Gündəm, İqtisadiyyat
17 may 2021
1318

“Ovçular ət və ət məhsulları” MMC: HALALLIĞIN VƏ KEYFİYYƏTİN TƏK ÜNVANI

“Ovçular ət və ət məhsulları” MMC: HALALLIĞIN VƏ KEYFİYYƏTİN TƏK ÜNVANI

İnsan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır. Azərbaycanımızın müstəqillik qazandığı illər ərzində sözün həqiqi mənasında mükəmməl bizneslər qurmuş sahibkarlar olub və bu insanlar barədə danışmaq çox vacibdir. Belə ki, insanların artan tələbatlarını ödəyə bilmək, mövcud resurslardan səmərəli istifadə etməklə əhalinin yaşayış səviyyəsini yüksəltmək müasir dövr iqtisadiyyatının əsas prioritetlərindəndir. Sahibkar cəmiyyətin lokomotivi, iqtisadi rifahın əsas səbəbkarıdır və mən əminəm ki, indi adını çəkəcəyim şəxs ölkəmizdə biznes üçün bir məktəb, gənc sahibkarlar üçün isə bir kumir rolunda olmalıdırlar.

Doğrudan da, insan çalışdığı sahənin mahiyyətini dərindən anladıqda və məsləkinə sadiq qaldıqda harada işləməsindən asılı olmayaraq əldə etdiyi nəticələr uğur ünvanlı olur.“Ovçular ət və ət məhsulları” MMC-nin təsisçisi Səməd Cəfərovun həyat yoluna nəzər saldıqda fikrimizdə nə qədər doğru olduğumuzu bir daha anladıq. İstənilən bir məqsədə çatmaq üçün kifayət qədər iradə sahibi olmaq lazımdır. İradə elə bir keyfiyyətdir ki, o istedaddan da güclüdür. İstedad insana təbii şəkildə verilən qabiliyyətdirsə, iradə xırda maraqlar, mənasız istəklər üzərində qələbədir. məhz öz iradəsi sayəsində öz yolunu tapdı, iradəsi sayəsində öz işlərini hər zaman tərifəlayiq gördü. Adətən rəhbər vəzifələrdə işləyənlərlə bağlı "Yaxşı adam" ifadəsi çox az işlədilir. Bəs niyə ona yaxşı adam deyirlər? Harada, hansı vəzifədə işləyibsə onu bu adla çağırıblar. Başqa bir adla çağırmaq olmazdımı? Əlbəttə olardı. Ancaq xalq seçim edəndə yanılmır. Səməd Cəfərov heç bir təqdimatsız, heç bir mübaliğəsiz və nəhayət heç bir tapşırıqsız özü üçün əməllərinə, şəxsiyyətinə, qabiliyyətinə yaraşan bir ad qazanıb və bu adı zaman-zaman qoruyub saxlayır. Xalqın rəğbətini qazanmaq, təmiz adı qoruyub saxlamaq o qədər də asan deyil.

“Ovçular ət və ət məhsulları” MMC 1992-ci ildən ilk dəfə Azərbaycanda ət məhsullarının emalı üzrə ixtisaslaşmış müəssisə kimi fəaliyyətə başlamışdır. Artıq 19 - ildir ki, beynəlxalq səviyəli avadanlıqlarla, kefiyətli və təbii məhsullarla xalqa xidmət edir.

Geri 1 2 3 4 5 6 7 8 9 İrəli