Gündəm, Cəmiyyət, Ölkə, Sosial
17 mart 2022
1215
Siyəzən RPŞ-nin rəisi Xəqani Məmmədov Novruz bayramı münasibəti ilə təbriki
Novruz əsrlərin dərinliyindən gəlib bizim günlərə çıxmış ən şən və gözəl bayramlardan biridir. Qədim İran şəmsi təqvimi ilə fərvərdin ayının birinci gününə, Qriqori təqvimi ilə mart ayının 21-22-nə və ya nadir hallarda 23-nə düşür. Ölkəmizdə Novruz bayramı bir çox türk və müsəlman ölkələrində, o cümlədən Orta Asiya respublikalarında və Azərbaycanda qeyd edilir. Bir çox tədqiqatçılar Novruzun yaranma tarixini, onun zərdüştlük və ya müsəlman mədəniyyəti ilə əlaqələrini araşdırmış, əski mənbələrdə bir-birini təkzib və ya təsdiq edən müxtəlif faktlar aşkar etmişlər.
Azərbaycanda adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti təsərrüfat ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı ("Gün çıx!" nəğməsi və s.) qoşmaqla oda, atəşə, günəşə olan etiqad və inamını ifadə etmişdir. Bütün bu mərasimlər İslamdan çox-çox əvvəl mövcud olmuş qədim şərq ənənələrinin davamıdır. Novruz bayramı qabağı adətən evdə, həyətdə abadlıq, təmizlik işləri aparılır, ağac əkilir və s. Novruz bayramında şirniyyat növləri (qoğal, külçə, fəsəli, paxlava, şəkərbura, şəkərçörəyi və s.) və plov bişirilir. Rəngbərəng yumurta boyanır, məcməyi və sinilərdə xonça bəzənir, şam yandırılır, tonqal qalanır, səməni qoyulur, ölənlərin xatirəsi yad edilir, küsülülər barışır, qohum-qonşular bir-birinə qonaq gedir, pay göndərirlər.
Bayram həm də qədim oyunlarla zəngindir. Xalqı tərənnüm edən yaradıcılığının bütün janrlarından ən çox nağıllar, hekayələr, dastanlar, lətifələr, məsxərələr və s. istifadə olunur. Qədim ənənələrdən "Xıdır İlyas" (məhsuldarlıq, çiçəklənmə rəmzi), "Kos-kosa" - meydan məzəli oyunu (baharın gəlməsi rəmzi) və falabaxmanı qeyd etmək olar.
Novruzun ən yüksək zirvəsi köhnə il öz səlahiyyətlərini təzə ilə verəndə olur. Bu anda köhnə ənənəyə görə Novruzun şərəfinə top və tüfənglərdən yayılım atışları açılır.
Xalq arasında deyirlər: "Əgər bayram günü evdə olmasan, yeddi il dərbədər olacaqsan". Bir qayda olaraq çöl qapıları bağlanmırdı. Təzə ilin birinci günü bütün gecə işıqlar söndürülmür, sönmüş od, işıq bədbəxtçilik əlamətidir.
Novruzu qeyd edərkən kəndlilər təzə ilin necə keçməyini - quru və yaxud yağışlı, məhsuldarlığın dərəcəsini təyin edirdilər. Ənənəyə görə Novruzun birinci gününü - yaz, ikinci - yay, üçüncü - payız, dördüncü günü isə - qış sayırlar.
Xəqani Məmmədov
Siyəzən Rayon Polis Şöbəsinin rəisi
PS: Siyəzən Rayon Polis Şöbəsinin rəisi Xəqani Məmmədov bir Azərbaycan vətəndaşı olaraq, ölkəmizdə gedən ictimai-siyasi məsələlər üzrə hər hansı faktlar əsasında fəaliyyət göstərən hər bir vətəndaşın rəğbətini qazanmış, Azərbaycan xalqının sevincini, kədərini özün də yaşadacaq qədər şərəfli bir yolun davamçısıdır. Xəqani Məmmədov Vətən uğrunda şəhid olmuş qəhrəman vətən övladlarının xatirəsini hər zaman yad edərək, xalqın, millətin hörmətini qazanan vətənpərvər oğullardandır. Xəqani müəllim işinin peşəkarı olmaqla yanaşı rəhbərliyin rəğbətini qazanmış bir dövlət xidmətçisidir. Bizə Xəqani Məmmədova işlərində uğur, qalibiyyət və zəfər diləyirik. Bayramınız mübarək!
Dilşad Əhmədova
Təsisçi-Baş redaktor
Daha çox xəbər:
Sumqayıt ŞPİ-nin rəisi Fəqan Azadəliyev: Novruz bayramı münasibəti ilə təbr ...
Gündəm, Cəmiyyət, Ölkə, SosialNOVRUZ BAYRAMI BİRLİK BAYRAMIDIR
Gündəm, Cəmiyyət, Ölkə, SosialKönül xanım Kərimova: Həmrəyliyimizin rəmzi bu bayram qoy hər evə xoş ovqat ...
ÖlkəƏhməd Əhmədzadə: Yaz bayramı tükənməz yeniləşdirici gücü sayəsində ən çətin ...
SosialRafael Mehrəliyev: Sizi əziz Novruz bayramı münasibətilə ürəkdən təbrik edi ...
Cəmiyyət