Hadisə
14 yanvar 2021
369
Şuşada yol qəzası: Bir hərbçimiz həlak oldu, ikisi yaralandı - SON DƏQİQƏ

Şuşa istiqamətində bir hərbçinin həlak olması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yanvarın 12-də baş vermiş qəza nəticəsində Beyləqan rayonu Şəfəq qəsəbə sakini, müddətdən artıq xidmət edən hərbçi Yaqubov Həsən Hüseyn oğlu həlak olub, iki hərbçi isə xəsarət alıb.
Faktla bağlı araşdırma başlayıb.
Qeyd edək ki, həlak olan hərbçi Həsən Yaqubov "Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdi.

Daha çox xəbər:

Vətən müharibəsində iştirak edən 82 670 hərbçi təltif olunub
Ölkə
Bir qrup hərbçi “Hərbi xidmətlərə görə” medalı ilə təltif edildi - SİYAHI
Siyasət
Ermənistanda itkin düşmüş daha 537 hərbçi axtarılır
Dünya
Bakıda dəhşətli yol qəzası - Tibb Universitetinin üç tələbəsi ölüb, biri xə ...
Hadisə
Şəhid olan 24 yaşlı hərbçimiz - Foto
Gündəm, Ölkə