Hadisə
16 sentyabr 2020
279
DTX əməliyyat keçirdi — Saxlanılanlar var - FOTO + VİDEO
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən güclü təsir edən maddələrin müntəzəm olaraq külli miqdarda Rusiya Federasiyasından gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək Azərbaycan Respublikasına gətirməkdə, satış məqsədi ilə qanunsuz olaraq əldə etməkdə, saxlamaqda və daşımaqda, eləcə də digər hüquqazidd əməlləri törətməkdə şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları - Əsədov Emil Kamran oğlu, Hüseynov Şahin Mirhüseyn oğlu, Babayev Asif Siyafəddin oğlu, Hüseynov Rəşad Şahin oğlu, Musayev Vasif Zülfüqar oğlu, Əliyev Emil Xandadaş oğlu və Namazov Zaur Namaz oğlunun qanunsuz əməllərinin qarşısı alınıb.
Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.
Bildirilib ki, cinayət başında ifşa olunmuş adları çəkilən şəxslərin idarə etdikləri avtomobillərə və yaşadıqları mənzillərə keçirilmiş baxış zamanı külli miqdarda müxtəlif növ güclü təsir edən maddələr və digər maddi sübutlar aşkar edilərək götürülüb.
Faktlarla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) və 240.3.2-ci (külli miqdarda güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işləri başlanılıb.
Hazırda adları qeyd olunan şəxslərlə bağlı cinayət təqibi davam etdirilir.
Daha çox xəbər:
DSX-nin həbs olunan vəzifəli şəxslərindən — XƏBƏR VAR
KriminalAzərbaycanda vəzifəli şəxs cinayət başında yaxalandı — ANBAAN VİDEO
Kriminal, VideoƏli Həsənova cinayət işi açılıb? — RƏSMİ AÇIQLAMA
HadisəDTX daha bir əməliyyat keçirdi — FOTO
KriminalBaş Prokurorluqdan deputatın qardaşı oğluna qarşı cinayət işi başlanması il ...
Kriminal