Gündəm, Cəmiyyət, Ölkə
10 oktyabr 2022
1382
Qaradağ DYP-nin komandiri Etibar İbrahimov qanun keşiyində mətanətlə dayanır
Azərbaycan polisi icra hakimiyyətinə - Daxili İşlər Nazirliyinin strukturuna daxil olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır. Daxili işlər orqanının hər bir əməkdaşı "Polis haqqında” Qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur. Polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. Bir sözlə, polisin əsas vəzifələri ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etməkdir. Ona görə də Azərbaycan ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək, zor işlətmək və ya onu təhqir etmək Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. "Polis haqqında” Qanunun 8-ci Maddəsində isə bildirilib ki, qanunla səlahiyyət verilmiş şəxslərdən başqa, hər hansı şəxsin istənilən səbəbdən polisin qanuni fəaliyyətinə məhdudiyyət qoyması, təsir və müdaxilə etməsi yolverilməzdir və Azərbaycan qanunvericiliyinə müvafiq qaydada məsuliyyətə səbəb olur.
Qaradağ rayon dövlət yol polisi, Qaradağ postunun komandiri Etibar İbrahimov öz işinin peşəkarı olmaqla bərabər işinin öhdəsindən yüksək səviyyədə icra edən polis məmurlardan biridir.
Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Qaradağ postunun komandiri Etibar İbrahimov Vətənə ləyaqət nümunəsi sayılacaq məmurlardan biridir.
Adının cəkilməsini istəməyən Azərbaycanın vətəndaşlardan birii Etibar İbrahimovu yaxından tanıdıgını deyir: “Fürsət düşdükdə Etibar müəllimlə görüşürəm. Söz-sənət sahiblərinə qiymət verməyi bacaran adamdir. Kübar, çox ziyalı, lazım olanda yumuşaq, lazım olanda sərt insandır. Təşkilatçı bacarığı da öz yerindədir. Bircə zəif cəhəti var ki, başqa bir məmur sərt tədbirlər görəcəyi halda, o insani xüsusiyyətindən irəli gələrək başa salır ki, belə olmaz, belə deyil. Mümkün və sona qədər ancaq başa salmağa çalışır. Çox vaxt da buna nail olur. İnsanlara elə gəlir ki, o yumşaq xasiyyətli, həlim bir rəhbərdir. Amma görünür o, bizim bildiklərimizdən daha çox bilir və dərk edir ki, cəmiyyəti inzibati üsullarla yox, sözlə də islah etmək olar”.
Bütün bu vəzifə və səlahiyyətlərin icrası ilə yanaşı, pandemiya və 44 günlük haqq savaşı dövründə polis gücləndirilmiş iş rejiminə keçməklə, əhalinin sağlamlığının qorunması qüçün mühüm funksiya yerinə yetirir, əsl fədakarlıq nümayiş etdirir. Ona görə də hamı tələblərə, qoyulan qaydalara riayət etməklə asayiş keşikçilərinin işini, ümumən isə vəziyyəti gərginləşdirməməlidir. Hər bir kəs anlamalıdır ki, qaydaları pozmaq, polisə müqavimət göstərmək, qanuni tələblərdən boyun qaçırmaq, asayiş keşikçilərini təhqir etmək, onlara qarşı qanunazidd və nalayiq hərəkətlər törətmək yolverilməzdir. Bunun hüquqi məsuliyyəti var.
Hazırki dövürdə Respublikamızda Yol hərəkətilə bağlı insanların həyat və sağlamlığının qorunması bir vəzifə kimi dövlətin qarşısında durur.Yol hərəkətinin tehlükəsizliyinin təmin olunması bir çox faktorlardan asilidir. Küçə və yollarda nəqliyyat vasitələrinin və piyadaların fasiləsiz və rahat hərəkətinin təşkilində müasir texniki nəzarət cihazlarının tetbiqi ilə yanaşi yol patrul xidmətinin əməkdaşlarınında rolu xüsusi əhəmiyyet kəsb edir.
Bizdə redaksiya olaraq Qaradağ postunun komandiri Etibar İbrahimov-a işində uğurlar arzulayırıq. Dövlətin və ictimai asayişin keşiyində mətanətlə dayandıqları üçün xalq adından minnətdarlığımızı bildiririk.
Daha çox xəbər:
Xətai RİH başçısı Rafiq Quliyev ölkə başçısı İlham Əliyevin etimadını yüksə ...
Gündəm, Siyasət, Cəmiyyət, ÖlkəÜmummilli Lider Heydər Əliyev və Azərbaycan polisi
Gündəm, Siyasət, Cəmiyyət, Ölkəİşini vicdanla yerinə yetirən Bərxudar Bərxudarov haqqında yazılanlar böhta ...
Gündəm, Cəmiyyət, Ölkə, BölgəXaçmaz rayon Polis Şöbəsinin rəis müavini Vüqar Orucov: Heydər Əliyev xalqı ...
GündəmPolis Yasamalda bu səhvi etdi – Polkovnikdən şok
Gündəm, Cəmiyyət