Hadisə
25 iyul 2020
1052
Karantin rejimini pozan şəxsdə narkotik maddə aşkarlandı — VİDEO
![Karantin rejimini pozan şəxsdə narkotik maddə aşkarlandı — VİDEO Karantin rejimini pozan şəxsdə narkotik maddə aşkarlandı — VİDEO](https://olke.az/uploads/1595655915/20200725_094502.jpg)
Karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar olaraq, Cəlilabad şəhəri ərazisində yaradılmış stasionar postlardan birində “Niva” markalı avtomobilin sürücüsünə “saxla” əmri verilib.
Lakin o, əmrə tabe olmayaraq, hərəkətini davam etdirib. Polis əməkdaşlarının sayıqlığı nəticəsində çox da uzağa gedə bilməyən sürücü idarə etdiyi avtomobillə birlikdə saxlanılıb.
Sürücünün hərəkətləri şübhə doğurduğu üçün o saxlanılaraq, Rayon Polis Şöbəsinə gətirilib. Həmin şəxsin Yardımlı rayon Astanlı kənd sakini İntiqam Mirişov olduğu müəyyən edilib.
Üzərinə və idarə etdiyi avtomobilə keçirilən baxış zamanı ümumilikdə 52 qram narkotik vasitə heroin, 8 qram psixatrop maddə metamfetamin və qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.
Daha ətraflı Baku TV-nin süjetində:
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![Azərbaycanda koronavirusa yoluxmuş şəxs ət satışı məntəqəsində tutuldu](http://olke.az/uploads/1594191554/5f00407e17aca90484f204e1.jpg)
Azərbaycanda koronavirusa yoluxmuş şəxs ət satışı məntəqəsində tutuldu
Kriminal![Bakıda üzərində silah gəzdirən keçmiş məhkum saxlanılıb](http://olke.az/uploads/1591769188/89b1ed6e-b317-425b-98b3-d68af219a6cc.jpg)
Bakıda üzərində silah gəzdirən keçmiş məhkum saxlanılıb
Kriminal![Polisə zibil atan şəxslərlə bağlı qərar verildi](https://turkustan.info/wp-content/uploads/2020/06/yasamal.jpg)
Polisə zibil atan şəxslərlə bağlı qərar verildi
Kriminal![Bakının 4 rayonunda polis əməliyyat keçirdi — Saxlanılanlar var](http://olke.az/uploads/1591340004/polis.jpg)
Bakının 4 rayonunda polis əməliyyat keçirdi — Saxlanılanlar var
Kriminal![Gömrükdə “yemiş” əməliyyatı — Yarım tondan çox narkotik ələ keçirildi - VİD ...](http://olke.az/uploads/1591169093/1L8A8503.jpg)
Gömrükdə “yemiş” əməliyyatı — Yarım tondan çox narkotik ələ keçirildi - VİD ...
Kriminal