Hadisə
15 sentyabr 2020
321
Ermənistanın təxribatı nəticəsində Azərbaycan hərbçisi yaralandı — RƏSMİ

Sentyabrın 14-də axşam saatlarında Ermənistan tərəfi Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu Hacallı kəndi istiqamətində növbəti dəfə təxribat törədib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində gizir Əliyev Renat Eldar oğlu yaralanıb. Hərbi qulluqçuya dərhal tibbi yardım göstərilib, onun həyatı üçün təhlükə yoxdur.
Bölmələrimizin cavab atəşi ilə düşmən susdurulub, əməliyyat şəraiti Ordumuzun nəzarəti altındadır.
Daha çox xəbər:

Tovuzda düşmən təxribatı — Ağdam kəndi atəşə tutuldu - VİDEOREPORTAJ
Kriminal
İlham Əliyev: “Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına ...
Siyasət
Ermənistan cəbhədəki itkilərini etiraf etməyə başladı
Dünya
Atəşkəsin pozulduğu Ağdam kəndindən video
Kriminal
SON DƏQİQƏ: Azərbaycan - Ermənistan sərhədində düşmən təxribatı: Döyüş gedi ...
Gündəm, Ölkə