Gündəm, Cəmiyyət, Ölkə, Sosial
24 dekabr 2021
1113
Xoş niyyətlər və xeyirxah əməllər məbədi
Xeyirxahlıq amili tarixən hər bir dövlətin, xalqın inkişafında müstəsna rol oynayaraq inkişaf potensialını hərəkətə gətirmiş, bu potensialın səmərəli realizə edilməsinə zəruri əsaslar yaratmışdır. Milli inkişaf yolunun iştirakçısına çevrilən belə xarizmatik insanlar həm də xeyirxahlıq ənənələri formalaşdıraraq böyük müdrikliklə irəli sürdükləri mütərəqqi ideyaların davamlılığını təmin etmişlər. Tarixin axarını dəyişən böyük simaların ideya və prinsipləri, idarəçilik ənənələri, adətən, zaman və məkanın fövqündə olur. Bu mənada, Millət Vəkili Tahir Mirkişili dühasına da layiq olduğu qiyməti vermək, onun vətən və xalq naminə göstərdiyi misilsiz xidmətləri və fədakarlıqları obyektiv dəyərləndirmək böyük məsuliyyət tələb edən məsələdir. Yüksək ehtiramla qələmə alınan ən xoş xatirələr, fikir və mülahizələr belə Millət Vəkili, vətəndaş və Millət Vəkili kimi xeyriyyəçi işləri barədə dolğun təsəvvür yaratmaqda acizdir. Tahir müəllimin təşəbbüsü ilə həyata keçirilən çoxşaxəli layihələri birləşdirən ümumi ortaq xətt isə məhz milli genefondun qorunması, saf dəyər və duyğuların ictimai şüurda intişar tapmasıdır.
24 dekabr 2021-ci il tarixdə Millət Vəkili Tahir Mirkişili, köməkçiləri Cavid müəllim Anar müəllim və “Qızıl Aypara” Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova ilə birgə şəhid ailələri, Qazi və kimsəsiz ailələrlə görüş keçirdilər. Bu görüş Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının doğum gününə təsadüf etdiyi üçün, bu o deməkdir ki, xeyirxah-vətənpərvər millət vəkili Tahir Mirkişili və “Qızıl Aypara” Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin sədri Mətanət xanım möhkəm dayaqlar üzərində qurulmuş Dahi Şəxsiyyət Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasətini tam şəkildə dəstəkləyirlər.
Görüşdə şəhid ailələrinin, qazilərimizin və kimsəsiz ailələrin övladlarını sovqat payı verərək onların könüllərini sevindirdilər. Bu cür tədbirlərin keçirilməsi Azərbaycan ictimaiyyəti üçün örnək və nümunədir.
Xeyirxahlıq, mərhəmət və humanizm insanı daxilən saflaşdıraraq başqalarının gözündə ucaldan, insanlığın zinətinə çevirən ali dəyərlərdən sayılır. Yıxılanı ayağa qaldırmaq, kimsəsizə əl tutmaq, ehtiyacı olana yardım etmək eyni zamanda Azərbaycan xalqının tapındığı yüksək milli-mənəvi, dini dəyərlərdən irəli gəlir. Cəmiyyətdə nəcibliyin, mərhəmət və xeyirxahlığın ali ünvanına çevrilməklə, ümumxalq mənafeləri baxımından belə layihələr tez-tez uğurla gerçəkləşdirmək Millət Vəkili Tahir Mirkişilinin, köməkçiləri Cavid müəllim, Anar müəllim və “Qızıl Aypara” Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin sədri Mətanət xanımın çoxşaxəli fəaliyyəti də məhz bu nəcib dəyərlərə söykənir.
Dilşad Əhmədova
“Xeberim.info” xəbər portalının baş redaktoru
Daha çox xəbər:
Xatırlanan xeyirxah insan
Gündəm, Siyasət, Dünya, Cəmiyyət, Ölkə, SosialTahir Kərimli: “Azərbaycan üzərində Tarif Şurası adlı bir kabus var”
SiyasətPandemiyanın ən pis təsir etdiyi qurumlardan biri Milli Məclis olub - Tahir ...
CəmiyyətDoğum gününüz mübarək, Cavid müəllim!
Gündəm, CəmiyyətZaur Tarverdiyev - İNSANLIĞA XİDMƏT
Gündəm, Cəmiyyət, Sosial