Hadisə
27 iyul 2020
1079
Azərbaycanda jurnalist koronavirusa yoluxdu — Vəziyyəti ağırdır

Tanınmış jurnalist Səlim Babayev koronavirus infeksiyasına yoluxub.
Report xəbər verir ki, bu barədə onun oğlu bildirib.
"Atam COVID-19 xəstəsidir. Bakı Sağlamlıq Mərkəzində reanimasiyada yatır, 2 gündür vəziyyəti ağırlaşıb. Atamın bütün jurnalist dostlarından dəstək istəyirəm, atamın sağalmasına kömək edin", - deyə onun övladı bildirib.
Qeyd edək ki, Səlim Balayev uzun illərdir mətbuatda çalışır. O, ölkənin bir sıra nüfuzlu qəzetlərində, habelə elektron kütləvi informasiya vasitələrində maraqlı araşdırmalarla, məqalələrlə çıxış edib.

Daha çox xəbər:

Azərbaycanda daha bir tanınmış həkim koronavirusa yoluxdu
Cəmiyyət
Bakıda xəstəxanada 33 tibb işçisi koronavirusa yoluxdu
Cəmiyyət
Mirşahin Ağayev koronavirusa yoluxdu
Gündəm, Cəmiyyət
Daha bir jurnalist ATV-dən ayrıldı — FOTO
Şou biznes
Azərbaycanın tanınmış futbol məşqçisi koronavirusa yoluxdu — FOTO
İdman