Hadisə
23 dekabr 2020
989
Bakıda karantin rejiminin qaydalarını pozaraq, ad günü keçirən direktor cərimələndi - VİDEO
Ötən gün Bakıda yerləşən 187 saylı tam orta məktəbin direktoru Nailə Məmmədovanın karantin günlərində özünə yubiley mərasimi keçirməsinə dair videogörüntülər yayılıb.
Həmin görüntülər barədə hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılıb və fakt öz təsdiqini tapıb.
Belə ki, məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki, Nailə Məmmədova karantin qaydalarını pozduğu üçün cərimələnib:
“Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədovanın doğum günü məclisi təşkil etməsi ilə bağlı sosial şəbəkədə yayılan video materiallar Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfidən dərhal araşdırılıb. Nəticədə fakt təsdiqini tapıb.
Nailə Məmmədova başda olmaqla məclisdə iştirak edən daha bir neçə şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokollar yazılıb. Məclisdə iştirak edən digər şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir”.
Daha çox xəbər:
Karantin qaydalarını pozan azərbaycanlı model cərimələndi — VİDEO
HadisəKarantini pozaraq, özünə dəbdəbəli ad günü keçirən müğənni cəzalandırıldı — ...
HadisəRamiz Mehdiyevin nəvəsinin toyu ilə bağlı DİN-dən AÇIQLAMA — VİDEO
CəmiyyətBiləsuvarda nişan mərasimi keçirənlər cərimələndi
HadisəZiyarətgaha gedənlər cərimələndi
Hadisə