Gündəm, Ölkə
01 iyul 2023
13301
Qanunun keşiyində duran, ictimai asayişi qoruyan, daim Azərbaycan vətəndaşının yanında olan polis öz vəzifə borcunu ləyaqətlə yerinə yetirir
Məhdud dairədə də cəmiyyətdə də ovqat və dinamika yaradan insanlar zamanın nəbzini tənzimləyir. Onlarsız zaman anlamını itirər, meyarlar isə nəhayətsizlik vakumunda it-bata duşər. Dunyada və Azərbaycanda nizam ona görə pozulmur ki, zamanın nəbzini tənzimləyən insanlar var. Elə insanlar az olsa da hər halda var, mövcuddu. Onlardan birini də biz tanıyırıq, Füzuli Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Zaur Abbasovdan danışarkən tərcumeyi-halında diqqəti çəkən ilk məqam insan üçün gərəkən elmin, savadın üstünlüklərindən yararlanaraq cəmiyyətdə mövqeyini müəyyənləşdirə bilməyin şahidi olursan. Polis polkovniki Zaur Abbasov elminin və savadının üstünlüklərindən yararlanaraq, vətəninə, dövlətinə nə qədər sıx bağlılığını subuta yetirmiş, cənab nazirimiz Vilayət Eyvazovun etimadını doğruldaraq onu idarənin rəisi vəsifəsinə təyin etmişdir.
Ola bilməz ki, İlahidən olan zəhmətkeşlik və intellekt zamanın burulğanında əriyib itsin. Əgər özün-özünü, seçdiyin peşəni dəyərləndirirsənsə bu nəticəsini göstərməlidi. Bütün bunlar ona görə sadalanmır ki, polkovnik Zaur Abbasov haralarda işləməsi qabardılsın, əsla yox, əksinə hüquqşunas və insan ömrünün vəhdətindən yaranan məntiqi uğurların açması üçündür bütün bunlar. Cənab nazir, general-polkovnik Vilayət Eyvazov Daxili İşlər Naziri kimi fəaliyyət göstərdiyi andan ölkə vətəndaşları bu sistemin fəaliyyətindən əziyyət çəkmir. Bu bir təcrübəli media mənsubu olaraq qənaətimdi. Onun idarəçiliyi vətənə, xalqa sədaqət elementləri üzərində aparılır. Cənab nazir rəhbərlik etdiyi qurumun böyük rütbəlilərindən tutmuş ən sadə qulluqçularına qədər vətən və xalq qarşısında olan xidməti əsas missiya, meyar olaraq görməyi tələb edir. Polkovnik Zaur Abbasov peşəkarlığı və vətənə sədaqəti ilə bu sıralamaya yetişə bildi. Öz peşəsinə sevgi, sədaqət, sayqı, etibar, ehtiram bağlılığı ilə yaşayanları seçir zaman. Çünki zamanın nəbzi normal vursun deyə... İnsanlar rahatlığa qovuşsun deyə... O, həm də çox dərdlilərin dərdinə yararlı olmağa gedir. Və... Dünya bu cür insanların çiyni üzərində dayanıqlıdı, duruş gətirir. Əgər belə olmasaydı dünya məhvərindən qopardı...
Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, beynəlxalq əhəmiyyətli kütləvi tədbirlər zamanı ictimai təhlükəsizliyin təmin edilməsində və xüsusi tapşırıqların yerinə yetirməkdə Zaur Abbasov öz vəzifə borcunu yüksək səviyyədə yerinə yetirir.
Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının başçılığı ilə 44 günlük haqq savaşında, torpaqlarımızın azadlığı uğrunda döyüşən igid vətən oğullarına və onların ailəsinə polislərimizin də böyük köməyi oldu. O cümlədən də Zaur Abbasov da bu məsuliyyəti dərk edərək istər Vətən müharibəsi dövründə, istərsə də oandemiya dövründə öz vətəndaşlıq borcunu yüksək səviyyədə nümayiş etdirdi. O, həmişə şəhid ailələri, Vətən müharibəsi əlilləri və kimsəsiz ahıllara maddi və mənəvi yardımını əsirgəmədi.
Vətən, dövlət, xalq öz etibarlı adamını tanıyır, ona doğmalıq hissi ilə yanaşmağı bacarır və ondan çox şey istəyir. Çünki, bu bir etibar nümunəsidir. Həmişə dövlətin, millətin, xalqın etibarını qazanan olun. Qələbələriniz bol olsun, cənab rəis.
Dilşad Əhmədova
Baş redaktor
Daha çox xəbər:
Dövlətçiliyin və asayişin etibarlı keşiyində
Gündəm, Siyasət, Cəmiyyət, ÖlkəXEYİRXAHLIQ VƏ ALİCƏNABLIQ İRSDƏN GƏLƏNDİR
Gündəm, Cəmiyyət, Ölkə, SosialŞirvan Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Hikmət Quliyev dövləti ...
Gündəm, ÖlkəVüsal Şəbəndiyev: Neftçala Rayon sakinləri problemlərinin həllində həmişə d ...
Gündəm, SiyasətEmin Musayev cənab nazir Vilayət Eyvazovun rəhbərliyi altında dövlətimizə v ...
Gündəm, Ölkə