çatdırılmasında ön sıralarda gördük.
Azərbaycan polisi insanların azad, sərbəst, təhlükəsiz yaşaması üçün üzərinə düşən vəzifəni həmişə layiqincə yerinə yetirib.
Qanunu pozan, kimliyindən asılı olmayaraq, cəzasını almalıdır. Vətəndaşlarımızı tətbiq olunan qadağalara anlayışla yanaşmağa əməl etməyə dəvət edirəm.
Bildiyimiz kimi, biz Ermənistan kimi bir dövlətlə qonşuyuq və 30 ilə yaxın idi ki, Azərbaycanın torpaqlarını işğal altında saxlayırdı. Qeyd etdiyim kimi, torpaqlarımız işğaldan azad olunduqdan sonra da Ermənistanın Azərbaycana qarşı təhdidləri hələ də davam edir. Dövlət sərhəddində təxribatlar törədirlər. Eyni zamanda Qarabağda erməni separatçılarının tör-töküntüləri hələ də fəaliyyət göstərir. Baxmayaraq ki, 2020-ci ildə imzalanmış bəyannaməyə görə qanunsuz erməni silahlı dəstələri Qarabağ ərazisini tərk edib, getməli idilər. Lakin, düşmən hələ də öz çirkin niyyətindən əl çəkmirlər. Buna baxmayaraq Prezident İlham Əliyev cənablarının göstəriş və tapşırıqlarına əsasən Qarabağımızda yenidənqurma işləri aparılır, yeni kənd qəsəbələr salınır və şəhərlərimiz bərpa olunur. İctimai asayişin qorunması yönümündə həmən yaşayış yerlərində polislərimiz qanun keşiyində duraraq asayişi qoruyurlar.
P.S. İstər pandemiya dövründə, istərsə də Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə “Dəmir Yumruq” əks-hücum əməliyyatı torpaqlarımızın azadlığı uğrundan gedən döyüşləri dövründə Azərbaycan polisi bir daha dünyaya nümunəvi polis olduğunu sübut etdi. Xalq-iqtidar, iqtidar-xalq birliyinin bariz nümunəsi olan polislərimiz şəhid ailələrimizin yanında oldular, qazilərimizi çiyinlərində daşıdılar. Bu nümunə və əxlaqi və insanlıq borcunu yerinə yetirə polislərimizdən biri də Yasamal Rayon Polis İdarəsinin rəisi polkovnik Cəmil Əmirovdur. Yaxşıya-yaxşı demək vicdan borcumuzdur. Cəmil müəllim istər dövlət əhəmiyyətli, istərsə də el tədbirlərində özünün vətəndaşlıq borcunu yerinə yetirərək kimsəsiz, şəhid ailələri və qazilərimizin yanında olub, onların sosial problemləri ilə yaxından maraqlanıb həllində öz köməkliyini əsirgəməmişdir. Bu cür polis məmurlarımız dövlətimizə, millətimizə, xalqımıza sədaqət andını içərək həmişə keşiyində durmuşdur. Cəmil müəllim müsbət keyfiyyətləri haqqında çox yazmaq olar. Var ol Azərbaycan polis!
Sizə iş fəaliyyətinizdə həmişə uğur, qalibiyyət və zəfər diləyirik!
Dilşad Əhmədova
Baş redaktor
Daha çox xəbər:
Ümummilli Lider Heydər Əliyev və Azərbaycan polisi
Gündəm, Siyasət, Cəmiyyət, ÖlkəDövlətçiliyin və asayişin etibarlı keşiyində
Gündəm, Cəmiyyət, Ölkə, SosialXatırlanan xeyirxah insan
Gündəm, Siyasət, Dünya, Cəmiyyət, Ölkə, SosialCəlilabad Rayon Polis Şöbəsinin rəisi Mübariz Quliyevi 2 - iyun “Polis işçi ...
GündəmVüsal Şəbəndiyev: Neftçala Rayon sakinləri problemlərinin həllində həmişə d ...
Gündəm, Siyasət