Hadisə
17 fevral 2021
983
Qaradağlı qətliamından 29 il ötür
Ermənistan Silahlı Qüvvələrinin Xocavənd rayonunun Qaradağlı kəndini işğal etməsinin 29-cu ili tamam olur.
Erməni hərbi birləşmələri Xankəndidə dislokasiya olunmuş 366-cı motoatıcı alayın hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevralın 15-dən başlayaraq azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücum edib. İki gün çəkən ağır döyüşdən sonra müdafiəni yaran ermənilər fevralın 17-də kəndi işğalı ediblər.
İşğal zamanı kənd tamamilə dağıdılıb, dinc, əliyalın əhaliyə, günahsız uşaqlara, qadınlara və qocalara amansızcasına divan tutulub. Faciə nəticəsində Qaradağlıdan girov götürülən 117 kənd sakinindən 80-ə yaxını xüsusi amansızlıqla qətlə yetirilib, 6 nəfər itkin düşüb, 9 nəfərin isə şahid ifadələrinə əsasən, əsir götürüldüyü sübut olunub.
Şahid ifadələrinə görə, əsir götürülən azərbaycanlıların 43 nəfəri Xankəndinin 2 kilometrliyində güllələnib. Sonra isə onlardan bəzilərinin başı kəsilib.
Daha çox xəbər:
Ermənilər əsir götürdükləri azərbaycanlı əsgərə işgəncə verir - VİDEO
Kriminal, VideoDağlıq Qarabağın azərbaycanlı icmasından Qubadlının işğalının 27-ci ildönüm ...
SiyasətErmənilərin Qubadlını işğal etməsindən 27 il ötür
SiyasətAğdamın işğalından 27 il ötür
CəmiyyətErmənilər yenidən Tovuzun iki kəndini atəşə tutub — Cəbhədə gərginlik
Kriminal