Hadisə
22 sentyabr 2020
358
Məhkəmə Eldar Həsənovla bağlı qərar verdi

Bu gün Bakı Apellyasiya Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs edilən, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq səfiri Eldar Həsənov barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə qərardan apellyasiya şikayətinə baxılıb.
Trend bildirir ki, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılıb. Məhkəmənin qərarı ilə Eldar Həsənovun ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı şikayəti təmin olunmayıb.
Xatırladaq ki, Nəsimi Rayon Məhkəməsində Eldar Həsənovun barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə baxılsa da, məhkəmə vəsatəti təmin etməyib.
E.Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) 308-1.1-ci (büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi) maddələri ilə ittiham irəli sürülüb. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində noyabrın 3-dək həbs qətimkan tədbiri seçilib.

Daha çox xəbər:

Bakıda həbs edilən azərbaycanlı səfirlə bağlı yeni QƏRAR
Kriminal
Kürdəmirin icra başçısı həbs edildi — YENİLƏNİB
Gündəm, Hadisə
Eldar Həsənov apellyasiya şikayəti verdi
Cəmiyyət
SON DƏQİQƏ! Məhkəmə Nərmin Quliyevanın qətli ilə bağlı qərar verdi
Kriminal
Məhkəmə Milli Məclisin binasında ixtişaş törədənlərlə bağlı qərar verdi
Kriminal