Gündəm, Siyasət, Cəmiyyət
28 mart 2021
2113

1995-Cİ İLİN MART HADİSƏLƏRİ AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNƏ QARŞI XƏYANƏTKARLIQ İDİ

1995-Cİ İLİN MART HADİSƏLƏRİ AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNƏ QARŞI XƏYANƏTKARLIQ İDİ
13-17 mart 1995-ci il Azərbaycanda dövlət çevrilişinə cəhdin tarixidir və həmin hadisələr silahlı qiyam kimi qiymətləndirilməlidir. Hətta, 1995-ci ilin mart hadisələri Azərbaycan dövlətçiliyinə qarşı xəyanətkarlıq idi. 1995-ci ilin mart ayının 17-də dövlət çevrilişinə cəhd edən, hakimiyyəti silah gücünə, qeyri-konstitusion yolla ələ keçirməkdə tam israrlı olan qeyri-qanuni silahlı birləşmələrin, eləcə də proseslərdən faydalanmaq arzusuna düşən, xalq arasında dövlətçilik əleyhinə təbliğat işləri aparan dağıdıcı müxalifət partiyalarının nümayəndələrinin cəhdlərinin qarşısı ulu öndər Heydər Əliyev və xalq birliyi nəticəsində alındı.
1995-ci il mart hadisələri zamanı ulu öndər Heydər Əliyevin nüfuzu və xalqın dəstəyi dövlət çevrilişinin qarşısının alınmasının əsas səbəbi idi. Azərbaycan xalqının ulu öndər Heydər Əliyevə, qanuni hakimiyyətə birmənalı dəstəyi qiyamın baş tutmamasının əsas səbəbinə çevrilmişdi. Ulu öndər Heydər Əliyevin qətiyyəti, müdrik daxili və xarici siyasəti Azərbaycanda silah gücünə dövlət çevrilişi etmək cəhdlərini puça çıxartmış, ölkəmizin möhkəm və qüdrətli olduğunu göstərmişdi. Bütün bunlar xalqın müdrikliyinin, milli həmrəyliyinin, inamının, dövlətçiliyə hörmət və ehtiramının güclü olduğunu, Azərbaycan Respublikasının demokratik əsaslarının möhkəmliyini, konstitusiya və qanunlardan kənar fəaliyyətin yolverilməzliyini nümayiş etdirmişdi.
Həmin dövrdə Azərbaycanda vətəndaş qarşıdurmasının qarşısının alınması, xalqın bütövlüyünün qorunması ulu öndər Heydər Əliyevin tarixi missiyasına çevrilmişdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev vətəndaş qarşıdurmasına səbəb ola biləcək hadisənin qarşısını aldı və ölkədə davam edən hakimiyyət böhranına, anarxiya, özbaşınalığa son qoydu. Həmin hadisələr, bir daha göstərdi ki, Azərbaycan xalqı və onun ordusu ölkə daxilində qarşıdurma yaratmaq istəyənləri dəstəkləmir və onları müdafiə etmir. Elə bu gün də məhz həmin xalq birmənalı şəkildə erməni işğalına son qoymuş, ərazi bütövlüyümüzü təmin etmiş müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə inanır, etimad edir, dövlətçiliyimizə xələl gətirməyə çalışan radikal müxalifətin, “beşinci kolon”un çağırışlarına məhəl qoymur, iddialarını rədd edir.

Nurlan Muradov – Müharibə veteranı
Geri 1 2 3 4 5 6 7 8 9 İrəli