Hadisə
27 noyabr 2020
327
İmişlidə COVID-19 xəstələrinə cinayət işi başlanıldı

İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Ölkə.Az"a verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində 2 nəfər rayon sakini – E.Qəhrəmanov və P.Hüseynov koronavirus pandemiyasına yoluxmaqlarına baxmayaraq yaşadıqları ünvanı tərk edərək karantin rejiminin tələblərini kobud şəkildə pozduqları müəyyən edilib.
Həmin şəxslər rayon ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb və müalicə aldqıları müvafiq ünvanlara aparılıb.
İmişli RPŞ-nin İstintaq Bölməsində hər iki şəxs barəsində cinayət işi başlanılıb.

Daha çox xəbər:

Evdən çıxan koronavirus xəstələrinə cinayət işi açıldı
Kriminal
Koronavirus xəstəsindən xoşagəlməz HƏRƏKƏT - İŞƏ POLİS QARIŞDI
Kriminal
Koronavirus ola-ola marketdə satıcı işlədiyi məlum oldu
Hadisə
Kürdəmirdə arvadını yandıran ər HƏBS EDİLİB
Kriminal
Koronavirusa görə Azərbaycanın bu rayonuna giriş-çıxış qadağan olundu
Ölkə